Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / İranın yaratdığı terror təhdidi...

İranın yaratdığı terror təhdidi...

10.01.2023 [10:56]

SEPAH-ın dəstəyi ilə reallaşdırılan qanlı terror aktlarının sayı artıb

İranın Avropa, o cümlədən, digər regionlar üçün terror təhdidi yaratması artıq faktiki olaraq sübuta yetirilir. Belə ki, Almaniyanın şimal-qərbindəki Castrop-Rauxel bölgəsində terror aktına hazırlaşdıqları öyrənilən 32 yaşlı iranlı və başqa bir kişinin yaxalandığı açıqlanıb. Almaniyanın tanınmış media qurumlarından biri olan “Welt” adı açıqlanmayan şəxsin evindən siyanür və risin adlı kimyəvi maddələrin tapıldığını və onlardan kimyəvi silah hazırlamaq üçün istifadə oluna biləcəyini açıqlayıb. Tələsik saxlanılaraq binadan çıxarılan şəxsin dindirilməsinin davam etdiyi bildirilib. “Təxmin edirik ki, saxlanılan şəxs dövlətə qarşı çox ciddi terror aktı hazırlayır”, - deyə səlahiyyətlilər vurğulayıb. Səlahiyyətlilər məlumatın xarici kəşfiyyat bölməsindən gəldiyini də bəyan ediblər.

Qeyd edək ki, ən zəhərli bioloji maddə kimi tanınan risin hava ilə yayıla bilir və onun öldürücülük xüsusiyyəti çox yüksəkdir. Miqdarından asılı olaraq 32 ilə 72 saat arasında insanı öldürə bilər. Risin Robert Kox İnstitutu tərəfindən “bioloji silah” siyahısına salınıb. Sianidin isə ən kiçik dozası belə insanları öldürür.

Xatırladaq ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) da Almaniya hakimiyyətinə əldəqayırma kimyəvi bombadan istifadə etməklə terror aktı hazırlığı təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə isə “Bild” nəşri məlumat yayıb. Məlumata görə, FTB əməkdaşları alman həmkarlarına bildiriblər ki, şübhəli şəxs yeni il ərəfəsində hücum həyata keçirə bilmək üçün internetdə sianid və risinlə maraqlanıb. Lakin aydındır ki, o, kifayət qədər kimyəvi maddə əldə edə bilməyib.

Bu faktla bağlı iranlı şəxsin tutulması isə bir sıra mətləblərdən xəbər verir. Belə ki, əsasən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun

(Sepah) bu kimi fəaliyyətlərlə məşğul olması barədə kifayət qədər məlumatlar mövcuddur. Bu səbəbdəndir ki, ötən ilin oktyabrında Almaniya və Avropa İttifaqı (Aİ) SEPAH-ın terror təşkilatları siyahısına salına biləcəyi ilə bağlı məlumat yaymışdı. Almaniyanın xarici işlər naziri Analena Berbok bildirmişdi ki, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir. Xatırladaq ki, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və bir sıra başqa ölkələr SEPAH-ı rəsmən terror təşkilatı kimi tanıyır.

Beynəlxalq hesabatlara əsasən 1979-cu ildə “İslamçıların” hakimiyyətə gəlişindən sonra, İranın dövlət strukturlarının yönləndirilməsi ilə  dünyanın 20-dən çox ölkəsində sui-qəsdlər və ya terror aktları təşkil edilib. Bu aktlar Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiya daxil olmaqla, dünyanın 5 qitəsində həyata keçirilib. Bu baxımdan İran rejiminin terrora dəstək verməsi qlobal problem kimi təsnif edilib.

İran Yaxın Şərqin ən böyük təhlükə mənbələrindəndir

Ümumiyyətlə isə, 1984-cü ildən başlayaraq İran İslam Respublikasının adı beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edilib. Hətta ABŞ Dövlət Departamenti tərəfindən 2019-cu ildə tərtib edilən “Terrorla bağlı Ölkələr Hesabatı”nda (Country Reports on Terrorism) bütöv bir fəsil bu gün də eyni imiclə tanınan İrana həsr edilib. Qeyd edək ki, bu hesabatda İranın dövlət strukturlarının qanlı terror aktlarında iştirakı faktlarla sübuta yetirilib.

Məsələn, 1980-ci ildə Livanda 14 nəfər amerikalı daxil olmaqla, çoxsaylı Qərb mütəxəssisləri oğurlanıblar.  Araşdırmalar zamanı müəyyən edilib ki, onlar İrana bağlı “Hizbullah” qruplaşması (“Allahın partiyası”- Livanın şiə kökənli siyasi partiyası) tərəfindən girov götürülüblər. Girovlar 1980-ci illərin ortalarında “İran-Kontra mövzusu” üzrə aparılan məx?i danışıqlarda İranın mövqeyini gücləndirmək üçün vasitə kimi istifadə ediliblər.

18 aprel 1983-cü ildə ABŞ-ın Beyrutdakı səfirliyinə kamikadze hücumu təşkil edilib. Yük maşınından istifadə etməklə törədilən partlayışlar nəticəsində 17 nəfər amerikalı daxil olmaqla, 63 nəfərin həyatına son qoyulub. Bundan 6 ay sonra - 1983-cü ilin oktyabrında Beyrutun hava limanında törədilmiş partlayış nəticəsində Livanda sülhməramlı qüvvələr kimi yerləşdirilmiş, müxtəlif millətlərə məxsus 241 nəfər dəniz piyadası öldürülüb.

