Nikol kimdən və nədən qorxur?
18.12.2025 [09:36]
Ermənistanın baş naziri Aİ-dən kömək istəyir
Ermənistanda siyasi vəziyyət yenidən gərginləşə bilər. Belə ki, xaricdən dəstəklənən revanşist müxalif qrupların, eləcə də kilsənin seçkiqabağı təxribatlara əl atacağından ehtiyat edən baş nazir Nikol Paşinyan “qabaqlayıcı tədbirlər” görməyə hazırlaşır. Bir çox siyasi mütəxəssislərin fikrincə, xüsusilə, Ukrayna müharibəsinin sülh prosesinə doğru yaxınlaşması erməni baş naziri narahat edən amtillərdəndir - o baxımdan ki, Paşinyan ölkəsinin “yönünün” Avropaya tərəf “çevirməsi”nin “cəzasını” almaqdan çəkinir. Başqa sözlə, gələn ilin əvvəlində Ukraynada vəziyyətin stabilləşməsi fonunda Paşinyan parlament seçkiləri ilə bağlı müəyyən təhdidlərin formalaşacağını düşünür. Hətta yerli siyasətçilər onun seçkiqabağı proseslə bağlı Aİ-yə müraciətini məhz bu kontekstdə dəyərləndirirlər.
Avropa Paşinyanı “ürəkləndirdi”...
Xatırladaq ki, bir neçə gün öncə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirmişdi ki, Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında Ermənistan məsələsi də müzakirə ediləcək. O bildirmişdi ki, “növbəti il Ermənistanda seçkilər keçiriləcək. Bu gün biz Ermənistana bu məsələdə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xaricdən müdaxilənin qarşısını almaq üçün bizdən kömək istəyib”, - Aİ rəsmisi deyib.
Erməni nəşrləri Kallasın fikirlərini, 2026-cı il parlament seçkilərini yarana biləcək təhdid fonunda təhlil edərək onun seçkilər ərəfəsində Rusiyanın dezinformasiya kampaniyasını gücləndirməyə başlama ehtimalına işarə etdiyini bildirmişdilər. Qeyd edək ki, Ermənistanın xarici işlər nazirliyi Brüsseldə nazir Ararat Mirzoyanla Aİ Xarici İşlər Nazirləri Şurasının üzvləri arasında keçirilən görüşdən sonra Aİ üzv dövlətlərinin Ermənistanın hibrid təhdidlərə qarşı mübarizəyə dəstək ifadə etdiklərini yayıb. Daha əvvəl isə Kallas Ermənistan üçün 15 milyon avroluq yardım paketi elan etmişdi.
Erkən seçki ehtimalı güclənir
Sözügedən “hibrid təhlükə” təhdidi vurğulandığı kimi, xarici müdaxilələri əhatə edir. Qeyd olunduğu kimi, İrəvan Ukrayna müharibəsinin bitməsindən sonra özünə qarşı təhlükələrin yaranmasından ehtiyat edir. Hətta bəzi siyasi ekspertlər Paşinyanın seçkinin geri çəkilməsi ilə bağlı göstəriş verəcəyi ehtimalını real sayır. Nəzərə alsaq ki, seçkiyə təxminən 7 ay müddət qalmasına baxmayaraq hakim “Vətəndaş müqaviləsi” partiyası artıq oktyabrdan seçki kampaniyasına start verib. Rəm də bu səbəbdən Paşinyanın erkən seçkilərlə bağlı niyyətini gerçəkləşdirmə ehtimalı irəli sürülür. Xatırladaq ki, partiyanın seçki kampaniyasına Baş nazirin aparat rəhbəri Arayik Harutyunyan rəhbərlik edəcək.
Revanşist müxalifət zərərsizləşdirilir...
Əslində Paşinyanın erkən seçki ehtimalına söykənən addımları yalnız xarici təsirlərdən qorunmaq, seçkilərə üçüncü tərəflərin müdaxilə imkanlarını məhdudlaşdırmaq xarakteri daşımır. Bu qərar həm də son vaxtlar ölkə daxilində yaranan gərginliklərdən istifadə edərək, genişmiqyaslı iğtişaş törətmək planı quran revanşist müxalif qrupların və digər qüvvələrin (xüsusilə kilsənin) təhdidindən ortaya çıxüır. Nəzərə alsaq lazımdır ki, son aylarda sosial şəbəkələrdə keçirilən reytinq sorğularında da Paşinyan əvvəlki qədər dəstəklənmir - bu da ortada olan seçki təhdidinin bir hissəsidir.
