“Milad atəşkəsi” olacaqmı?
18.12.2024 [08:55]
Macarıstanın Baş naziri Viktor Orbanın irəli sürdüyü Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh planı beynəlxalq səviyyədə geniş müzakirələrə yol açıb. Özünəməxsus siyasi gedişləri ilə fərqlənən Orbanın sülh çağırışına belə həssas yanaşma təsadüfi deyil. Rusiya-Ukrayna müharibəsi uzandıqca onun dünya üçün fəsadları daha ağır olur. Buna görə də başlanğıcda “Rusiyanı uzun sürən yorucu müharibə ilə məğlub etmək” planları quran Avropada da hazırda aktiv döyüşlərin getməsinə münasibət birmənalı deyil. Belə görünür ki, uzanan müharibə Qərbin özü üçün də yorucu olub. Buna görə də müharibənin mümkün qədər tez bir zamanda bitməsi ilə bağlı siyasi çevrələrdə səsləndirilən fikirlər böyük həssaslıqla qarşılanır.
İlk addım sülh planı deyil, atəşkəsdir
Orbanın sülh təkilfi ilə dünya gündəminin mərkəzinə gəlməsi onun Trampla görüşündən dərhal sonra Putinə telefon açması fonunda baş verib. Məlum olduğu kimi, Tramp hələ seçkiqabağı təşviqat kampaniyası dönəmində prezident seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini qısa müddətdə bitirəcəyinə dair vədlər verib. Bu vəddən sonra dünya Ağ Evin yeni sahibini xilaskar kimi qəbul edir. Hərçənd, müharibənin bu günə olan nəticələri, Moskvanın və Kiyevin yanaşmaları arasındakı kəskin ziddiyyət fonunda “müharibənin tezliklə bitəcəyi” vədinə böyük şübhələr var.
Orban indiki gərgin fazada da sülhün qlobal Şərq və qlobal Qərb üçün daha vacib olduğu qənaətindən çıxış edir. Baş nazirin mövqeyi Avropa İttifaqının və Bayden administrasiyasının yanaşmasından kəskin şəkildə fərqlənir. Onun müharibənin sonuclanması ilə bağlı mərhələli həll planı var və bunu hələ xeyli müddət əvvəl bəyan edib. Macarıstanın Baş naziri hesab edir ki, Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı üzrə razılaşma deyil, atəşkəs olmalıdır. Orbanın qənaətinə görə, hər iki tərəf üçün məqbul olan və qəbul edilən sülh planını gözləsək, heç vaxt sülh olmayacaq. Viktor Orbanın fikrincə, Ukrayna böhranı bütün dünyanın, o cümlədən Avropanın hər iki tərəfi sülhə doğru irəliləməyə sövq edəcəyi beynəlxalq kontekstə ehtiyac duyur. “Bu beynəlxalq kontekst olmadan hər iki tərəfi inandırmaq çox çətin olacaq. Ona görə də sülh ideyasını dəstəkləyən dostlara ehtiyac var”, - deyə Macarıstan lideri vurğulayıb.
Seçkilərdə qələbə qazanan və “müharibəni tezliklə bitirəcəm” vədi verən Tramp məhz belə bir “dost” qismində qəbul olunur. Qeyd edək ki, Orban Trampın rəğbət bəslədiyi siyasətçilər sırasında yer alır. Seçkilərdən sonra Orban Trampla görüşmək fürsəti qazanan azsaylı siyasətçilərdəndir. Görüş Floridada Mar-a-Laqo malikanəsində baş tutub. Dəvət təklifi Trampdan gəlib. Görüşdə həmçinin Amerikanın yeni administrasiyasına qoşulmağa namizəd İlon Mask, Trampın milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsinə təyin edilmiş namizəd Mayk Uots və Macarıstanın xarici işlər naziri Peter Siyarto da iştirak ediblər. Görüşün detalları və Moskvaya hansı mesajların çatdırlacağı barədə məlumatlar verilməsə də, əsas müzakirə mövzusunun Rusiya-Ukrayna müharibəsinə dair sülh planı olduğu şübhəsizdir.
Trampın bəlli mövzuda Orbanla məhdud çərçivədə müzakirələr aparması da təsadüfi deyil. Burada Macarıstanın Baş nazirinin Rusiya lideri V.Putinlə də münasibətlərinin yüksək səviyyədə olması önə çəkilir. Təsadüfi deyil ki, Trampla görüşdən sonra Orban Putinə telefon açıb və Şimal-Şərqi Hərbi Dairə zonasında “Milad atəşi” elan etmək təklifini səsləndirib. O qənaət hasil olur ki, Tramp artıq “müharibəni tezliklə bitirəcəm” planını işə salıb. Yeri gəlmişkən, ABŞ-ın yeni seçilmiş prezidenti son açıqlamalarının birində Rusiya-Ukrayna müharibəsinə son qoymağa nail olmaq üçün Rusiya lideri Putinlə əlaqə saxlamaq niyyətində olduğunu bildirib. “Prezident Putinlə danışacağıq və Prezident Zelenski, Ukrayna nümayəndələri ilə danışacağıq”, - deyə Tramp bildirib. O vurğulayıb ki, Moskva ilə Kiyev arasında münaqişəni dayandırmaq lazımdır.
