Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 5 aprel Brüssel görüşü barədə müsahibə Ermənistan diplomatiyasının iç üzünü açdı...

5 aprel Brüssel görüşü barədə müsahibə Ermənistan diplomatiyasının iç üzünü açdı...

28.03.2024 [12:12]

“Ermənistan Xarici İşlər Nazirliyi Brüsseldə planlanan 5 aprel Blinken- Paşinyan - Ursula fon Lyayen  məşvərətinin Qafqazda sülh perspektivlərinə qarşı çevrildiyini ciddi-cəhdlə ört- basdır etməyə başlayıb. Guya bu görüşün heç bir üçüncü ölkəyə qarşı çevrilmədiyi, Ermənistanın beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılmasına yönəldiyi iddia olunur. Nazirliyin mətbuat katibi Anna Badalyanın müsahibəsində həm qorxu, həm reallığın təhrif olunması, həm də aşkar gördüyümüz əsil niyyətlərin gizlədilməsi səyləri var”.

Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:

“Məsələn....

1.İddia olunur ki, 5 aprel görüşü regional münasibətlər baxımından inklüziv mahiyyət daşıyır.

Cavab - Bu necə inklüzivlikdir ki, Azərbaycanla əlaqəli planlanan müzakirələr Azərbaycanın öz iştirakı olmadan aparılır və konkret müzakirə olunacaq məsələlər barədə öncədən məlumat verilmir?! Necə inklüzivlikdir ki, müzakirə formatının hər 3 tərəfi- Ermənistan, ABŞ və Avropa Birliyi hazırda Azərbaycanla bağlı ancaq "neqativ kateqoriyalar" əsasında düşünürlər?!

2. Ermənistan XİN rəsmisi deyir ki, Azərbaycan onların 208 kvadrat kilometr ərazisini işğalda saxlayır. Azərbaycana məxsusluğu az qala bütün dünya tərəfindən inkar edilməyən 8 kəndin qaytarılmasını gündən-günə satdıqları halda, Azərbaycanın 208 kvadrat kilometri işğalda suçlaması barədə iddialar ağla və məntiqə sığmır.

3. Ermənistan XİN rəsmisi iddia edir ki, Azərbaycan 2022-ci ilin 6 oktyabrında  Əliyev-Paşinyan- Makron- Mişelin iştirakilə 4 tərəfli  Praqa görüşündə Avropa Birliyinin müşahidə mussiyasının öz ərazisində də fəaliyyət göstərməsinə razılıq verdi və sonra razılaşmanı pozdu. Anna Badalyan büsbütün yalan danışır. Həqiqət budur ki, Azərbaycan Prezidenti həmin görüşdə AB-nin monitorinq missiyasının yaradılmasına razılıq versə də, onun Azərbaycanın  sərhəd ərazisində yox, tək Ermənistanın sərhəd ərazisində fəaliyyətinə  razılıq verib. Həm də müəyyən aydın  şərtlərlə. O şərtlərlə ki, missiya deyilən müşahidəçilər 2 aylıq müddətdə fəaliyyət göstərəcək, həm də məhdud sayda olacaqlar. Razılaşmanın əsas məqamları budur. Razılaşmanı pozan Ermənistan oldu. Cəmi 3- 4 ay sonra Avropa Birliyinin Monitorinq Potensialı deyilən rəsmi adı dəyişərək Avropa Birliyinin Müşahidə Missiyasına çevirdilər, 2 aylıq fəaliyyət müddəti 2 illiyə çevrildi, "müşahidəçi " deyilənlərin sayı 209- a çatdırıldı, mülki missiya deyilən qrup əslində keçmiş  kəşfiyyatçı ( kəşfiyyatçıların keçmişi olmur) fransız- alman zabitlərindən ibarət hərbiləşdirilmiş dəstəyə çevrildi, razılaşdırılmış müşahidə prinsiplərini pozaraq Azərbaycan, İran  və Rusiya  əleyhinə kəşfiyyat  məlumatları toplamağa başladılar. Bütün bu faktların ortada olduğu vaxtda Azərbaycanı 6 oktyabr 2022-ci il tarixli razılaşmanı pozmaqda suçlamaq absurddur. Azərbaycan Prezidenti bu razılaşmaya da prinsipial yanaşır.

4.Ermənistan XİN rəsmisi ölkəsinin Azərbaycanla sülh sazişini elə indicə imzalamağa hazır olduğunu deyir. Necə inanaq? Əgər son 3 ildə razılaşmalara,  xüsusən 10 noyabr sənədindəki imzaya əks  addımlar atılırsa, Ermənistan sülhə necə hazır sayıla bilər?! Sülh məsələsində indiyə kimi heç bir təşəbbüsə (pozucu təşəbbüslərdən başqa)  imza atmayan Paşinyan sülhə necə hazır ola, bütün pozitiv təşəbbüslərin müəllifi İlham Əliyevi hazırlıqsızlıqda necə  suçlaya bilər?!

5. Badalyan sərhədlərin delimitasiya və demarkasiyanın 1991-ci il Alma- Ata bəyannaməsi əsasında aparılmasını şərt kimi qoyur, lakin iddia edir ki, sərhədlərin yaradılmasından yox, bərpasından söhbət getməlidir, yəni guya 91-ci ildə  SSRİ dağılanda iki ölkənin arasında aydın xətlərlə çəkilmiş sərhədlər var imiş... Absurd bir yanaşmadır. Əgər o sərhədlər 91-ci ildə var idisə, Ermənistan niyə o sərhədlərdə dayanmadı, niyə Xankəndiyə qədər təcavüzkar yürüş etdi ki, sonda da onu "it kimi qovsunlar"?!...  Badalyanın "azarını" yaxşı başa düşürük. Bu "dili " Paşinyandan alıb, sanki Paşinyan  ağzına "tüpürübmüş" kimi onun dediklərini təkrarlayır, guya həmin sərhəd xətlərinin  ancaq son sovet dövrü xəritələrində - 1974- 1991-ci ilin Baş ştab xəritələrində əks olunduğunu qəbul etdirmək istəyir. Düz adamsınızsa , niyə ancaq özünüzə sərf edən və yarımçıq xəritələri əsas tutursunuz? İlham Əliyevin konseptual bir dəqiqliklə təklif etdiyi ya xronoloji, ta da metodoloji prinsipə söykənmək doğru olmazmı? Yəni sərhədlərin delimitasiyasında ya Azərbaycan Xalq Cümhuriyyətindən başlayan reallıqlara söykənək , ya da 1920- ci ildən başlayan sovet reallıqlarına əsaslanaq. Badalyanlar bilir ki, tarixi ədalətə və siyasi reallığa daha çox uyğun olan İlham Əliyevin bu konsepsiyası əsas tutulsa, Azərbaycanın ərazisinin 114 min kvadrat kilometrdən 89 minə necə salındığı, İrəvanın, Zəngəzurun , Mehrini necə qoparılması çılpaqlığı ilə üzə çıxacaq. Odur ki, bir neçə qüsurlu xəritədən yapışırlar. Həmin xəritələri vaxtilə hansısa  erməniyə, ya ermənipərəst sovet rusuna çəkdirdikləri də şübhəlidir. Lavrov bir dəfə dedi ki, bəzi Qərb kəşfiyyatları bu xəritələrin onlarda da olduğunu iddia edirlər. Kim deyə bilər ki, Ermənistanın Qərbdəki dostlarının əli ilə bu xəritələr 2,3- cü dəfə saxtalaşdırılmayıb?!

Badalyanın müsahibəsi Ermənistan diplomatiyasının iç üzünü əslində ifşa etdi....”

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30