1984-cü ildə ABŞ-ın Livandakı səfirliyinin binasında kamikadze partladılıb. Nəticədə 2-si amerikalı olmaqla 23 nəfər həlak olub. 1984-cü ildə isə Beyrut Amerika Universitetinin prezidenti Malkolm Kerri terror aktı ilə öldürülüb. 1984-cü ilin mart ayında “Hizbullah” Beyrutda Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Uilyam Baklini oğurlayıb. Bir ildən çox müddətdə işgəncə verdikdən sonra,

1985-ci ildə onu qətlə yetirib. 1988-ci ilin fevralında Birləşmiş Millətlər Təşkilatının Livanda atəşkəsə nəzarət missiyasında xidmət edən dəniz zabiti polkovnik Uilyam Hiqqinsi oğurlanıb və 1989-cu ildə öldürüb.

SEPAH Avropada “iş başında”...

1985-ci ilin iyun ayında “Hizbullah” qruplaşması İranın dəstəyi ilə Afinadan (Yunanıstan) TWA 847 saylı reys üzrə uçan təyyarənin bort heyətini qaçırıb qətlə yetiriblər. 1985-ci ilin dekabrında, həmçinin, 1986-cı ilin sentyabrında isə Parisdə partlayışlar həyata keçiriblər. Bu teraktlar üçün logistik dəstəyi İranın dövlət strukturları göstəriblər. Nəticədə 12 nəfər ölüb, 200 nəfərə yaxın şəxs yaralanıb. Eyni zamanda, İran agentləri 1989-cu ilin iyul ayında Vyanada (Avstriya) İran kürdlərinin liderini və daha iki nəfəri qətlə yetiriblər. Eyni üsulla, 1991-ci ilin avqust ayında Fransada İran rejiminə müxalif olan hərəkatın liderlərindən biri - İranın keçmiş baş naziri Şapur Bəxtiyar öldürülüb. 1992-ci ilin sentyabrında Berlində dörd nəfər iranlı dissident qətlə yetirilib. Bu qətllərdə şübhəli bilinən 4 nəfər SEPAH agenti 1997-ci ildə ələ keçirilərək mühakimə olunublar.

Hər il 16 milyard dollar

İran BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə tərtib etdiyi qadağalara baxmayaraq “Hizbullah”ın  silahlanmasına yardım edir. Yəməndəki terrorçuları və Əl-Qaidəni dəstəkləyir. “Şiə”liyi müdafiə etmək adı altında terrorçu qruplar hazırlayaraq Suriya, İraq, Əfqanıstan və Pakistana  göndərir. İran Mərkəzi Bankı vasitəsilə “Qüds Qüvvələri” və “Hizbullah” qruplaşmasına milyonlarla dollar məbləğində vəsait yönləndirildiyi müəyyən edilib. İran adına törədilən terror aktlarının əksəriyyəti isə “Hizbullah” və “HƏMAS” tərəfindən təşkil edilir, SEPAH onlara dəstək verir. Amma faktlar göstərir ki, terror aktlarının planlaşdırılması və gerçəkləşdirilməsi üçün İranın bütün mərkəzi dövlət qurumları əlaqələndirilmiş formada çalışır, vahid bir mexanizm halında birləşirlər. Məsələn, 1989-cu ilin iyul ayında Vyanada törədilmiş terror aktının icraçıları Avstriya ərazisinə İranın diplomatik xidməti pasportlarından yararlanaraq daxil olmuşdular.

1979-cu ildən etibarən, İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib. ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi” adlı hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir.

Terror aktlarında “modern texnologiyalar”...

Son 25 il ərzində isə İranla bağlı qanlı terror aktlarının sayı artıb - səbəb isə bu ölkənin bəşəriyyətin tərəqqisi üçün kəşf edilmiş modern texnologiyaları oğurlayaraq, onları terror aktlarının törədilməsi üçün istifadə etməyə yönəltməkdir. Beynəlxalq hesabatlarda qeyd edilir ki, İranın kiber təhlüksizlik təsisatları (İKK) tərəfindən dünyanın nüfuzlu universitetlərinə hər il yüzlərlə kiberhücumlar təşkil edilir və onların İntellektual mülkiyyətləri oğurlanır. Məsələn,

2018-ci ildə Belçika, Fransa, Almaniyada İran agentlərinin kütləvi toplanış məntəqələrində müasir texnologiyalardan yararlanmaqla təxribatlar törətmək planları aşkarlanıb və qarşısı alınıb. Həbs edilmiş İran agentlərinin istintaqı zamanı bu yöndə ciddi faktlar ortya çıxıb. 2018-ci ildə Almaniyada xüsusi qorunan ofislərə şübhəli təmas edən 10 nəfər saxlanılıb. Onların SEPAH agentləri olduğu sübut edilib. 2013-cü ildə Bosniya və Herseqovinada iki nəfər “iranlı diplomat” saxlanılıb. Onların casusluq və terrorla əlaqələri sübuta yetirilib. 2012 ildə Türkiyədə dörd SEPAH agenti saxlanılıb. Onlar İsrailə bağlı hədəflərinə hücum etmək üçün Türkiyədən yararlanmaq istəyiblər. İndiki halda Almaniyanın timsalında isə zəhərli maddələrdən istifadə etmək arzusu isə İranın bu təhlükələri davam etdirməkdən çəkinmədiyinin göstəricisidir.

SADİQ

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28