Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistanın “unutqanlıq” sindromu

Ermənistanın “unutqanlıq” sindromu

24.12.2022 [10:05]

Rusiya Cənubi Qafqaz siyasətində dəyişiklik edəcəkmi?

Azərbaycan dövləti apardığı açıq və ardıcıl siyasətlə Ermənistanın törətməyə çalışdığı təxribatları ifşa edir, bütün yalanların üstünü açır. Belə ki, rəsmi İrəvan dekabrın 12-dən başlayaraq Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların təşkil etdiyi və sərvətlərimizin talanmasına, sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi ərazidə ekoloji monitorinq keçirilməsinə qarşı təxribatlara son verilməsinə hədəflənən aksiyaya siyasi don geyindirməyə çalışır. Amma buna nail ola bilmir. Yenidən “yalançı təbliğat maşınını” işə salmağa çalışan Ermənistanın apardığı şər-böhtan kampaniyası iflasa uğrayır. Dünyanın aparıcı ölkələri, eyni zamanda beynəlxalq təşkilatlar bu yalanlara inanmırlar. Bu isə Ermənistanın başqa yollara əl atmasına, hətta keçmiş “müttəfiqlərinə” belə xəyanət etməsinə yol açır...

İrəvanın göz yaşlarına inanan yoxdur...

Ermənistanın Rusiya ilə bir sıra müstəvilərdə müttəfiq olduğu sirr deyil - məsələn, Avroasiya İttifaqı, KTMT kimi qurumlarda bu iki ölkə arasında müttəfiqlik münasibətləri mövcuddur. Bu mənada, Ermənistan danışdığı hər yalana öz müttəfiqlərini də “şərik” edə biləcəyini düşünür. Amma bu belə deyil. Məsələn, dekabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub və nazirlər Azərbaycanın Qarabağ iqtisadi rayonunda filiz yataqlarının qanunsuz istismar edilməsinə görə Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyəti müzakirə ediblər. Məlumata görə, S.Lavrov üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb. Nazir bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası istiqamətində ritmik işin davam etdirilməsi labüddür.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirib ki, Laçın yolunda humanitar maşınların hərəkəti bərpa olunub, ərazidə qaz təminatı bərpa edilib. O bildirib ki, filiz yataqlarının işlənilməsi bağlı, məsələlər də həll olunmalıdır.

Göründüyü kimi, Ermənistan öz yalanlarını artıq nəinki dünyada, hətta yaxın regionda belə “yeridə bilmir”. Buna Azərbaycanın apardığı aktiv və çevik siyasət kursu mane olur. Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasına vasitəçilik edən ölkə və beynəlxalq təşkilatlarla davamlı iş aparılır - bu amil də Ermənistanın yalanlarının inkişafına imkan vermir.  

Paşinyanın iki üzü...

Prosesin bu formada inkişaf etməsi isə rəsmi İrəvanın ürəyincə deyil. Bunun nəticəsidir ki, dünənə qədər Rusiyanın regiondakı müvəqqəti sülhməramlı kontingentinin fəaliyyət müddətinin artırılmasını tələb edən Ermənistanın baş naziri Paşinyan fikrindən daşınıb. O, hökumətin iclasında bildirib ki, Qarabağda olan Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öz funksiyalarını yerinə yetirə bilmir. Paşinyanın bu fikrinə də Rusiya tərəfindən cavab verilib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə çıxış edərkən deyib ki, Nikol Paşinyanın son bəyanatının əksinə olaraq, Rusiya sülhməramlıları Qarabağda öz missiyalarını uğurla icra edirlər. “Rusiya sülhməramlıları öz missiyalarını icra edirlər. Vəziyyəti sabitləşdirmək üçün hər şeyi edən Rusiya sülhməramlılarıdır və onlar buna nail olurlar. Ona görə də sülhməramlılarımıza qarşı belə münasibəti qəbul etmirəm”, - deyə rusiyalı diplomat vurğulayıb.

Həqiqətən də Ermənistanın bu cür asan dönüklüyü təəccüb yaradır - halbuki, cəmisi iki ay öncə, oktyabrın 29-da hakim “Mülki müqavilə” partiyasının qurultayında çıxışı zamanı Paşinyan bildirmişdi ki, “biz Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalmasını istəyirikmi? Əlbəttə ki, istəyirik. Rəsmi olaraq bəyan edirəm ki, Soçidə sənəd imzalamağa və Rusiya sülhməramlılarının Artsaxda (Qarabağ-red) mövcudluğunun 10-15-20 il müddətinə uzadılmasını qəbul etməyə hazıram”.

Necə olur ki, Ermənistan baş naziri cəmi iki ay sonra öz sözünü danır? Bəlkə də, Paşinyan düşünürdü ki, Rusiya və onun bölgədəki sülhməramlı kontingenti Ermənistana “xidmət etməli”, onların “maraqlarını” qorumalıdır? Axı nə üçün? Rusiya 10 noyabr razılaşması ilə onsuz da Ermənistanı və onun ordusunu birdəfəlik darmadağın olmaqdan xilas etdi. Paşinyan unudur ki, 10 noyabr razılaşmasında bütün tərəflərin öhdəliyi olduğu kimi, sülhməramlı kontingentin fəaliyyətinin də tənzimlənməsi məsələsi yer alır. Paşinyan bu faktı ya erməni məkri ilə “unudub”, ya da...

PƏRVİZ

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28