Trampdan Ukrayna və Rusiyaya XƏBƏRDARLIQ
28.08.2025 [10:12]
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı növbəti maraqlı fikir səsləndirib. Belə ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ təkcə Rusiyaya deyil, Ukraynaya da sanksiya və gömrük rüsumları tətbiq edə bilər. ABŞ Prezidenti qeyd edib ki, istənilən zaman onun bu vasitəyə əl atacağı istisna deyil. “Mən sanksiyalardan, yaxud güclü tariflərdən Rusiya və ya Ukraynaya tətbiq etməklə minlərlə insanı xilas edə bilərəm”, - deyə Tramp bildirib. Ağ Evin rəhbəri, həmçinin əlavə edib ki, o, Rusiyaya qarşı mümkün sanksiya tətbiqinə tələsmir, çünki sülh sazişini görmək istəyir - həm Vladimir Putini, həm də Volodimir Zelenskini danışıqlar masası arxasına oturmağa çağırıb. “Münaqişəni dayandırmaq istəyirəm, əks halda dünya iqtisadi müharibəsi olacaq. Bu, Rusiya üçün pis olacaq və bunu istəmirəm. Onlar görüşməlidirlər,”- deyə Tramp vurğulayıb. ABŞ-ın dövlət rəhbəri, eyni zamanda, Ukraynaya hərbi dəstəyin davam etdirilməsi məsələsinə də toxunub - o, bildirib ki, Ukraynadakı münaqişənin xərcləri tamamilə NATO müttəfiqlərinin üzərinə düşür və ABŞ yalnız silah tədarükü ilə məşğul olacaq. “Biz artıq Ukraynanın maliyyələşdirilməsində deyil, münaqişənin, ölümlərin dayandırılmasında iştirak edirik. NATO münaqişəni maliyyələşdirir. ABŞ müttəfiqlərinə milyardlarla dollar dəyərində hərbi texnika, o cümlədən “Patriot” sistemləri satır. Müdafiə sənayesi müəssisələri isə istehsal həcmini iki və üçqat artırır”.
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp bu kimi açıqlamalarla hər iki tərəfə mesaj ötürür. “Tramp öz seçki kampaniyası zamanı hakimiyyətə gələcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitərəcəyi ilə bağlı vədlər verib. Öz vədlərini yerinə yetirmək Tramp üçün əhəmiyyətlidir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin sona çatması və iki münaqişə tərəfi arasında atəşkəs və ya sülh sazişinin imzalanması Trampın iqtisadi maraqları üçün də önəmlidir. Üç-dörd ay bundan öncə, Vaşinqton Kiyevlə ABŞ şirkətlərinin Ukraynanın mineral ehtiyatları və təbii sərvətlərinin istismarında iştirakı ilə bağlı saziş imzalayıb. Müharibə səbəbindən bu saziş hələ də qüvvəyə minməyib. Ona görə ki, heç bir ABŞ şirkəti hər gün raket hücumlarına məruz qalan ölkəyə investisiya yatırmağa risk etməz. Yalnız müharibənin dayanacağı təqdirdə ABŞ şirkətləri Ukraynanın mineral ehtiyatlarına və təbii sərvətlərinə çıxış imkanları əldə edəcəklər. Tramp bunu çox yaxşı başa düşür. Digər tərəfdən isə Ukraynada müharibənin bitməsi Trampa ona görə lazımdır ki, o, ABŞ-ın Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirmək, xüsusən də Moskva ilə də iqtisadi-ticari sazişlər imzalamaq istəyir. Bu, həmçinin ABŞ-a özünün ənənəvi olaraq rəqib hesab etdiyi Çin ilə iqtisadi mübarizəyə tam şəkildə fokuslanmaq imkanı qazandıracaq. Məhz bu üç səbəbdən dolayı Tramp Rusiya ilə Ukrayna arasında müharibəni tez bir zamanda bitirmək niyyətindədir və öz hədəfinə çatmaq üçün hər iki münaqişə tərəfinə hədə xarakterli mesajlar ötürür. Bu ilin əvvəlində Ağ Evə qayıtdıqdan sonra Trampın bu analoju mesajlarının dəfələrlə şahidi olmuşuq. ABŞ Prezidenti Ukraynadan narazı olanda bəyan edirdi ki, ABŞ Ukraynaya hərbi-maliyyə dəstəyi dayandıracaq və Kiyevi Rusiyaya qarşısında yalnız buraxacaq, eyni zamanda Rusiyaya qəzəbli olanda çıxışlarında bildirirdi ki, Vaşinqton Moskvaya ən ağır və sərt sanksiyalar tətbiq edəcək. Bu baxımdan Trampın son mesajında əsas hədəfi həm Rusiyanı, həm də Ukraynanı öz şərtlərinə diktə etməyə hesablanıb,” - deyə R.Bayramov vurğulayıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

