Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda yaşayış binasında liftin qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

Bakıda yaşayış binasında liftin qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

18.06.2022 [13:13]

Bakıda yaşayış binasında liftin qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, xəsarət alan 5 nəfərdən 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub.

"1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib. 3 saylı Kliniki Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qəza zamanı xəsarət alan 1 nəfər qapalı fəqərə sütunu travması L3-L4 fəqərələrinin cismində çökmə tipli sınıq diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - məlumatda bildirilir.

Qeyd edilib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 2 nəfər ambulator müayinə edilib, 1 nəfər azyaşlıya sağ qamış sümüyünün yuxarı 1/3-nin sınığı diaqnozu ilə, digər bir nəfərə isə sol bayır kondilusun sınığı diaqnozu ilə gips langet qoyulub.

Xatırladaq ki, dünən saat 22:20 radələrində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada liftin zənciri qırılıb. Nəticədə liftdə olan 4 qadın və 2 azyaşlı xəsarət alıb.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30