Milli ziyalı...
19.03.2024 [11:14]
Nəriman Nərimanovun vəfatından 99 il ötür
Postsovet ölkələrində kütləvi şüurun dəyişməsi nəticəsində tarix elmi sovet stereotiplərindən, ideoloji ehkamlarından azad olundu. Bununla da milli dövlətçilik ideologiyası zənginləşdi. Vətən tarixini yenidən nəzərdən keçirmək, ondan ibrət dərsləri çıxarmaq arzusu ölkəmizdə milli tarixşünaslığın üstün istiqamətlərindən biri oldu. Bu baxımdan Azərbaycanın 20-ci əsr tarixi xüsusi mərhələ təşkil edir.
20-ci əsrin 20-ci illərində Azərbaycanda bir-birini əvəz edən iki respublika - Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Sovet Sosialist Respublikası yaranmışdı. Vaxtilə Rusiya imperiyasına qarşı mübarizənin inqilabi-demokratik qanadını təmsil edən bu respublikaların siyasi liderləri Azərbaycan müstəqillik əldə etdikdən sonra əks siyasi düşərgələrə keçdilər. Ölkənin inkişaf yolları ilə bağlı onlar arasında olan fikir ayrılığı vətənpərvərlik hissindən, öz xalqını çiçəklənmə və firavanlıq yolu ilə aparmaq arzusundan qaynaqlanırdı.
Belə simalar arasında Nəriman Nərimanov xüsusi yer tutur. Onun adı Azərbaycanın ictimai fikir və mədəniyyət tarixində mühüm yerə malikdir. O, bir tərəfdən ədəbiyyat tariximizdə görkəmli nasir, böyük dramaturq, digər tərəfdən də fəal milli ziyalı və publisist kimi tanındı. Stalin diktaturası və şəxsiyyətinə pərəstiş dövründə partiya və dövlət quruculuğu məsələlərində rəsmi siyasətə fərqli mövqedən çıxış edənlərə sovet tarixşünaslığı da rejimin diqtəsi ilə “əks-inqilabçı”, “millətçi”, “xalq düşməni” və s. damğalar vururdu. Elə olurdu ki, Kommunist partiyasında və sosialist hərəkatında görkəmli rol oynamış bəzi tanınmış sovet dövlət xadimlərinin də fəaliyyəti şübhə altına alınırdı.
Azərbaycanın belə görkəmli ictimai və dövlət xadimlərindən biri də Sovet Azərbaycanı hökumətinin ilk rəhbəri, ölümündən bir müddət sonra “millətçi” sayılaraq unudulmuş, sonradan 1950-ci illərin ikinci yarısında - “Xruşşov mülayimləşməsi” dövründə bəraət almış, demək olar ki, Stalin repressiyalarının qurbanı kimi tariximizə qaytarılmış Nəriman Nərimanov idi.
Məlumdur ki, bir xalqın oyanışının əsas mənbəyi mətbuatdır. Bu mənada Nərimanov milləti oyanışa da səsləyirdi. “Hümmət” qəzetinin baş redaktoru kimi onun maarifçi, oyanış rəhbəri kimi atdığı addımlar danılmazdır. Heç kim də bunu danmır. Yalnız sovet hakimiyyətindən başqa. Həmin dövrdə - sovet hakimiyyətinin müəyyən illərində, Nərimanovun adı siyasi xadim kimi yasaq olunmuşdu.
Təsadüfi deyil ki, ölümündən sonra da ermənilər tərəfindən N.Nərimanova qarşı böhtan kampaniyası davam etdirilirdi. Onun yubileyinin keçirilməsinə imkan vermirdilər. Nəhayət, Azərbaycana rəhbərlik edən
Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail oldu.
Heydər Əliyev görkəmli ictimai-siyasi xadim və yazıçının fəaliyyətini yüksək qiymətləndirərək deyirdi: “Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı. ...Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir”.
Qeyd edək ki, bu gün Nəriman Nərimanovun vəfatından 99 il ötür. O, 19 mart 1925-ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişib və Qızıl Meydanda Kreml divarları yanında dəfn olunub. N.Nərimanov ölümünə bir az qalmış oğlu Nəcəfə yazıb: “Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56

