Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Qapanmaya gedək, yoxsa…

Qapanmaya gedək, yoxsa…

21.10.2021 [11:05]

Bu, virusdan daha təhlükəlidir!

Təhsil ocaqlarında bir müddətdir ki, dərslər başlayıb. Universitetlərin çoxunda dərslər həm əyani, həm də onlayn formada aparılır. Lakin son günlər məktəblərdə, bəzi ali təhsil müəssisələrində COVİD-19-a yoluxma sayında artım müşahidə olunur. Hətta ölkəmizdəki 9 məktəb koronavirusa görə artıq distant təhsilə keçib. Bu barədə Təhsil Nazirliyindən bildirilib: “Ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.

Mövcud durum yaxın zamanlarda tamamilə onlayn təhsilə keçid edilib-edilməyəcəyinə dair sualları gündəmə gətirir. Bəzi iddialara görə, tədris prosesi pandemiyanın yaratdığı vəziyyətlə əlaqədar olaraq yenidən tamamilə distant formada ola bilər.

Dərslərin onlayn qaydada keçirilməsinin tərəfdarı olmadığını deyəntəhsil eksperti Kamran Əsədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, mövcud vəziyyətdən sui-istifadə edənlər çoxdur.

Artıq ali və orta ixtisas təhsili müəssisələrində də 14 günlük distant təhsilə keçid edən qrupların olduğunu söyləyən ekspert qeyd edib ki, hazırda payız fəslidir və mövsümi xəstəliklər var. Amma istiliyi olanlar, öskürənlər koronavirus infeksiyasına yoluxub demək deyil:

“Bəli, hər kəs haqlı olaraq narahatdır və təşviş içindədir. Hamı arqumentində haqlıdır. Amma mövcud vəziyyətdən sui-istifadə etmək cəhdləri daha çoxdur. Xüsusilə, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri buna cəhd edir.  Hər kəs 22 sentyabra qədər Təhsil naziri Emin Əmirullayevin, Təhsil Nazirliyinin və mənim bütün sosial şəbəkə hesablarıma yazırdı ki, dərslər ənənəvi qaydada bərpa edilsin.

İndi isə tam əksi baş verir. Təhsil alanların çoxu tədrisin onlayn rejimdə davam etməsi ilə bağlı müraciətlər edirlər. Hər birimiz gündəlik həyatda görürük ki, pandemiya dövrünün qaydalarına riayət olunmur. Nə ictimai nəqliyyatda, nə restoran və əyləncə mərkəzlərində, nə küçə və parklarda ara məsafəsi qorunmur və dezinfeksiya tədbirləri görülmür. Amma bu qaydalara riayət olunan təhsil müəssisələrini yeganə problem olaraq görürük. Deməli, zoopark açılandan sonra bura günlük onlayn bilet satışı min ədəd nəzərdə tutulub. Zooparkın qarşısındakı sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri zooparka gedənlərin sayı 5 min nəfərə çatıb. “İphone 13” mobil telefonu satışa çıxarılıb, bir dükanda olan sıxlığı gördünüz. Həmin dükanlara giriş edənlərin sayı 1200 nəfərdən çox olub. Hər gün müxtəlif  istirahət və əyləncə mərkəzlərindəki sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri uşaq əyləncə mərkəzlərinə gedən məktəb yaşlı uşaqların sayı 12 min nəfərdən çox olub. Bu arqument doğru deyil ki, həmin yerlərə gediş könüllü, məktəbə məcburidir. O istirahət və əyləncə mərkəzlərinə övladlarını aparan və heç bir sosial məsafə qaydalarına riayət etməyən valideynlər, məktəblə bağlı narahatlıqlarını bildirirlər”.

“Təhsil müəssisələrində dərslər dayanıb onlayn tədrisə keçilsə nə olacaq?” sualına gəlincə, K.Əsədov vurğulayıb ki, 2 milyon insan hər hansı bir yoxlanılmaya cəlb edilmədən rahatlıqla ictimai nəqliyyatda, restoranda, parkda, əyləncə mərkəzlərində gəzəcəksə, bu, daha təhlükəlidir, nəinki dərslərin  ənənəvi qaydada keçirilməsi:

“Təhsil müəssisələri fəaliyyət göstərəndə 1.6 milyon şagird, 250  min tələbə, 180 min müəllim və digər texniki işçilər hər gün yoxlanılır, virus əlaməti müşahidə olunan şəxslər cəmiyyətdən təcrid olunur. Bundan başqa, onlayn dərslərə qoşulmaq üçün imkanları olmayan 500 mindən çox şagird və tələbə tədrisdən kənarda qalacaq. Onlayn dərsləri tələb edənlərin böyük əksəriyyəti subyektiv olaraq bunu istəyir.  Ya işləyirlər, ya da mövcud vəziyyətdən sui-istifadə edirlər. Ümumilikdə isə bu bizim üçün virusdan daha təhlükəlidir. Çıxış yolu kimi təklif edirəm ki, aşağıdakı təhsil alma formalarından istifadə olunsun:

 1. Hal-hazırda olan vəziyyət qalsın. Dərslər davam etsin.

 2. Kim istəyirsə, ənənəvi qaydada dərslərdə iştirak etməsin, onlar üçün online-distant dərslər təşkil edilsin. Amma daha “Microsoft Teams” platformasında, kamera və mikrofonun söndürülməsi yolu ilə yox. Daha sərt nəzarət, ciddi şəkildə tədris və heç bir güzəşt olmadan.

 3. İştirakçı nə ənənəvi, nə də onlayn-distant dərslərdə iştirak etmir. Özü öyrənmə yolunu seçir, amma 4 həftədən bir keçirilən dərslərdə ciddi şəkildə yoxlanılır. Əlbəttə ki, bu rüşvətxorluq hallarına yol açmamalıdır. Yoxlamanı anonim şəkildə başqa bir təşkilat yoxlamalıdır”.

Ekspert hesab edir ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə onlayn təhsilə keçmək olar:

“Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansı məktəbdə, kollecdə, universitetdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək olar.

Bundan başqa, onlayn dərslər şagirdlərdə fiziki, psixoloji problemlər yaradır.  Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq. Həmçinin onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir”.

Yeganə Bayramova

 

 

 

 

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30