Vaşinqton, Moskva və Kiyevin gecikməyən münasibəti
Trampın komandası Orbanın irəli sürdüyü “münaqişənin həlli üçün Ukraynada atəşkəsin olması” təklifini nəzərdən keçirməyə hazırdır. Bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts “CBS” telekanalında bildirib.
Ondan Orbanın Ukraynada atəşkəs və Milad bayramları zamanı Rusiya ilə əsirlərin mübadiləsi ilə bağlı daha əvvəl elan edilmiş təşəbbüsünü şərh etməsi istənilib. “Hərbi əməliyyatları dayandırmaq lazımdır. Əgər ilk addım kimi hansısa atəşkəs təklif edilərsə, o zaman bunun nə demək olduğunu diqqətlə öyrənəcəyik”, - deyə Mayk Uolts bildirib.
Orbanın Putinlə dekabrın 11-də baş tutan telefon söbətində səsləndirdiyi “Milad atəşkəsi” planı Moskva tərəfindən də təqdir edilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Moskva Orbanın təşəbbüsünə dərhal reaksiya verib və iki lider arasındakı söhbətdən dərhal sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Macarıstanın Moskvadakı səfirliyinə məhbusların mübadiləsi ilə bağlı təkliflər təqdim edib.
Müharibə tərəfi olan Kiyev isə Budapeştin təşəbbüsünü müsbət qarşılamayıb. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski Orbanla atəşkəs danışıqlarını müzakirə etmək istəməyib. Macarıstanın xarici işlər naziri Peter Siyarto isə deyib ki, V.Orban tərəflər arasında atəşkəsi müzakirə etmək üçün V.Zelenski ilə danışmaq istəyib, amma rədd cavabı alıb.
Belə olan halda sual yaranır: Tramp müharibəni tezliklə bitirməyə necə nail olacaq? Əlbəttə, ABŞ-ın Ukraynanın əsas dəstəkçisi qismində çıxış etdiyini nəzərə almaq lazımdır. Nəzəri və praktiki cəhətdən Vaşinqtonun müharibənin gedişinə təsir imkanları var. Sualın cavabı olaraq bildirək ki, Kiyevin mövcud reallıqlarla sülhə məcbur edilməsi ehtimalları kifayət qədər yüksəkdir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 Yanvar 19:54
Dünya
15 Yanvar 19:35
Sosial
15 Yanvar 19:13
Siyasət
15 Yanvar 18:08
YAP xəbərləri
15 Yanvar 17:51
YAP xəbərləri
15 Yanvar 17:50
YAP xəbərləri
15 Yanvar 17:49
YAP xəbərləri
15 Yanvar 17:48
YAP xəbərləri
15 Yanvar 17:47
YAP xəbərləri
15 Yanvar 17:45
YAP xəbərləri
15 Yanvar 17:44
YAP xəbərləri
15 Yanvar 17:43
YAP xəbərləri
15 Yanvar 17:41
YAP xəbərləri
15 Yanvar 17:39
YAP xəbərləri
15 Yanvar 17:38
YAP xəbərləri
15 Yanvar 17:37
YAP xəbərləri
15 Yanvar 17:34
YAP xəbərləri
15 Yanvar 17:32
YAP xəbərləri
15 Yanvar 17:15
Gündəm
15 Yanvar 17:12
Dünya
15 Yanvar 16:31
Sosial
15 Yanvar 16:12
Dünya
15 Yanvar 15:48
Sosial
15 Yanvar 15:42
Xəbər lenti
15 Yanvar 15:30
Dünya
15 Yanvar 14:53
YAP xəbərləri
15 Yanvar 14:47
Sosial
15 Yanvar 14:45
YAP xəbərləri
15 Yanvar 14:42
Dünya
15 Yanvar 14:41
Dünya
15 Yanvar 14:37
Sosial
15 Yanvar 14:19
Elm
15 Yanvar 14:15
Gündəm
15 Yanvar 13:48
Dünya
15 Yanvar 13:25
Gündəm
15 Yanvar 13:11
Sosial
15 Yanvar 12:46
Dünya
15 Yanvar 12:33
Dünya
15 Yanvar 12:31
Sosial
15 Yanvar 12:12
Dünya
15 Yanvar 12:11
Sosial
15 Yanvar 12:06
İqtisadiyyat
15 Yanvar 11:54
Siyasət
15 Yanvar 11:45
Dünya
15 Yanvar 10:59
İqtisadiyyat
15 Yanvar 10:58
Sosial
15 Yanvar 10:56
Sosial
15 Yanvar 10:54
Hadisə
15 Yanvar 10:53
İqtisadiyyat
15 Yanvar 10:53
Analitik
15 Yanvar 10:51
Sosial
15 Yanvar 10:49
İqtisadiyyat
15 Yanvar 10:41
Gündəm
15 Yanvar 10:33
Gündəm
15 Yanvar 10:24
MEDİA
15 Yanvar 10:17
Gündəm
15 Yanvar 10:15
Dünya
15 Yanvar 09:53
Analitik
15 Yanvar 09:37
Analitik
15 Yanvar 09:15
Sosial
15 Yanvar 08:58
Sosial
15 Yanvar 08:34
Elm
14 Yanvar 23:54
İdman
14 Yanvar 23:35
Dünya
14 Yanvar 23:14
Siyasət
14 Yanvar 22:53
Mədəniyyət
14 Yanvar 22:39
Elm
14 Yanvar 22:17
Elm
14 Yanvar 21:57
Dünya
14 Yanvar 21:34