Vaxt bitir...
18.10.2022 [11:11]
Ermənistanın siyasi rəhbərliyi cəmiyyətini sülhə hazırlayır, yoxsa...
İki ilə yaxındır ki, davam edən Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesi artıq yekunlaşma mərhələsinə qədəm qoyur. Hər halda, prosesin gedişi bunu deməyə əsas verir.
İstər Rusiyanın, istərsə də Avropa İttifaqının vasitəçiliyi əsasında reallaşan ikitərəfli və üçtərəfli görüşlər nəticəsində, artıq bəzi ştrixlər də bəlli olmaqdadır. Prosesin yekunlaşmaya doğru irəliləməsi Ermənistanın siyasi rəhbərliyinin açıqlamalarında da özünü açıq şəkildə biruzə verir. Belə ki, artıq Ermənistanda dövlət səviyyəsində reallıqların qəbul edildiyinin və xalqın sülhə hazırlanması istiqamətində iş aparıldığının şahidi oluruq.
Məsələn, Ermənistan mediası bu ölkənin prezidenti Vaaqn Xaçaturyanın bu istiqamətdə bir sıra açıqlamalarını yayıb. Xaçaturyan bildirib ki, geosiyasi və regional vəziyyət dəyişdiyi üçün Qarabağ məsələsi ilə bağlı qərarlar erməni tərəfinin istəklərini təmin etməyəcək. “Həqiqətən, çətin vaxtlardır. İndi hər şey həlledici mərhələyə qədəm qoyub. Bu, Ermənistan Respublikasının mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Bizdən isə realizm tələb olunur ki, düzgün qərarlar verə bilək”, - Xaçaturyan bildirib.
Onun sözlərinə görə, qərar çətin olacaq. “Əksər hallarda onlar bizim istəklərimizi təmin etməyəcək, lakin biz istəklərimizi rədd etdiyimizə görə yox, geosiyasi və regional vəziyyət dəyişdiyinə görə bunu dəyərləndirməyə bilmirik. Hər şey çox sürətlə dəyişir”, - Ermənistan prezidenti qeyd edib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan da artıq reallıqları qəbul etmiş kimi görünür. Onun “Qarabağ Azərbaycanın tərkibində olmamalıdır” qeydini Bakı və İrəvan arasında gələcək sülh müqaviləsinə daxil etmək lazım deyil”, fikri buna misal ola bilər. Simonyan bildirib ki, iki ölkə arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsində belə bir qeyd olmasının gərəkdiyini düşünmür. Onun sözlərinə görə, bu, mümkün sülh müqaviləsini heç edə bilər.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Ermənistan və Azərbaycanın sözügedən sülh müqaviləsini ilin sonuna qədər imzalamağı planlaşdırdığını demişdi. Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin oktyabrın 6-da Praqada Fransa Prezidenti və Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə baş tutan görüşdə isə Ermənistan rəsmisi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.
Bütün bunlar isə onu deməyə əsas verir ki, artıq Ermənistan “haqq yoluna gəlir”. Təbii ki, uzun illər, bəlkə də, əsrlərlə erməni məkrinin nə olduğunu bildiyimiz üçün, bu fikirlərin də arxasında hansısa imitativ addımların dayanması istisna oluna bilməz. İki ilə yaxındır ki, sülh prosesini ləngitməyə çalışan, bununla da bölgədə təhlükəsizliyin, sabitliyin təmin olunmasına maneçilik törədən Ermənistan bu dəfə də hansısa bir qeyri-adekvat addımla öz oyununu oynayırmı?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov qeyd edib ki, Ermənistanda daxili auditoriya ilə işin genişləndirilməsi və əhalinin sülhə hazırlanması ilə bağlı bir sıra fikirlər səsləndirilir. Bu fikirlər isə geniş anlamda nəbz yoxlanması kimi dəyərləndirilir. Onun sözlərinə görə, Paşinyan komandasından səslənən hər hansı bir fikir sonradan qıcıq yaradırsa, həmin fikirlər Nikol Paşinyan tərəfindən səsləndirilmir, sosial hesablarda paylaşılmır: “Ermənistan prezidenti Vaaqn Xaçaturyan və parlamentin spikeri A.Simonyan da şərtlərin dəyişməsi, geosiyasi reallıqların başqa anlam kəsb etməsi, eləcə də sülh müqaviləsində Qarabağın Ermənistanın tərkibində olmasının qeyd edilməsinin yolverilməzliyi haqda fikirlər səsləndiriblər. Bu fikirlər ilk baxışda Ermənistanın sülh tərəfdarı olduğunun bir təəssüratını formalaşdırır. Arzuolunandır ki, bu təəssürat imitasiya formasını almasın. İstərdik ki, Ermənistan hakimiyyəti və cəmiyyəti sülhlə bağlı daha aydın mövqe nümayiş etdirsinlər. Lakin burada da Ermənistanın tam sülhpərvər mövqeyinin mənzərəsini görmək mümkün deyil. Ermənistan sülhə açıq şəkildə yanaşmır. Bir sıra hallarda faktlar belə manipulyasiya olunur”.
Məsələn, Ermənistanın baş naziri Paşinyanın delimitasiya komissiyasının iclasının oktyabr ayında keçirilməsi təklifini özünün sosial hesablarında qeyd etdiyini görürük. İ.Hüseynovun fikrincə, bu da bir mənada manipulyasiyadır. “Məlumdur ki, bu görüşün keçirilməsi Azərbaycan tərəfindən XİN rəhbəri Ceyhun Bayramovun timsalında Cenevrədə səsləndirilib. Praqada isə Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında yer alıb. Bütün bunlar razılaşdırıldıqdan sonra Nikol Paşinyan nədəndirsə, delimitasiya komissiyasının iclasının oktyabrda keçirilməsi təklifini öz sosial hesabında yazır. Bütün bunlar siyasi riyakarlığın nümunəsidir. Ona görə də Ermənistanın prezidenti və parlament sədrinin regional sülhə töhfə verməyə istiqamətlənmiş kimi görünən fikirlər ifadə etmələri tam inandırıcı görünmür. Biz geniş şəkildə Ermənistanın sülhə hazır olmadığını və ya sülhdən boyun qaçırdığını da dəfələrlə görmüşük. Düşünürəm ki, bu proseslər məntiqi ardıcıllıqla davam etməlidir. Ali səviyyədə keçirilmiş görüşlərdən sonra etimad atmosferi daha da möhkəmləndirilməlidir. Əslində, diplomatik raundlar da buna hesablanıb. Ermənistan ilin sonuna qədər götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Oktyabr ayının sonunda delimitasiya komissiyasının iclasının keçirilməsi məhsuldar nəticələr verməlidir. Ermənistan prosesi yubatmağa cəhd göstərəcəksə, sülh müqaviləsinin imzalanması növbəti ilə keçəcəksə, Azərbaycan da alternativ variantlara baxacaq. Artıq bütün vaxtlar, vədələr, limitlər bitib. Əməli-praktiki iş görmək zamanıdır. Bütün bu işlərin isə hüquqi zəmində bərkidilməsinə ehtiyac var. Əks təqdirdə sülhün, təhlükəsizliyin və sabitliyin pozulması məsuliyyətini də Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyacaq”, - deyə İ.Hüseynov əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52

