Beynəlxalq insan hüquqları müdafiəçiləri Ermənistanı Xocalı soyqırımını tanımağa çağırıblar
06.10.2022 [14:58]
Oktyabrın 6-da BMT İnsan Haqları Şurasının 51-ci sessiyası çərçivəsində “Etiraf və barışıq: sülh və ədalət yolunda vətəndaş cəmiyyəti dialoqunun rolu” adlı seminar keçirilib.
BMT-nin Cenevrədəki Ofisində keçirilən və “Xocalı : Barışıq üçün etiraf et” Koalisiyası tərəfindən təşkil olunan tədbirdə “Srebrenitsa Anaları” İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç əsas məruzəçi kimi çıxış edib. O, Srebrenitsa və Xocalı soyqırımları arasında bənzərliyə diqqəti çəkərək, təəssüflə bildirib ki, Ermənistan rəhbərliyi Qarabağ münaqişəsi zamanı baş vermiş ən kütləvi qırğına görə məsuliyyəti hələ də qəbul etməyib. Bu isə postmünaqişə dövründə iki xalq arasında dayanıqlı sülhün əldə olunması qarşısında əsas maneələrdən biridir. “Etibar olmadan barışıq ola bilməz, həqiqət təsbit olmadan isə etibar bərqərar ola bilməz”, - deyən Munira Subaşiç Ermənistanı keçmişi ilə hesablaşmağa çağırıb.
Koalisiyanın təşəbbüskarı, Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Mərkəzinin sədri Giorgi Tatar çıxışı zamanı uzun illər davam edən Qarabağ münaqişəsinə 2020-ci il 10 noyabr tarixli atəşkəs razılaşması ilə son qoyduğuna və xalqlar arasında sülh üçün tarixi şansın yarandığına diqqəti çəkib. Bu ilin əvvəlində ATƏT platformasında təsis olunan Koalisiyanın bu məqsədə xidmət edəcəyini deyən sabiq diplomat bildirib ki, yalnız Ermənistan Xocalı soyqırımını tanıyacağı və iki ölkənin cəmiyyətləri arasında bu mövzuda səmimi dialoqun bərqərar ediləcəyi halda, sülh etibarlı və davamlı ola bilər.
Tədbirin təşkilatçılarından biri, Fransanın Vicdan Azadlığı Uğurunda Koordinasiya Mərkəzinin prezidenti Tyeri Valle Azərbaycan-Ermənistan sərhədində ötən ay baş vermiş qarşıdurmadan sonra erməni sosial media seqmentində Azərbaycanlılara qarşı “daha bir Xocalı yaşatmaq” çağırışlarına diqqət çəkib. Bunu Ermənistanda Xocalı mövzusuna 30 il ərzində qoyulan qadağanın nəticəsi kimi qiymətləndirən fransalı hüquq müdafiəçisi vurğulayıb ki, Ermənistanı Xocalı sindromundan qurtarmağın zamanıdır.
Daha sonra çıxış edən İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqo, Danimarka İnsan Hüquqları İnstitutu Şurasının üzvü Başi Qureyşi XX əsrdə baş verən qətliamlar və xalqlar arasında barışıq təcrübəsindən danışıblar. Ekspertlər qeyd edib ki, bütün müharibələr sonda sülhlə bitir, lakin münaqişələr zamanı törədilmiş insanlığa qarşı cinayətlər uzun illər xalqlar arasında münasibətləri zəhərləyir.
Natiqlər beynəlxalq təcrübədə “keçid ədaləti” modelinə uyğun olaraq cinayəti törətmiş tərəfin ilk olaraq faktı qəbul etməsini, onu ört-basdır etməməsini, ağrılı mövzular ətrafında tərəflər arasında dialoqun qurulmasını sülhün əldə olunmasında mühüm vasitə kimi qiymətləndiriblər.
Tədbirdə Koalisiya üzvləri tərəfindən aparılan müzakirələr nəticəsində qəbul edilmiş Kommünikedə Ermənistan rəhbərliyinə Xocalı soyqırımını tanımaq çağırışı ifadə olunub. Həmçinin Ermənistanın və Azərbaycanın vətəndaş cəmiyyətləri arasında birbaşa dialoq prosesini başlatmaq üçün Koalisiya üzvlərinin yaxın zamanlarda bu iki ölkəyə səfərlərinin təşkil olunacağı vurğulanaraq, onların hökumətlərinə səfərlərə şərait yaradılması üçün müraciət edilib. Kommünikedə beynəlxalq təsisat və insan hüquqları təşkilatlarına müraciət olunaraq Koalisiyanın məqsədlərinə dəstək vermək barədə çağırış da öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

