Daha bir münaqişə sona çatdı
05.12.2025 [09:14]
Ruanda və Konqo arasında sülh...
Uzun illər davam edən Ruanda-Konqo münaqişəsinə birdəfəlik son qoyulması üçün zəmin yaranıb. Donald Trampın şahidliyi ilə Ağ Evdə Konqo Demokratik Respublikasının (KDR) Prezidenti Feliks Çisekedi və Ruanda Prezidenti Pol Kaqamenin sülh sazişi imzalaması bunu deməyə əsas verir. Saziş həmçinin faydalı qazıntılarla zəngin olan regiona ABŞ investisiyalarının cəlb edilməsini nəzərdə tutur.
Hələ bir neçə gün əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt təsdiqləmişdi ki, Prezident Donald Tramp dekabrın 4-də Ruanda və Konqo Demokratik Respublikasının liderləri - Pol Kaqame və Feliks Çisekedini sülh sazişini imzalamaq üçün qəbul edəcək: “Cümə axşamı Prezident Tramp Ruanda və Konqo Demokratik Respublikasının prezidentlərini tarixi sülh və iqtisadi saziş imzalamaq üçün qəbul edəcək. Bu sazişin əldə olunmasında o, vasitəçi kimi çıxış edib”.
“23 Mart Hərəkatı” Konqoya qarşı...
Xatırladaq ki, tərəflər arasında silahlı münaqişə müəyyən fasilələr olmaqla uzun illərdir davam edir. Sonuncu dəfə Konqo ilə Ruanda arasındakı müharibə 2022-ci ilin martında Ruanda hökumətinin dəstəklədiyi “23 Mart Hərəkatı” (M23) üsyançılarının hücumu ilə başlayıb. Münaqişə əsasən Konqonun resursla zəngin Şimali və Cənubi Kivu əyalətlərini əhatə edib. Bölgədəki döyüşlər yüz minlərlə insanın ölümünə və milyonlarla insanın evindən didərgin düşməsinə səbəb olub. Üsyançılar Konqo Demokratik Respublikasının şərqində iki vilayətin paytaxtı da daxil olmaqla 100-dən çox şəhər və yaşayış məntəqəsini ələ keçiriblər. Onların nəzarətində olan ərazilərdə hökumətə tabe olmayan yerli idarəetmə orqanları yaradılıb.
Donald Tramp ABŞ-da yenidən hakimiyyətə gəldikdən sonra bu münaqişənin də başa çatması üçün təşəbbüslər göstərib. Bunun nəticəsi olaraq iyun ayında ABŞ Dövlət katibi Marko Rubionun iştirakı ilə Vaşinqtonda KDR-in xarici işlər naziri Tereza Kayivamba və Ruandanın xarici işlər naziri Oliver Nduhunqirehe saziş imzalayıb. ABŞ və Qətərin vasitəçiliyi ilə imzalanmış saziş ərazi bütövlüyünə hörmət və hərbi əməliyyatların qadağan edilməsi, qeyri-dövlət silahlı qruplarının tərksilahı, təhlükəsizlik məsələlərinin əlaqələndirilməsi üçün birgə mexanizmin yaradılması ilə bağlı müddəaları ehtiva edir.
Tərəflər, həmçinin qaçqınların və məcburi köçkünlərin geri qaytarılmasının asanlaşdırılması, humanitar yardımların açılması və regional iqtisadi inteqrasiya strukturunun yaradılması barədə razılığa gəliblər.
Kim haqlıdır?
Lakin bu razılaşmadan bir müddət sonra Ruanda Prezidenti Pol Kaqame ABŞ-ın vasitəçiliyi əsasında Konqo ilə imzalanmış sülh sazişinin həyata keçirilməsinə şübhə ilə yanaşdığını bildirmişdi. Razılaşma Ruanda qoşunlarının 90 gün ərzində BMT-nin bu ilin əvvəlində regionun ən böyük iki şəhərini ələ keçirmiş M23 üsyançılarına dəstək verdiyi deyilən Şərqi Konqodan çıxarılmasını nəzərdə tutur. Ruanda hökuməti isə öz növbəsində M23-ü dəstəklədiyini inkar edir və silahlı qüvvələrinin Konqo ordusuna və 1994-cü ildə Ruanda soyqırımı ilə əlaqəli Hutu milislərinə, o cümlədən Ruandanın Azadlığı Uğrunda Demokratik Qüvvələrə (FDLR) qarşı özünümüdafiə üçün hərəkət etdiyini bildirib.
Kaqame jurnalistlərə deyib ki, Ruanda imzaladığı müqaviləyə sadiqdir, lakin Konqo ölkəsinə qarşı terrorçuları zərərsizləşdirmək üçün verdiyi vədləri yerinə yetirməsə, bu, problemlərə yol aça bilər.
Aİ hər iki ölkəyə dəstək verəcək
Nəhayət, tərəflər iyulun 19-da Dohada aparılan danışıqlar zamanı sülh sazişini imzalamaqla bağlı razılığa gələ bildilər və Ağ Evdə bu hadisə reallaşmış oldu. Öz növbəsində, Avropa İttifaqı (Aİ) Ruanda və Konqo Demokratik Respublikasına (KDR) iqtisadi və siyasi dəstək göstərməyə hazır olduğunu bəyan edib. Aİ-nin ali nümayəndəsi Kaya Kallas bildirib ki, Konqo və Ruanda arasında saziş onillik münaqişənin sona çatması istiqamətində mühüm addımdır: “Bunun mümkün olmasında ABŞ-ın iştirakını alqışlayıram. Sazişin uğurlu olması üçün regional tərəfdaşların iştirakı vacibdir. Aİ həm siyasi, həm də iqtisadi dəstək göstərməyə hazırdır”.
Beləliklə, Donald Tramp daha bir münaqişənin həllində vasitəçi oldu. Sülh sazişinin nə qədər dayanıqlı olmasını isə zaman göstərəcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

