Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / “Azərbaycan-Çin münasibətləri yeni mərhələyə yüksəlib”

“Azərbaycan-Çin münasibətləri yeni mərhələyə yüksəlib”

28.04.2025 [22:51]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri tarixi əhəmiyyət kəsb edir. Dünyanın ən böyük dövlətlərindən birində ölkəmizin başçısına və nümayəndə heyətinə göstərilən yüksək hörmət iki dövlət arasında münasibətlərin hansı səviyyədə inkişaf etdiyinin göstəricisidir. Hazırda Azərbaycan-Çin münasibətləri özünün ən yüksək mərhələsinə çatıb. Çin Xalq Respublikasında Azərbaycan Prezidentinə göstərilən diqqət ölkəmizə, onun Liderinə, həyata keçirilən siyasətə olan münasibət kimi qiymətləndirilir.

Bu sözləri Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Azərbaycan Prezidentinin Çinə səfərinin əhəmiyyətini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycanla Çin arasında imzalanan sənədlər münasibətlərdə yeni bir səhifənin başlanğıcı hesab edilir: “Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin münasibətlərin inkişafına təsiri olduqca böyükdür. Azərbaycan Prezidentinin Çində yüksək səviyyədə qarşılanması, aparılan müzakirələr, keçirilən mühüm görüşlər də bunun təzahür etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması olduqca mühüm əhəmiyyətə malikdir. Bu xüsusda Prezident İlham Əliyev və Sədr Si Cinpin tərəfindən Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması iki dövlət arasında əlaqələrdə yeni bir dövrün başlanıldığının göstəricisidir. Azərbaycan-Çin əlaqələri son illərdə inkişaf dinamikasına malikdir. Ölkələrimiz arasında iqtisadi, siyasi və strateji sahələrdə əməkdaşlıq da mühüm önəmə malikdir. Əlaqələrin inkişafı regional sabitlik və qlobal əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayır. Bu kontekstdə Azərbaycan Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri kimi vacib rol oynayır. Orta Dəhlizin Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrut kimi qlobal rolunu nəzərə alsaq bu olduqca əhəmiyyətlidir. Sözsüz ki, atılan bu addımlar tarixi Zəngəzur dəhlizinin açılmasını da təşviq edir ki, bununla regional və qlobal miqyasda yeni imkanlar açılmış olacaq. Bütün bunlar Azərbaycan və Çin arasında münasibətlərin artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir. İki ölkə yalnız iqtisadi deyil, eyni zamanda siyasi, humanitar və təhlükəsizlik sahələrində də bir-birinə daha sıx bağlıdır. Qlobal və regional təşəbbüslərdə, xüsusilə də “Orta Dəhliz” kimi qlobal əhəmiyyətli nəqliyyat layihələrində əməkdaşlığın gücləndirilməsində bu səfərin təsiri olduqca böyükdür. Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturuna etdiyi böyük sərmayələr Çin tərəfindən yüksək qiymətləndirilir. Çin şirkətlərinin Azərbaycanda bərpa olunan enerji, sənaye və texnologiya sahələrində artan marağı əməkdaşlıq üçün yeni imkanlar açmış olur”.

Deputatın fikrincə, COP29-la bağlı Azərbaycanın əldə etdiyi uğurlar bu səfər çərçivəsində də müzakirə edilən mövzular sırasında olub: “Çin Prezidentinin Azərbaycan Prezidentini həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərə rəsmi dəvət etməsi ölkələrimiz arasında olan yüksək səviyyəli münasibətləri təzahür etdirir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması isə tarixi hadisə idi. Bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi deməkdir. Məhz Birgə Bəyanatda qeyd edildiyi kimi, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir. Eyni zamanda hər iki ölkə təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Bunun fonunda Çin də öz növbəsində Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəyini ifadə edir”.

Eldar Quliyev Azərbaycanla Çin arasında müasirləşməni birgə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq barədə razılığın əldə olunmasına da diqqət çəkib: “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar. Eyni zamanda iki ölkə arasında digər sahələrdə əldə edilən razılaşmalar, Bakı-Pekin münasdibətlərinin bundan sonra fərqli inkişaf trayektoriyasına malik olacağını bir daha təsdiq edir. Sözsüz ki, Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir. Öz növbəsində ölkəmiz ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin isə Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir. Rəsmi Pekin, həmçinin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir və Azərbaycan tərəfinin AQEM-in inkişafına yönəlmiş “Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf” mövzusunda silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirir. Bütün bunlar Azərbayca-Çin münasibətlərinin yeni səviyyəyə yüksəlməsini bir daha təsdiq etmiş olur”.

   

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Ədəbiyyat

Analitik

Dünya

İkinci tura qaldı...

20 May 08:41  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31