Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İcma: Litva Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir

İcma: Litva Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir

30.11.2023 [11:35]

Litvadan olan bir qrup deputat Ermənistan-Azərbaycan sərhədinə baş çəkmiş və son vaxtlar Avropa İttifaqı ölkələrindən olan rəsmilərin Aİ-nin Ermənistandakı missiyası ilə görüşərək durbinlə Azərbaycana baxmaq kimi yersiz praktikasını davam etdirib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda qeyd olunub: “Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir. Yəqin ki, litvalı deputatların bir neçə il öncə litvalı diplomatların keçmiş münaqişədə əraziləri işğal olunan Azərbaycanı deyil, işğalçı Ermənistanı dini zəmində dəstəklədikləri barədə yayılmış səs yazısından xəbərdardırlar.

Litvalı deputatlara xatırladırıq ki, onların baş çəkdikləri ərazilərin əksəri azərbaycanlıların deportasiya edildiyi kəndlərdir.

Səlibçi mentalitetli litvalı deputatlar Cənubi Qafqazda macəra axtarmaq, Don Kixotluq etmək əvəzinə qoy gedib öz ölkələrində sıxışdırılan etnik azlığın hüquqlarının qorunması ilə məşğul olsunlar”.

Paylaş:
Baxılıb: 440 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31