Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 29 il əvvəl və bu gün...

29 il əvvəl və bu gün...

20.07.2022 [18:41]

Ağdam niyə işğal olunmuşdu?

Nicat PAŞA

Dövləti idarə etmək, onu qorumaq heç də hər bir kəsin bacaracağı iş deyil. Tarixin müxtəlif dövrlərində ölkəmiz bu və ya digər səbəblərdən hücumlara məruz qalıb, dədə-babalarımızdan bizə miras qalan, müqəddəs and yerlərimiz – torpaqlarımız itirilib. 

Azərbaycanın doğma torpaqlarından biri olan Ağdam da itirdiklərimizin sırasına qoşulmağa məcbur oldu. Heç bir işğal təsadüfi deyil. Dövlətin qismən də olsa, hansısa xarici qüvvələrin himayəsinə keçməsi birbaşa olaraq idarəçiliyin, sistemin səhvi hesab edilir. Bu səhvlər də ərazi itirilməsinə yol açır.  Elə Ağdam kimi... 

Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. O vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğalın rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurduğu qeyd olunur. 

Tarixin 1993-cü il səhifəsini vərəqləyək... 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücüm əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldı, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi, iyun ayının 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başladı. 600 minlik erməni-rus ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu dururdu. 

Tək səbəb bu deyildi. 1992-ci ildə hakimiyyəti qeyri-qanuni yolla zəbt etmiş AXCP-Müsavat cütlüyünün yarıtmaz siyasəti və vəzifə savaşı  23 iyul 1993-cü ildə Ağdamın işğalı ilə nəticələndi. Hakimiyyətin başında əyləşən səriştəsiz, idarəçilikdən tamamilə xəbəri olmayan dırnaqarası dövlət rəhbərlərinin apara bilmədikləri siyasət nəticəsində bütövlükdə ölkənin taleyi sual altına düşdü. Həmin illər ərzində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. 

1993-cü ilin iyununda xalqın təkidli tələbi, istəyi ilə yenidən respublika rəhbərliyinə qayıdan Heydər Əliyev yad ünsürlərin əlində “boğulmaq” təhlükəsi altına düşən Azərbaycanı bu çətin vəziyyətdən xilas etdi. Ümummilli Lider milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi üçün respublikada milli birlik və həmrəyliyə nail olmaq üçün olduqca əhəmiyyətli addımlar atdı. Ulu Öndərin gərgin və genişmiqyaslı fəaliyyəti Azərbaycan dövlətini dağılmaq və parçalanmaq təhlükəsindən xilas etdi, nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün irimiqyaslı tədbirlər planı həyata keçirildi. Elə o vaxtdan dövlətçiliyin əsasları qoyuldu, respublikanın strateji inkişaf istiqamətləri müəyyən edildi. 

Ulu Öndər tərəfindən əsası qoyulan bu siyasət onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın yüksək hədəflərə hesablanmış siyasətinin nəticəsi olaraq AXCP-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində 1993-cü ildə işğal edilmiş Ağdam azad olundu. Özü də heç bir hərbi əməliyyət keçirmədən, siyasi iradə ilə. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 9-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarılıb. 

Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir! Azərbaycan Lideri müdrik siyasəti ilə, qan tökülmədən Ağdam rayonunu işğaldan azad etdi! 

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

Dövləti başçımızın 27 il 4 ay sonra – 2020-ci il noyabr ayının 23-də  Ağdama ilk səfəri yeni tarix kitabına ən şərəfli səhifələrdən biri olaraq həkk olunub. Səfər zamanı Prezidentin Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırması səhnəsini xalqımız heç vaxt unutmayacaq. İlk səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidində də oldular. Xocalı soyqırımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı.

Mayın 28-də Prezident İlham Əliyev Ağdama növbəti dəfə səfər edib. Səfər çərçivəsində dövlət başçısına Ağdam şəhərinin Baş Planı təqdim olunub. Prezident Ağdam şəhərinin bərpasının təməl daşını, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub və Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Eyni zamanda İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində inşa olunan ilk yaşayış binasının təməlqoyma mərasimində və Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində, Qiyaslı məscidində, Şahbulaq qalasında olub. Həmçinin Ağdamda Zəfər Muzeyi və açıq hava altında İşğal Muzeyi yaradılacaq. 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən abadlıq-quruculuq işlərinin nəticəsi olaraq Ağdam dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir, dirçəlir.

Paylaş:
Baxılıb: 99 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31