Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / G20 sammiti...

G20 sammiti...

18.11.2022 [10:35]

Bəyannamədə Ukraynadakı vəziyyətlə bağlı çağırışlar edilib

Nardar BAYRAMLI

İndoneziyanın Bali adasında keçirilən G20 ölkələrinin növbəti sammitində bir sıra qlobal məsələlər müzakirə olunub. Sammitdə bəzi maraqlı anlar da yaşanıb. Belə ki, G20 sammitinin iştirakçıları ənənəvi kollektiv fotodan imtina ediblər. Buna səbəb iştirakçılar arasındakı fikir ayrılığı olub. Ona görə də, bütün böyük tədbirlərin simvolu olan “ailə fotosu” bu zirvə görüşündə ləğv edilib. G20 sammitinin açılış mərasimində çıxış edən İndoneziya prezidenti Coko Vidodo isə deyib ki, biz dünyanı hissələrə bölməməliyik. Dünyanın başqa bir soyuq müharibəyə getməsinə imkan verməməliyik. “Bizim hamımızın təkcə xalqlarımız qarşısında deyil, bütün dünya xalqları qarşısında da məsuliyyətimiz var. Bu vəziyyətdə məsuliyyətli olmaq o deməkdir ki, biz müharibəni dayandırmalıyıq. Müharibə bitməsə, dünyanın irəliləməsi çətin olacaq. Müharibə dayandırılmasa, növbəti nəsillərin gələcəyi üçün məsuliyyət daşımaq bizim üçün çətin olacaq” - deyə, o bildirib.

Sammit çərçivəsində G20 ölkələrinin maliyyə nazirlikləri yeni pandemiyalarla mübarizə üçün nəzərdə tutulan fondun yaradılması barədə razılığa gəliblər. Bu barədə İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin deyib ki, 24 ölkə və təşkilat qlobal fondun inkişafı üçün 1,4 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Onun sözlərinə görə, yaxın 5-10 ildə bu məbləğ 10 milyarda qədər arta bilər. Plana görə, bu vəsait yoxsul ölkələr arasında bölüşdürülməlidir. Bu vəsait peyvənd, dərman və sınaq avadanlığının alınmasına sərf olunacaq.

Sammit çərçivəsində liderlər ikitərəfli görüşlər də keçirərək böhranlı vəziyyətlərdən çıxış yollarını müzakirə ediblər. Amma G20 sammitində əsas müzakirə mövzusu isə gözlənildiyi kimi, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olub. Ukrayna prezidenti Volodimir Zelenski sammit çərçivəsində videoçıxışı zamanı deyib ki, Rusiyanın Ukraynada apardığı müharibə dayandırılmalıdır. “Biz Rusiyaya imkan verməyəcəyik ki, öz hərbi gücünü artırsın”, - deyən Zelenski, həmçinin qeyd edib ki, Ukraynaya qarşı Rusiyanın apardığı müharibəni dayandırmağın zamanı çatıb: “Biz gözləməyəcəyik ki, Rusiya vaxt qazansın və öz hərbi gücünü artırsın, müharibə dayandırılmalıdır və dayandırıla bilər”. Zelenski onu da deyib ki, müharibənin dayandırılması üçün “Rusiya öz işğalçı hərbi qüvvələrini ərazilərdən çıxarmalı”, Ukrayna dövlətinə dəymiş ziyana görə təzminat ödəməli və Ukraynanın ərazi bütövlüyünü tanımalıdır. Ukrayna prezidenti, həmçinin müharibədən sonra təhlükəsizliyin təmin olunması və Rusiya tərəfdən təkrar hücumların qarşısını almaq üçün beynəlxalq konfransın keçirilməsinə çağırış edib.

G20 ölkələrinin sammiti G7 üzvlərinin və digər ölkələrin liderlərinin Polşa ərazisinə düşən raketlərin müzakirəsi ilə yekunlaşıb. Məsələ barəsində məlumat verən ABŞ prezidenti Co Bayden Ukrayna ərazisində gedən müharibə ilə bağlı Polşa ərazisinə düşən raketlərin Rusiya tərəfindən buraxıldığının az güman olunduğunu bildirib.

İndoneziyanın Bali şəhərində keçirilən G20 sammiti noyabrın 16-da iştirakçı ölkələrin liderləri tərəfindən bəyannamənin qəbulu ilə başa çatıb. Sənəddə üzv ölkələrin əksəriyyətinin Ukraynadakı müharibəni kəskin şəkildə pislədiyi əksini tapıb. Bununla yanaşı, o da qeyd olunub ki, yaranmış vəziyyət və sanksiyalarla bağlı başqa fikirlər və müxtəlif qiymətləndirmələr də olub.

Sənədi bu sammitə ev sahibliyi edən İndoneziya hökuməti yayıb. Bəyannamədə vurğulanır ki, Ukraynadakı müharibə insanların ölçüyəgəlməz iztirablarına səbəb olub və qlobal iqtisadiyyatda mövcud problemləri daha da gücləndirib. Sənəddə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyən bir sıra ölkələrin mövqeyi də qeyd olunub. Eyni zamanda, bəyannamədə Rusiyaya qarşı çıxan ölkələrin istəyi ilə qeyd edilib ki, nüvə silahından istifadə və ya istifadə hədəsi qəbuledilməzdir. Sənəddə, həmçinin bildirilir ki, münaqişələrin sülh yolu ilə həlli, böhranların aradan qaldırılması üçün səylər, o cümlədən diplomatiya və dialoq həyati əhəmiyyət kəsb edir. Hazırda Ukraynada baş verənlər daha böyük müharibəyə çevrilməməlidir.

Paylaş:
Baxılıb: 293 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30