Düzdür, revanşist müxalifət 2025-ci il ərzində dəfələrlə “ağır” siyasi zərbələr alıb. Məsələn, Paşinyanın Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan hfqqında bəzi sənədləri ictimailəşdirməsi, Ermənistanın illərlə for-post statusunda olmasının günahının məhz bu insanlarda olmasını demək olar ki, sübuta yetirməsi revanşist qrupu müəyyən mənada “zərərsizləşdirib”. İndki halda, revanşist müxalifətin adıçəkilən şəxslərin liderliyi ilə seçkiyə qatılması qarşılığında qələbə qazanması ehtimalı çox aşağıdır. Hətta qruplaşmanın “yeni lider” planı da iflasa uğrayıb - Robert Koçaryanın oğlu Levon Koçaryan gözləntiləri doğrultmur. Vaxtilə qondarma seapartçı qruplaşmada Koçaryanla “çiyin-çiyinə” dayanan Vitali Balansanyana isə güvənilmir. Koçaryanla Sarkisyanı dəstəkləyən xarici qüvvələr Balansanyanın Paşinyanı devirə biləcək səviyyədə olmadığını düşünür.
Beləliklə, siyasi rəqiblərin zəifliyi ortadadır - belə isə niyə Paşinyan çəkinir və ya qorxur? Demək ki, Paşinyanın qorxusu heç də müxalifətdən deyil...
Kilsəyə qarşı kilsə...
Paşinyanın qorxusu heç də revanşist qruplaşmadan deyil. Erməni baş nazik aylardır ki, mübarizə apardığı kilsə ilə savaşında tam qələbə qazana bilmir. II Qareginin erməni katalikosu postundan getməsi üçün çalışan Paşinyan müəyyən addımlar belə atıb - Qareginin gizli dosyası ictimailəşdirilib, onun kilsə nümayəndəsi adına yaraşmayan hərəkətlərini ifşa edib. Paşinyan hətta Qareginin şimaldan təlimatlar alması, verilən göstərişləri yerinə yetirməsi ilə bağlı da fikirləri bölüşüb. Bununla belə, illərdir Ermənistanın istər dövlət idarəçiliyində, istər ordu sistemində, istərsə də ideoloji sektorda hakim qüvvə kimi tanınan kilsəni bu qədər rahat “oyundan çıxarmaq” mümkün deyil. Hətta bu günlərdə baş naziri Nikol Paşinyanın revanşistlərə və xüsusilə kilsəyə son zərbəni vurmağa hazırlaşması ilə bağlı xəbərlər yayılıb. Belə ki, erməni mətbuatın yazdığına görə, Paşinyan artıq hakimiyyətin maraqlarına xidmət edən və fəaliyyət planı hazırlayan din xadimlərindən ibarət qrupunu formalaşdırıb. İddialara görə, bu din xadimləri keşişləri II Qareginə qarşı qaldırmalıdır. Bu qrupun fəaliyyəti isə erməni kilsəsində narazılıq yarada və keşişlərin II Qareginə qarşı qiyamına gətirib çıxara bilər. Nəticədə II Qaregin Eçmiədzindəki iqamətgahını boşaltmağa və vəzifəsini tərk etməyə məcbur olacaq.
Erməni mətbuatının iddiasına görə, narazı din xadimlərinə II Qaregin tərəfindən ruhani dərəcəsindən məhrum edilmiş Ter Aram (Stepan Asatryan) başçılıq edir. Hətta Ter Aramın istədiyi kimi hərəkət etmək üçün hakimiyyətdən bütün zəmanətləri aldığı bildirilir. Bu isə Paşinyan II Qareginə qarşı son hücumu kimi dəyərləndirilir.
Beləliklə, Paşinyanın həm daxili sabitliklə bağlı narahatlıqlar yaşaması, həm də xarici müdaxilələrdən çəkinməsi onun Aİ-dən kömək istəməsinə yol açıb.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

