Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistanda konstitusiya dəyişikliyi olacaq?

Ermənistanda konstitusiya dəyişikliyi olacaq?

20.01.2023 [10:59]

Sülh bağlamaq üçün Ermənistan əsassız iddialarından əl çəkir

Erməni mətbuatı bu ölkədə yaxın zamanda konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçiriləcəyini yazır. Belə ki, yayılan məlumata görə, baş nazir Nikol Paşinyan yazda Ermənistanda mütləq konstitusiya referendumunun keçiriləcəyini bildirib və Mərkəzi Seçki Komissiyasına artıq hazırlıq     işlərinə başlamağı tapşırıb. Ermənistanın bir sıra mətbuat orqanları hökumətdəki mənbələrinə istinadən qarşıdakı həftədə konstitusiyaya dəyişikliklərlə bağlı komissiyanın yekun mətnlə bağlı müzakirə aparacağını bildirib. Məlumatda deyilir ki, dəyişikliyin tam mətni ilə bağlı hökumətyönlü hüquqşünaslarla müzakirə aparılıb. Amma bəzi hüquqşünaslar dəvət alsalar da, müzakirələrə qatılmayıb, bəziləri isə ilk başdan bundan imtina ediblər. İddia olunur ki, Ermənistanın Kosntitusiyasında ediləcək dəyişikliklər Türkiyə və Azərbaycana qarşı torpaq iddialarından rəsmən imtina olunması ilə bağlıdır. Sözünü danan baş nazir -

Paşinyanın manevr imkanları bitir...

II Qarabağ müharibəsindəki məğlubiyyətin ardından Ermənistanda gedən siyasi, sosial-iqtisadi proseslər bəzi məsələləri tam aydınlığa qovuşdurdu. Regional inkişafdan geri qalan, sosial- iqtisadi böhranın içində boğulan Ermənistan üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan ibarətdir. Başqa sözlə, Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü 5 təməl şərti qəbul etməli və beləliklə də, regionda təhlükəsizlik təmin olunmalıdır. Başqa sözlə, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarını kənara qoymalıdır.

Rəsmi İrəvan isə ötən müddət ərzində sülh istiqamətində inkişaf edən prosesi özünün qeyri-konstruktiv mövqeyi ilə pozur. Ermənistan ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən Paşinyan, İrəvana qayıdanda tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Paşinyan digər tərəfdə yenə də fərqli mövqe tutur. Bu qeyri-müəyyənlik isə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Ümumi mənzərə, onu deməyə əsas verir ki, Ermənistan sülhə razı deyil. Bəzi hallarda hətta Ermənistanın siyasi və hərbi rəhbərliyinin revanşizmdən danışması müharibə ehtimalını daha da gücləndirir. Ermənilərin törətdikləri təxribatlar isə ötən il ərzində səngimədi - hətta bütün il boyu davam etdi. Azərbaycanın həmin regionda yerləşən bölgələri mütəmadi şəkildə hərbi təzyiqə məruz qaldı. Bu isə, Ermənistanın sülh haqqında fikirləşmədiyini önə çıxarır.

Digər tərəfdən isə, erməni baş nazirin ötən il Praqada, ardından Soçidə Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı var - Çexiyanın paytaxtında Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdı və bu xüsusda, BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa məcburdur

İndiki halda isə Paşinyanın alternativ çıxış yolu yoxdur. Onun konstitusiya dəyişikliyinə hazırki məqamda “razı olması” bəzi məqamlardan xəbər verir. Bu məsələdə ilk növbədə Türkiyə faktoru nəzərə alınmalıdır. Türkiyə regionun əsas güc mərkəzi, söz sahibi olan ölkədir - mühüm hərbi, siyasi və iqtisadi üstünlüklərə malik olan bu ölkə Ermənistanın inkişafında əsaslı rol oynaya bilər. Xatırladaq ki, Ankara ilə İrəvan arasında əlaqələrin normallaşmasında bəzi irəliləyişlər də var var:

- havadan yük daşımalarına olan qadağa götürülüb;

- viza alınması sadələşdirilib;

- üçüncü ölkə vətəndaşlarının quru sərhədlərdən keçməsinin razılaşdırılması isə masa üzərindədir. Eyni zamanda, nümayəndlər səviyyəsində danışıqlar davam etdirilir. Ötən il oktyabrın 6-da baş tutan tədbir çərçivəsində isə Praqada ilk dəfə Prezident Ərdoğanla erməni baş nazir Paşinyanın görüşü baş tutdu. Əslində, Nikol Paşinyan özü də anlayır ki, başqa çıxış yolu yoxdur - regionda var olmaq üçün hazırki siyasi reallıqlar qəbul edilməlidir. Bunun üçün isə erməni cəmiyyəti artıq sülhə hazırlaşdırılmalıdır. Azərbaycan daha bir antiterror əməliyyatı keçirsə...

