Ukraynanın NATO-ya gedən yolu bağlıdır
25.10.2024 [08:40]
Müharibə şəraitində olan ölkə alyansa üzv qəbul oluna bilməz
Ukraynanın NATO-ya üzv olmaq ümidləri getdikcə azalır. Rusiya ilə müharibədən əvvəl və müharibə dövründə bu barədə Qərb dövlətləri tərəfindən dəfələrlə vəd verilsə də, yerinə yetirilmir. Bugünlərdə Avropanın “Politico” nəşri adı açıqlanmayan dörd ABŞ və NATO rəsmisinə istinadən məlumat yayıb ki, bir sıra NATO ölkələri, o cümlədən ABŞ və Almaniya Ukrayna prezidenti Vladimir Zelenskinin müraciətlərinə müsbət cavab verməyə və Rusiya ilə birbaşa münaqişədən çəkinərək Kiyevi dərhal alyansa dəvət etməyə hazır deyil.
“Politico”: Almaniya və ABŞ Kiyevin bloka üzv olmasında tərəddüd edir
Onların məlumatına görə, Almaniya və ABŞ Kiyevi bloka dəvət etməkdə ilk tərəddüd edənlər sırasındadır. “Belçika, Sloveniya və İspaniya kimi ölkələr ABŞ və Almaniyanın arxasında gizlənirlər, onlar Ukraynanın NATO-ya üzv olmasını istəmirlər”, - deyə “Politico” alyansın adının açıqlanmayan nümayəndəsindən sitat gətirib. Macarıstan və Slovakiya da Ukraynanın üzvlüyünə qarşıdır.
Nəşrin digər həmsöhbətinin sözlərinə görə, blok ölkələri Ukraynanın üzvlüyünü yalnız hipotetik şəkildə dəstəkləyir və bu, reallaşarsa, fəal müqavimət göstərməyə başlayacaq. Qəzet yazır ki, alyansın əsas üzvləri “Rusiya ilə müharibəyə cəlb olunacaqlarından narahat olduqları üçün” Kiyevi NATO-ya dəvət etməyi gecikdirir. “Politico”nun mənbəsinin sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Avropa İttifaqı ölkələrinin əksəriyyəti yaxın gələcəkdə Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək.
Qeyd edək ki, V.Zelenskinin elan etdiyi qələbə planında Ukraynanın NATO-ya üzvlüyü əsas yer tutur. Bir neçə gün öncə Ali Radada çıxışı zamanı Zelenski deyib ki, Rusiya onilliklər ərzində Avropadakı geosiyasi qeyri-müəyyənlikdən, yəni Ukraynanın NATO üzvü olmamasından istifadə edib: “İndi Ukraynanın NATO-ya dəvət edilməsi faktı sülh üçün həqiqətən də fundamental amil ola bilər. Biz başa düşürük ki, NATO-ya üzvlük bugünün deyil, gələcəyin işidir”. Onun fikrincə, dəvət qətiyyətdən başqa heç nə tələb etməyən güclü qərardır. “Buna görə də bu, qələbə planının başlanğıc nöqtəsidir və qətiyyətliliyin təsdiqidir. İndi qeyd-şərtsiz dəvət vacibdir. Bu, əminlikdir - tərəfdaşların Ukraynanın təhlükəsizlik arxitekturasındakı yerini əslində necə gördüyünün təzahürüdür”, - deyə Zelenski vurğulayıb.
Kiyevə yalnız vəd verilir
Yeri gəlmişkən, NATO-nun yeni Baş katibi Mark Rutte də oktyabrın 1-də bu vəzifənin təhvil alınması mərasimində çıxışı zamanı Ukraynaya açıq dəstəyini ifadə edib. O, Ukrayna müharibəsini və alyansın müdafiə xərclərinin artırılmasını prioritet hesab etdiyini də vurğulayıb: “Prioritetlərimiz dəyişməz olaraq qalır. Biz Ukraynanın müstəqil demokratik dövlət kimi qalmasını təmin etməliyik. Müdafiə və çəkindirmə imkanlarımız baxımından xərcləri artırmalı, kollektiv müdafiə gücümüzü genişləndirməliyik”.
