Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Uşaqlara görə xaricdə alimentin tutulması proseduru müəyyənləşir

Uşaqlara görə xaricdə alimentin tutulması proseduru müəyyənləşir

30.09.2022 [11:52]

“Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın müddəaları Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə Azərbaycan arasında münasibətlər normallaşana qədər Ermənistana münasibətdə tətbiq edilməyəcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, Azərbaycan Konvensiyanı 18 yaşınadək uşaqlara münasibətdə valideyn-uşaq münasibətlərindən yaranan aliment öhdəliklərinə tətbiq edir. Qeyd edək ki, Konvensiya 21 yaşınadək şəxslərə münasibətdə valideyn-uşaq münasibətlərindən irəli gələn aliment üzrə öhdəliklərə tətbiq olunur, ancaq Konvensiyaya görə razılığa gələn dövlət bunun tətbiqini 18 yaşına çatmamış şəxslərlə məhdudlaşdırmaq hüququnu özündə saxlaya bilər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Onlar susurlarsa...

25 Noyabr 10:57

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30