Azərbaycanla bağlı məsələ isə artıq iki ildir ki, masa üzərindədir. Paşinyan bəzi məqamlarda Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğuna eyhamlar vursa da, cəmiyyət tərəfindən “xəyanətkar” kimi qələmə verilməsindən çəkinir. Hətta ötən il “elə bir sənədə qol çəkəcəm ki, mənə satqın deyə bilərlər, amma Ermənistan naminə edəcəm” deməsinin ardından bir sıra xarici ölkələrə qulluq edən revanşist müxalifətin təzyiqi ilə üzləşmişdi. Onlar Paşinyanı milli maraqlara xəyanət etməkdə ittiham etmişdilər və nəticədə erməni baş nazir dediyi sözü belə danmışdı. Bu mənada, Ermənistan hakimiyyəti çətin dilemma qarşısında qalmışdı.

Amma artıq vəziyyət dəyişib. Düzdür, xarici qüvvələrə bağlı revanşist müxalifət hələ də qalsa da, reallıqlar daha açıq şəkildə cəmiyyətə nümayiş etdirilir. Başqa sözlə, Azərbaycan ilə sülh müqaviləsi bağlanmasa:

- Ermənistan iqtisadiyyatı olduqca ağır vəziyyətlə üzləşəcək;

- hazırda müzakirəsi davam edən qlobal layihələrdən kənarda qalınacaq;

- rəsmi İrəvan Azərbaycanın böyük ehtimalla keçirəcəyi yeni antiterror əməliyyatını da susqunluqla izləmək məcburiyyətində qalacaq.

Təbii ki, indiki halda Ermənistan üçün bu daha ağır nəticələrə yol aça bilər. O baxımdan ki, Rusiya ilə münasibətlərin kəskinləşdiyi bir dövrdə Türkiyə və Azərbaycana qarşı əsassız iddiaları davam etdirməklə Ermənistan heç nəyə nail ola bilməyəcək. Əksinə, özünün iqtisadi inkişafını təmin etmək imkanlarını da birdəfəlik sıradan çıxarmış olacaq. Niyə 29,8 min kv.km. ərazinin təhlükəsizliyi?

Daha bir arqument isə Paşinyanın özünün də ifadə etdiyi başqa bir məqamla bağlıdır. Xatırladaq ki, erməni baş nazir ötən ilin sentyabrında parlamentdə keçirdiyi brifinq zamanı bildirmişdi ki, sülh naminə çətin qərarlar vermək məsuliyyətini öz üzərinə götürüb: “Çoxları bizə “satqın” deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq. Bunu təmin edəcək qərarı, çox açıq deyirəm, imzalayacağam”.

Bəli, erməni baş nazirin hazırki ərazisinin həcmini dilə gətirməsi təsadüfi deyildi. Azərbaycanın apardığı uğurlu fəaliyyət işğal altında olan Qarabağın öz azadlığına qovuşması ilə nəticələndi. Eyni zamanda, Azərbaycan digər hədəflərini də açıqlamaqdan çəkinmir:

-Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və ya əldə olunması faktının;

- yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisi sayılan öz ata-baba yurdlarından, tarixi Azərbaycan torpaqlarından qovulması və etnik təmizləməyə məruz qalması faktının;

- XX əsrdə ədalətsiz formada Zəngəzurun, Göyçənin, İrəvanın və digər torpaqlarımızın ermənilərə verilməsi faktının ictimailəşdirilməsi, dünya ictimaiyyəti arasında təbliğ olunması kimi hədəflər artıq tam şəkildə nümayiş olunur. Bu isə erməni baş naziri qorxuya salır - çünki Azərbaycan dövləti, Azərbaycan Lideri yerinə yetirə bilmədiyi sözü heç vaxt vermir. Bu aspektdən Ermənistan dövləti sülhlə bağlı planlarını tezləşdirməklə özünü xilas etmiş olacaq...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28