Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistan Rusiya ilə açıq qarşıdurmaya gedir?

Ermənistan Rusiya ilə açıq qarşıdurmaya gedir?

28.12.2022 [10:35]

Üçtərəfli görüşdən imtina etməklə rəsmi İrəvan Moskvanın vasitəçiliyinə zərbə vurur

Nardar BAYRAMLI

Ermənistanın sülh sazişinin müzakirəsi ilə bağlı danışıqların üçüncü raundundan imtina etməsi rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyini bir daha nümayiş etdirdi. Dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qatılmaması bunu təsdiqləyir. Həmin görüş Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında baş tutub. Ceyhun Bayramov erməni tərəfinin bu addımını sülhə maraqlı olmaması kimi dəyərləndirib. Sergey Lavrov isə deyib ki,  rəsmi İrəvan XİN başçılarının Moskvadakı görüşündə iştirak etməkdən imtina barədə qərarını çatdırmaq üçün diplomatik kanallardan istifadə etməyib.

Üçtərəfli görüşdən imtina etməklə sülhə qarşı olduqlarını bu ölkənin rəsmiləri də “anlamağa” başlayıb. Bu səbəbdən də özlərinə “haqq qazandırmağa” çalışırlar. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın yerli mediaya dediyinə görə, guya  rəsmi İrəvan Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvadakı görüşünü boykot etməyib. Nazirlərin görüşündə iştirak etməməklə Ermənistan Rusiya ilə münasibətlərdə böhran yaşaya bilərmi sualına isə Qriqoryan “Ermənistan böhran yaratmaq üçün belə bir addım atmayıb”,- deyə cavab verib.

Ümumiyyətlə, Ermənistan hakimiyyətinin bu addımı Moska tərəfindən qıcıqla qarşılanıb. Bütün bunlar sülh prosesinə, eləcə də Rusiya-Ermənistan münasibətlərinə necə təsir edə bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, sülh sazişi ilə bağlı danışıqların iki raundu arxada qalıb. Bu yöndə ilk görüş oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda baş tutub. Təəssüf ki, ilin sonuna nəzərdə tutulan üçüncü görüş Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində baş tutmayıb. Onun sözlərinə görə, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təklifləri təqdim edib: “Beş bənddən ibarət olan  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Müzakirələrin gedişində tərəflər layihəyə əlavə təkliflərini də veriblər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır”.

Politoloq qeyd edib ki, rəsmi İrəvan bu təklifləri qəbul etdiklərini deyir, amma əməldə sülhə maraqlı görünmür. Lakin erməni tərəfinin  sülh müqaviləsinə imza atmaqdan başqa yolu yoxdur. Ona görə ki, haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktiv məzmuna malikdir. Digər tərəfdən, Ermənistanın hər hansı pozucu fəaliyyət göstərmək şansı və imkanı yoxdur. Bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Eləcə də, lüzumsuz bəyanatlar səsləndirmək və ya ön şərt irəli sürmək, prosesə üçüncü qüvvələrin daxil olması barədə danışmaq rəsmi İrəvana siyasi və iqtisadi itkilər bahasına başa gəlir. İrəvan vaxtı uzatmağa, yaxud zaman qazanmağa çalışır. Lakin “zaman qazanmağa çalışmaq”, əslində, onlar üçün itki deməkdir. Çünki iqtisadi tənəzzül sürətlənir, geosiyasi təcrid dərinləşir, siyasi xaos mühiti formalaşır.

Həmsöhbətimiz deyib ki, erməni tərəfi Moskva görüşündən imtinasını Laçın-Xankəndi yolunda baş verənlərlə əlaqələndirsə də, bunun heç bir əsası yoxdur: “Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri haqlı tələblər irəli sürürlər. Üstəlik, həmin görüşdən imtina etməklə rəsmi İrəvan Rusiya ilə gərginlik yaradır. Artıq Mirzoyanın dekabrın 23-də görüşə getməməsi ilə əlaqədar rəsmi Moskvanın sərt münasibəti məlumdur. Çox gülüncdür ki, erməni tərəfi bu addımı ilə Rusiyaya təsir etmək istəyir. Tamamilə hər cəhətdən Rusiyadan asılı olan bir ölkənin bu addımını başqa cür qiymətləndirmək olmaz. Doğrudur, Paşinyan hakimiyyətini buna Qərbdəki dairələr sövq edir. Amma rəsmi İrəvan  anlamalıdır ki, Qərbin, Fransa kimi ölkələrin təhrikinə uyması ermənilərə yaxşı heç nə vəd etmir. Əgər Rusiya Ermənistan üçün problemlər yaratmaq istəsə, bu, onlar üçün çox ağır nəticələr verə bilər. Ona görə də, Paşinyan hakimiyyəti sülh imkanlarını düzgün dəyərləndirməlidir. “Əgər ermənilərin pozucu fəaliyyəti davam etsə, irəliləyiş olmayacaq, regionda sülhün bərpası yaxınlaşmayacaq. Bunun nə ilə nəticələnəcəyini isə erməni cəmiyyəti yaxşı bilir. Sülh yalnız o halda mümkündür ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Qanunsuz erməni hərbi dəstələri Qarabağdan tam çıxarılmalı, kommunikasiyalar açılmalı, sərhədlərin delimitasiyası aparılmalı və iki ölkənin ərazi bütövlüyünün tanınmasına əsaslanan sülh müqaviləsi imzalanmalıdır. Bu elementlərin heç biri kənarda qalmamalıdır”, - deyə, politoloq söyləyib.

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28