Eyni zamanda, M.Rutte Ukraynanın özünümüdafiə hüququnu dəstəklədiyini vurğulayıb. Baş katib hesab edir ki, təhlükəsizliyin təmin olunması üçün dünyanın müxtəlif bölgələrində NATO tərəfdaşlıqları inkişaf etdirilməlidir: “Ukraynanın layiqli yeri NATO-dadır. Mənim ikinci prioritetim Ukraynaya dəstəyimizi gücləndirmək və onu NATO-ya daha da yaxınlaşdırmaqdır. Çünki güclü, müstəqil Ukrayna olmadan Avropada davamlı təhlükəsizlik ola bilməz. Üzərimizə düşəni etməliyik”. Rutte Ukraynaya dəstəyini təsdiqləmək üçün NATO-nun Baş katibi kimi fəaliyyətinin üçüncü günündə - oktyabrın 3-də Kiyevə səfər etdi. NATO yeni Baş katibinin Ukaynaya dəstəyin artırılması ilə bağlı mövqeyi V.Zelenskini cəsarətləndirən amillərdən biridir. Buna görə də, o, qələbə planında ölkəsinin alyansa üzvlüyünü xüsusi qeyd edir.
Ukrayna Qərbin nağıllarına inanmamalıdır
Lakin Ukrayna lideri oktyabrın 17-də qələbə planını təqdim etmək üçün Brüsseldə olarkən M.Ruttedən alyansa üzvlüklə bağlı konkret dəstək ala bilmədi. Həmin gün NATO müdafiə nazirlərinin toplantısında M.Rutte deyib ki, Ukrayna gələcəkdə NATO-ya daxil olacaq və alyansın 33-cü və ya 34-cü üzvü olacaq. “Hazırda Ukraynanın 33-cü üzv olacağı görünür”, - deyən Rutte qeyd edib ki, nəzəri olaraq başqa bir ölkə Ukraynadan əvvəl üzv ola bilər. Nəzərə alaq ki, rəsmi olaraq Bosniya və Herseqovinanın gələcəkdə NATO-ya üzv olacağı bildirilib. Lakin Ukraynaya vəd verilsə də, hələ namizədlik statusunu da ala bilməyib.
Müttəfiqlərin hazırda Ukraynanın NATO-ya daxil olması üçün “körpü” qurmağa çalışdıqlarını qeyd edən Rutte deyib ki, “konkret nə vaxt” sualı olarsa, indi ona cavab verə bilmərəm”.
Müdafiə nazirlərinin görüşündə Rusiya ilə müharibədə Ukraynaya dəstəyin davam etdirilməsi də müzakirə olunub. Böyük Britaniyanın müdafiə naziri Con Healey önümüzdəki həftələrdə və aylarda bu dəstəyin artırılmasının lazım olduğunu vurğulayıb. Lakin nazir təfərrüatları açıqlamayıb.
Rəsmi Vaşinqton da bəyan edib ki, “hazırda Ukraynanın NATO-ya üzvlüyü üçün heç bir şərait yoxdur”. Məlumdur ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına qəti etiraz edir və bu niyyətdən imtinanı sülh danışıqlarının başlanması üçün öz şərtlərindən biri adlandırır. NATO-nun Baş katibi Rutte onu da bildirib ki, hazırda məqsəd Ukraynanın Rusiya ilə sülh danışıqlarını “güclü mövqedən” aparmasına şərait yaratmaqdır. Göründüyü kimi, illər öncə Ukraynaya NATO üzvlüyü vəd edən ABŞ və digər Qərb dövlətləri bu ölkəni Rusiya ilə müharibəyə təhrik etdi. Halbuki NATO-nun nizamnaməsinə əsasən müharibə şəraitində olan ölkə alyansa üzv qəbul oluna bilməz. Yəni, hazırkı şəraitdə Ukraynanın NATO-ya gedən yolu bağlıdır. Ona görə də, rəsmi Kiyev Qərbin belə nağıllarına inanmamalıdır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43

