Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İsrail Təhlükəsizlik Akademiyası: "Azərbaycan əsgəri 44 günlük müharibədə Qarabağda tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib”

İsrail Təhlükəsizlik Akademiyası: "Azərbaycan əsgəri 44 günlük müharibədə Qarabağda tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib”

27.09.2023 [21:25]

“Azərbaycan əsgəri 44 günlük müharibədə Qarabağda tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib".

Bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının  Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin bəyanatında səslənib.

Bəyanatda həmçinin deyilir:

“Qarabağ müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!

2020-ci ilin sentyabrın 26-dan 27-nə keçən gecə erməni təxribatı ilə başlanan 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri böyük şücaət və igidlik göstərərək erməni işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad etdi. İkinci Qarabağ müharibəsində 3000-ə yaxın Azərbaycan əsgəri şəhid olub. Sentyabrın 27-si bu müharibədə şəhid olan Azərbaycan əsgərlərinin Anım günüdür. Biz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş və canından keçmiş Azərbaycan əsgərinin xatirəsini hörmətlə və hüznlə anırıq. Dost və qardaş Azərbaycan xalqına‚ Azərbaycan dövlətinə və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi daimi və əbədi olsun!

Hər zaman dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq. Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. 

Ermənistan regional təhlükəsizliyə və bölgənin sabitliyinə qarşı təhdid yaratmaqdan‚ işğalçılıq və regionun təhlükəsizliyini pozmaq siyasətindən əl çəkməlidir. 

 Erməni təxribatlarını‚ vandalizmini və cinayətlərini şiddətlə pisləyir‚ dost və qardaş Azərbaycan dövlətinə və xalqına öz sonsuz dəstəyimizi ifadə edirik.  Qarabağ Azərbaycandır!!  

Şəhidlərə Tanrıdan rəhmət diləyir‚ məkanları cənnət olsun deyirik”.

Paylaş:
Baxılıb: 338 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

YAP xəbərləri

Xəbər lenti

Xəbər lenti

Siyasət

500 illik qanlı tarix

07 Dekabr 11:20

Xəbər lenti

Siyasət

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31