Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Almaniyada güclü qar səbəbindən yüzlərlə aviareys ləğv olunub

Almaniyada güclü qar səbəbindən yüzlərlə aviareys ləğv olunub

17.01.2024 [13:57]

Güclü qar və buz yağışı Almaniyada yüzlərlə aviareysin ləğvinə səbəb olub.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Almaniyanın ən böyük hava limanı olan Frankfurt-Mayn aeroportunda 500-dən çox, Münxen aeroportunda isə 250-dən çox aviareys ləğv edilib.

Ölkənin əsas dəmiryolu operatoru “Deutsche Bahn” uzun məsafəli qatar reyslərinin bəzilərini dayandırmaq məcburiyyətində qalıb. Bundan başqa, yüksək sürətli “Intercity-Express” qatarlarının sürəti saatda 200 kilometrədək azaldılıb.

Yanvarın 17-də səhər saatlarında əlverişsiz hava şəraiti yollarda çoxsaylı qəzalara səbəb olub. İnsidentlərin artmasının qarşısını almaq üçün bir çox məktəb və uşaq bağçası bağlanılıb, bəzi kompaniyalar məsafəli iş rejiminə keçib.

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31