Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid və qazi övladları “Xarıbülbül” yay düşərgəsində

Şəhid və qazi övladları “Xarıbülbül” yay düşərgəsində

30.08.2022 [10:20]

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Qarabağın incisi, mədəniyyət beşiyimiz, azad Şuşada keçirilən şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsinin rəsmi açılış mərasimi olub.

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan açılış mərasimində torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə rəsmi şəxslər, tərəfdaş qurumların nümayəndələri, Vətən müharibəsi qaziləri, təşkilat üzvləri və media təmsilçiləri iştirak ediblər.

Dahi Bülbülün ev muzeyində keçirilən tədbirdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin idarə heyəti sədrinin müavini Tural Novruzov, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov çıxış edərək iştirakçıları salamlayıblar.

Sonra Şuşa fatehləri adından Vətən müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov və düşərgə iştirakçıları adından Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun qızı Hilalə Əfqan çıxış ediblər. Onlar çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, rəşadətli Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin bir parçası olan şəhid və qazi övladları ilə birlikdə azad Şuşamızda olmağın qürurunu yaşadıqlarını, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının yadigarlarının hər birimiz üçün əmanət olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, şəhid ailələrinə, qazilərə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Onların hərtərəfli inkişafı əsas məqsədlərdən biridir. Bu xüsusda hər il təşkil olunan “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin bu il məhz hər daşı tarix olan Qarabağın tacı Şuşa şəhərində keçirilməsinin, qəhrəman döyüşçülərimizin qanı, canı bahasına işğaldan azad olunan Şuşanın dirçəlməsi ilə bağlı aparılan bərpa və quruculuq işlərinə gənclərin canlı şahidlik etməsinin xüsusi önəm daşıdığını vurğulayıblar.

Çıxışlardan sonra tədbir musiqili-bədii hissə ilə davam edib. Yüksək vətənpərvərlik ruhunda keçən mərasimdə tanınmış incəsənət ustalarının və gənc musiqiçilərin ifalarında “Qarabağ şikəstəsi”, “Xudayar Təsnifi (Vətən Yaxşıdır)”, “Anadır arzulara hər zaman Qarabağ” kimi mahnılar və Şuşaya, Vətən müharibəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirin sonunda aparıcı Azər Süleymanlı qeyd edib ki, 60 nəfər şəhid və qazi övladının iştirakı ilə Şuşada üç gün davam edəcək düşərgədə onun azad olunmasında qəhrəmanlıq göstərmiş Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, şəxsi inkişaf yönümlü təlim və seminarlar, intellektual oyunlar, Böyük Qayıdış və Qarabağda dirçəliş mövzularında panel müzakirələri keçiriləcək.

Həmçinin Şuşanın tarixi məkanlarına ekskursiyalar təşkil olunacaq, işğal dövründə erməni vandalizminə məruz qalmış və işğaldan sonra dirçəldilməkdə olan şəhər və onun tarixi əhəmiyyətli memarlıq abidələri haqqında düşərgə iştirakçıları ətraflı məlumatlandırılacaqlar. Düşərgə müddətində gənclərin asudə vaxtlarını əyləncəli keçirməsi məqsədilə müxtəlif özfəaliyyətlərin, musiqi məclislərinin və idman oyunlarının təşkil olunması da nəzərdə tutulub. Düşərgənin hər günü gənclər üçün xüsusi təşkil olunan konsert proqramı ilə yekunlaşacaq.

Artıq ikinci ildir ki, təşkil olunan düşərgənin keçirilməsində əsas məqsəd şəhid və qazi övladlarının asudə vaxtlarını səmərəli təşkil etmək, onlarda özünəinam və həmrəylik hislərini gücləndirmək, müxtəlif təlim, seminar və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaqdır.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabah yağış yağacaq

06 Oktyabr 12:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31