Təl-Əvivlə Doha arasında yumşalma...
09.12.2025 [10:58]
ABŞ Yaxın Şərqdə daha bir gərginliyi sakitləşdirir
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Nyu-Yorkda İsrail və Qətər nümayəndələri arasında gizli görüş keçirəcək. Bu barədə məlumatı “Axios” portalı yayıb. Bildirilir ki, görüşdə məqsəd iki ölkə arasında münasibətləri normallaşdırmaqdır. Portalın məlumatına görə, İsrail nümayəndə heyətinə Mossad rəhbəri David Barnea, Qətəri isə yüksək vəzifəli bir məmur təmsil edəcək. “Axios” vurğulayır ki, Nyu-Yorkdakı görüşdə Qəzza zolağındakı vəziyyət və HƏMAS hərəkatının tərksilah edilməsi müzakirə olunacaq.
İsrail-Qətər gərginliyi: Sentyabrdan bəri ilk dəfə...
Bu mənada, keçiriləcək görüşün əsas mövzusu Qətər-İsrail münasibətlərinin üçtərəfli müzakirəsi ola bilər. Belə ki, yayılan məlumatlara görə, ABŞ, İsrail və Qətər nümayəndələri sentyabr ayında Qətərin paytaxtı Dohaya hava hücumundan sonra münasibətlərin bərpasını müzakirə etmək zərurətinin yarandığı fikrindədirlər. Danışıqlar Qətərin vasitəçiliyi ilə Qəzza müharibəsinə son qoymaq barədə razılaşmadan bəri tərəflər arasında (Qətər və İsrail) ən böyük görüş olacaq.
Xatırladaq ki, Yaxın Şərqdəki iki əsas ABŞ tərəfdaşı arasındakı münasibətlər İsrailin bu ilin 9 sentyabrda Dohada HƏMAS liderlərinə hücum etməsindən sonra xeyli pisləşmişdi. Qeyd edək ki, sentyabrın 9-da İsrail Dohada yerləşən HƏMAS rəhbərliyini hədəf alaraq Qətər ərazisinə hücumlar təşkil etmişdi. Hücum nəticəsində 2024-cü ilin payızında HƏMAS-ın siyasi bürosunun rəhbəri olmuş Xəlil əl-Həyya, təşkilatın siyasi bürosunun rəhbəri Xalid Məşəl və qrupun üzvü Zaher Cabarin həlak olmuşdu. Həmin vaxt rəsmi Doha İsrailin hərəkətlərini pisləyərək, bunu “yaşayış binalarına qorxaqcasına hücum” adlandırmışdı. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari hücumun “beynəlxalq normaların kobud şəkildə pozulması və ciddi təhlükəsizlik təhdidi” olduğunu bildirmişdi. Qətər hakimiyyəti hadisə ilə bağlı araşdırmaya başlamışdı. İsrail Baş naziri Binyamin Netanyahunun ofisi isə əməliyyatın başlanması qərarının 8 sentyabrda Qüds və Qəzzada baş verən terror hücumlarından sonra verildiyini qeyd etmişdi.
Avropa “iş başında”...
Görüşün digər əsas mövzusu qeyd olunduğu kimi, Qəzza bölgəsindəki tənzimləmənin yeni mərhələsi ilə bağlı olacaq. Qeyd edək ki, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani Qəzzada atəşkəsin möhkəmləndirilməsi üçün danışıqların hazırda həssas bir mərhələdə olduğunu bildirmişdi. Diplomat qeyd etmişdi ki, vasitəçilər hazırda atəşkəsin növbəti mərhələsini irəlilətmək üçün çox çalışırlar. Bu arada Qəzza bölgəsi ilə bağlı Avropa İttifaqının da mühüm planlarının olması üzə çıxıb - belə ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Avropa İttifaqı Fələstin polisinin təlimini və Qəzza zolağının sərhəd keçidlərini izləyən Avropa missiyasının genişləndirilməsi variantlarını müzakirə edir.
ABŞ-ın İsraildəki keçmiş səfiri Den Şapiro isə Qətərin HƏMAS-a təzyiq göstərməsinin vacibliyi barədə danışıb. O, bildirib ki, Donald Trampın Qəzza münaqişəsinin həlli planının ikinci mərhələsinin həyata keçirilməsi daha çox Qətərdən asılıdır. Şapiro hesab edir ki, Qətər HƏMAS-ı tərksilah etmək və bölgədə hakimiyyətdən imtina üçün təzyiq göstərməlidir. Diplomat vurğulayıb ki, yalnız Qətər HƏMAS üzərində lazımi təsirə malikdir. O, bu mövqeyi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə müzakirə etdiyini də bildirib.
Netanyahu Trampla görüşəcək...
Qeyd edək ki, “Axios” xəbər agentliyi mənbələrə istinadən bildirib ki, Donald Tramp 25 dekabrdan əvvəl sülh planının ikinci mərhələsinin başlandığını elan edə bilər. Xatırladaq ki, Trampın sülh planının birinci mərhələsi 10 oktyabrda İsrail və HƏMAS tərəfindən Misir, Qətər, ABŞ və Türkiyə vasitəçilərinin dəstəyi ilə razılaşdırılıb. Razılaşmanın bir hissəsi olaraq, İsrail qoşunları Qəzza zolağının 50 faizdən çoxu üzərində nəzarəti saxlayaraq “Sarı Xətt”ə çəkilib. BMT İnkişaf Proqramı regionun yenidən qurulması üçün təxminən 70 milyard dollar tələb olunacağını təxmin edir.
Bu arada İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəsin ikinci mərhələsinə keçidin yaxınlaşdığını elan edib. O, həmçinin bir neçə həftə ərzində Ağ Evlə bu məsələni müzakirə edəcəyini bildirib. Binyamin Netanyahu bu açıqlamanı Yerusəlimdə jurnalistlərə verdiyi açıqlamada deyib. Görüşdə Almaniya kansleri Fridrix Merz də iştirak edib. Baş nazir planın ikinci mərhələsinin həyata keçirilməsini necə təmin edəcəyini müzakirə etmək üçün bu ayın sonunda ABŞ Prezidenti Donald Trampla mühüm danışıqlar aparacağını açıqlayıb.
SADİQ
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

