Aİ Macarıstana “müharibə” elan edir?
13.02.2026 [09:55]
Viktor Orban hesab edir ki, Brüssel parlament seçkilərində FİDES partiyasının uduzmasına çalışır
Dünyanın aparıcı güc mərkəzlərindən biri olan Avropa İttifaqı (Aİ) qlobal siyasi və iqtisadi arenada ən böyük platformalar sırasındadır. Amma son illər qurum daxilində kəskin ziddiyyətlər açıq şəkildə müşahidə olunur. Bunların sırasında maliyyə siyasətində parçalanma, miqrasiya böhranına yanaşmada fərqli mövqelər, enerji təhlükəsizliyi məsələsində ortaq xəttin tapılmaması, hüquq və demokratiya dəyərlərinə ikili standart yanaşmalar xüsusi yer tutur. Qərb Avropası ölkələri ilə Şərqi Avropa dövlətləri, xüsusilə Macarıstan və Slovakiya arasında yaranan müəyyən fikir ayrılıqları artıq institusional böhran səviyyəsinə yüksəlib. Brüsselin diktə etdiyi qaydaların bəzi üzv dövlətlər tərəfindən qəbul edilməməsi Aİ daxilində həm siyasi, həm də ideoloji uçurum yaradır. Bu isə bəzən Aİ-ni özünün nizamnaməsinə zidd olan addımlar atmağa belə sövq edir. Nəticədə isə qurumun reputasiyası zədələnir, inam, etimad və hüquqi dəyərləndirmə itir. Bütün bunlar Rusiya-Ukrayna müharibəsi fonunda xeyli artıb.
Orban: Ukrayna ilə strateji tərəfdaşlıq modeli seçilməlidir
Aİ-nin qərarlarına qarşı çıxan əsas ölkələrdən biri Macarıstandır. Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Ukrayna böhranı fonunda qəbul edilən qərarların bir çoxu Avropa ölkələrinə zərər vurur. Bugünlərdə isə Orban bəyan edib ki, Avropa İttifaqı və Ukraynanın yeni hərbi planı Macarıstana qarşı müharibə elanıdır. Onun sözlərinə görə, Brüssel elitasının rəsmi nəşri olan “Politico” Aİ və Ukrayna arasında son hərbi planı - “Ukrayna lideri Volodimir Zelenskinin beş maddəlik planı”nı dərc edib. Baş nazir bildirib ki, Brüssel Ukraynanın 2027-ci ildə Aİ-yə qəbul ediləcəyinə qərar verib. “Bu yeni plan Macarıstana qarşı açıq müharibə elanı deməkdir. Onlar macar xalqının qərarını qulaqardına vururlar və Macarıstan hökumətini istənilən vasitə ilə devirmək istəyirlər”, - deyən Baş nazir Viktor Orbanın fikrincə, Avropa Ukraynanın Avropa İttifaqına üzvlüyünü sürətləndirmək əvəzinə, onunla strateji tərəfdaşlıq modelini seçməlidir: “Ukraynanın Aİ-yə qəbulu Avropanı müharibəyə sürükləyəcək. Biz əməkdaşlığa qarşı deyilik, lakin üzvlük səhv yoldur. Üzvlük yox, strateji tərəfdaşlıq məsuliyyətli seçimdir”.
O, əlavə edib ki, Brüssel və Kiyev Macarıstanda müxalif Tisa partiyasının hakimiyyətə gəlməsini istəyir, çünki o, Avropa İttifaqının qərarlarına müqavimət göstərməyəcək. Seçkilərə gəlincə, Macarıstanda aprel ayında keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi partiyalar fəallaşıb. Həm hakim FİDES partiyası, həm də müxalif qüvvələr ölkə üzrə intensiv kampaniya mərhələsinə daxil olub, seçicilərlə görüşlərin, regional səfərlərin və ictimai tədbirlərin sayı xeyli artıb.
Son rəy sorğularının nəticələrinə görə, Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi FİDES partiyası əsasən ölkənin əyalət və kənd bölgələrində güclü dəstəyə malikdir. Məhz bu regionlarda seçicilər hakim partiyanın sosial siyasətini, milli maraqlara əsaslanan xəttini və sabitlik mesajlarını üstün tutur. Bununla yanaşı, iri şəhərlərdə, xüsusilə Budapeştdə və böyük sənaye mərkəzlərində müxalif qüvvələrin mövqeləri nisbətən güclənib. Sosioloji tədqiqatlar göstərir ki, şəhər seçiciləri daha çox iqtisadi islahatlar, korrupsiya ilə mübarizə və Avropa İttifaqı ilə münasibətlər mövzusuna diqqət yetirir. Analitiklərin fikrincə, seçkilərin nəticəsi regionlar və böyük şəhərlər arasındakı bu siyasi fərqin hansı tərəfin xeyrinə dəyişəcəyindən asılı olacaq. Təbii ki, Brüssel seçkilərdə müxalifətin qalib gəlməsində maraqlıdır.
Lakin Orban Brüsselin bu niyyəti ilə barışmaq fikrində deyil. Baş nazir hakim FİDES partiyasının Budapeşt Konqres Mərkəzində Yerli Özünüidarəetmələrin Milli Forumunda çıxış edərək qarşıdan gələn seçkilərdə tərəfdarların səfərbər edilməsinin əsas vəzifə olduğunu vurğulayıb. O bildirib ki, hakim “FİDES-KDNP” koalisiyası seçicilərin əksəriyyətinə malikdir, lakin həlledici amil yerli liderlərin və fəalların kampaniyaya qoşulması, insanları seçki məntəqələrinə gətirmək istəyi olacaq. “Əgər bu mübarizəyə qoşulsanız, biz qalib gələcəyik, əks halda məğlub olacağıq”, - deyə Baş nazir bildirib.
Macarıstan Rusiyaya qarşı sanksiyaların əleyhinədir
Brüsselin Macarıstan hakimiyyətinə qarşı mənfi münasibətinin əsas səbbələrindən biri də Orban administrasiyasının Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə qarşı çıxmasıdır. Xatırladaq ki, yanvarın 26-da Avropa İttifaqı Şurası Rusiya qazının idxalını qadağan edən qaydalar barədə razılığa gəlib. Razılaşmaya əsasən, maye qazın idxalına qadağa 2027-ci ilin əvvəlində, boru kəməri ilə tədarük olunan təbii qazın idxalına qadağa isə 2027-ci ilin payızında qüvvəyə minəcək. Brüssel bunun Rusiyanın enerji resurslarından asılılığa son qoymaq məqsədi daşıdığını vurğulayıb. Slovakiya və Macarıstan isə öz növbəsində Rusiya qazının idxalını qadağan edən qərarla bağlı Avropa Məhkəməsinə şikayət etmək niyyətində olduğunu bildirib.
Məsələ ilə bağlı Viktor Orban deyib ki, Macarıstan öz milli maraqlarını müdafiə etmək, xüsusilə Rusiyadan neft və qaz idxalına qoyulan qadağaya qarşı mübarizə aparmaq niyyətindədir: “Biz Rusiyadan neft və qaz idxalına qadağa qoyulmasına icazə verməyəcəyik. Əks halda ucuz enerji resursları əlçatan olmayacaq və kommunal xərclər azalmayacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28
Gündəm
20 Fevral 11:27
Hadisə
20 Fevral 11:19

