Vardanyanın “arzuları”
30.11.2022 [10:37]
Erməni separatçıları təlaş içindədirlər
İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni siyasi, o cümlədən hərbi reallıqlar formalaşdırdı. Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin yekunlaşması da bu reallıqların tərkib hissəsidir. Azərbaycan dövləti əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edib. Qarşıdakı mərhələdə isə Ermənistanla sülh müqaviləsinin imzalanması dayanır. Bu müqavilə iki dövlət arasında ən əsas məsələyə - sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə aydınlıq gətirəcək, hər iki dövlət qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyacaq. Təbii ki, Ermənistan artıq oktyabrda keçirilmiş Praqa Sammitində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan edib. Bu isə Qarabağın Azərbaycanın daxili işi olduğunun növbəti təsdiqi kimi qiymətləndirilir. Hər hansı bir xarici dövlət bu məsələyə qarışa bilməz.
Eyni zamanda, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Qarabağda yaratdığı qondarma separatçı qurumla hər hansı bir məsələni müzakirə etmək fikrində deyil. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Cinayətkar separatçı qurumla isə hər hansı bir müzakirə aparılmayacaq. Hətta həmin “qurumun” “təmsiçiləri” dəyişsə də, nəticə dəyişmir. Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bildirdi ki, Azərbaycan Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı söhbəti Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır: “Amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq”.
Vardanyan nə istəyir?
Bəli, Vardanyan kimilərinin Qarabağa hansı məqsədlə gəldiyi və ya göndərildiyi artıq bəllidir. Belə ki, onun “yeni statusda” separatçı rejimdə təmsil olunması, ard-arda KİV-ə açıqlamalar verməsi bir sıra qaranlıqların üzərinə işıq salır. Məsələn, Qarabağ separatçılarının “dövlət naziri” RTVI telekanalına müsahibəsində “gələcək planları” haqda danışarkən özünün “arzularını” dilə gətirib. Vardanyan qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması, onların sayının artırılması və statusunun daha dəqiq müəyyənləşdirilməsi məsələsini “həll etmək” lazımdır. Onun sözlərinə görə, “ən düzgün qərar” Rusiya sülhməramlılarına beynəlxalq BMT mandatının verilməsi ola bilər: “Və bu məsələlər mümkün qədər tez həll edilməlidir, çünki Rusiya sülhməramlı kontingentinin birinci müddətinin başa çatmasına cəmi 2,5 il qalır”.
Separatçılar Azərbaycanın qəti mövqeyindən qorxur
Vardanyan narahatdır. Rusiya sülhməramlı kontingentinin regionda qalma müddətinin uzaldılmasını sanki yalvarırcasına arzulaması da bu narahatlıqdan irəli gəlir. Çünki hazırkı dönəmdə sülhməramlılarının arxasında gizlənməyə çalışan separatçı rejim bu müddət bitdikdən sonra həmin “çətirdən” məhrum olacaq. Azərbaycanın sülhməramlı qüvvələrlə bağlı mövqeyi isə gündən-günə aydınlığa qovuşur. Məsələn, bir neçə gündür Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir. Qeyd olunan faktlarla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya tərəfinə 5 dəfə xəbərdarlıq edib. Azərbaycan MN Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlar siyahısı və xəritəsini Rusiya MN, Rusiya sülhməramlılarının əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə rəsmi qaydada göndərib. Məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib.
Eyni zamanda, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı bildirib ki, bu günədək baş verən proseslər Ermənistan üçün dərs olmalıdır və heç kəsə güvənməməlidir: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
Bütün bunlar onu deməyə əsas verir ki, Vardanyanın bu arzusu qorxudan qaynaqlanır. Azərbaycanın qəti mövqeyi artıq hər kəsə, o cümlədən Vardanyna da məlumdur. Qorxunun isə indiki halda ona heç bir faydası ola bilməz...
BMT “mandatı” və ya reallıqlardan bixəbərlik...
Vardanyanın digər “arzusuna” - Rusiya sülhməramlılarına beynəlxalq BMT mandatının verilməsi məsələsinə gəldikdə isə, ortada parodoksal bir mənzərə formalaşır: ya, Vardanyanın dünyadan xəbəri yoxdur, ya da rusiyalı Ruben psixoloji dəyişikliklər yaşayır. Ukrayna ilə Rusiya arasındakı hərbi münaqişə bu gün nəinki Avropanı, bütövlükdə Qərbi Kremlə düşmən edib. Bütövlükdə Qərb dünyası Rusiyaya qarşı 10-a yaxın iqtisadi sanksiya tətbiq edib. Rusiya demək olar ki, real şəkildə dünyadan təcrid edilmə vəziyyətini yaşayır. Bir sıra siyasi analitiklər Rusiyanın NATO ilə qarşıdurmasına bir addımın qaldığı fikrindədirlər. Avropanın ən aparıcı təsisatları, BMT-nin insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumları Rusiyanı terroru himayə edən dövlət kimi tanıyır. Avropanın aparıcı dövlətləri Rusiyanı terror ölkəsi kimi tanımaqla bağlı qətnamələr qəbul edib. Belə olan halda, Rusiyanın regiondakı müvəqqəti silahlı kontingentinə “BMT sülhməramlısı” statusu “arzulamaq” nə dərəcədə normaldır? Vardayanın siyasi fəhminin hansı vəziyyətdə olması bu məsələdə bir daha ortaya çıxır. Rusiya sülhməramlalırana “BMT mandatı” arzulamaq xəyalpərəstliyin kuliminasiya nöqtəsidir.
Təbii ki, bu arzuların haradan doğduğu bəllidir. Amma vardanyanlar, oskanyanlar, arutyunyanlar unutmamalıdırlar ki, Qarabağda qurulmasına çalışılan oyunların heç bir perspektivi yoxdur. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüquqda da özünü tövsif edir. Ermənistan və ya onun qondarma qurumu unutmamalıdırlar ki, Azərbaycan dövləti 44 gün ərzində onların illərlə “ümid bağladığı” ordunu darmadağın etdi. “Dəmir yumruq” öz sözünü dedi və Ermənistan kapitulyasiyaya uğradı. Növbəti belə zərbə isə artıq nəinki qondarma qurumu sıradan çıxara, hətta Ermənistan üçün böyük faciələrə yol aça bilər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Siyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11

