Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Dost və etibarlı tərəfdaş...

Dost və etibarlı tərəfdaş...

01.03.2023 [10:40]

Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirirmi?

N.BAYRAMLI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana ikigünlük səfər etdi. Fevralın 27-28-də baş tutan səfər zamanı iki ölkə arasında münasibətlər, eləcə də, Cənubi Qafqaz regionunda vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunub. Rusiyanın Xarici İşlər Nazirliyinin Sergey Lavrovun ölkəmizə səfər proqramı haqqında yaydığı məlumatda deyilirdi ki, bu səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin - 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edir. “Sənəd beynəlxalq məsələlərdə və hərbi-siyasi əməkdaşlıqda koordinasiyanın gücləndirilməsini, terror təhlükəsinə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur”, - deyə məlumatda  bəyanatda qeyd edilib.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da çıxışlarında Azərbaycanı dost və tərəfdaş kimi gördüklərini ifadə edib. Əlbəttə ki, ölkəmizin qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş ölkələrdən biri də Rusiyadır. Azərbaycanın qonşu dövlətlərlə xoş mərama əsaslanan siyasətinin müsbət təzahürlərini, həmçinin Rusiya ilə münasibətdə görmək mümkündür. Elə bir fəaliyyət sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsin. Ölkələrimiz arasında siyasi dialoq da yüksək səviyyədədir. Ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə mövcuddur. Bütün bunların fonunda, Rusiya tərəfinin Azərbaycanı özünə dost və etibarlı tərəfdaş hesab etməsi tamamilə məntiqlidir.

Bəs Rusiya necə? Dost və müttəfiq kimi özünü təsdiq edə bilibmi? Təəssüf ki, Azərbaycan qarşı tərəfdən bunu hələ tam görə bilmir. Bu, xüsusilə regionda baş verən proseslərlə əlaqəlidir. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın

10-da Rusiyanın vasitəçiliyi ilə başa çatdı. Həmin dövrdə və sonrakı mərhələdə Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli razılaşmalarda Qarabağda yaşayan ermənilərə hansısa bir “status” verilməsindən, “Dağlıq Qarabağ münaqişəsi”ndən ümumiyyətlə söhbət açılmırdı. Ancaq Praqadan sonra Soçidə baş tutan görüş ərəfəsində Rusiya rəsmilərinin bəzi fikirləri Azərbaycan cəmiyyətində ciddi narahatlıqlar doğurdu. Belə ki, Soçi görüşündən əvvəl Rusiya rəsmiləri Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı müzakirələr aparılması təklifini səsləndirdilər. Azərbaycan bu təklifi qətiyyətlə rədd etdi. Eləcə də, “münaqişənin həllinin gələcəyə saxlanılması”, “Qarabağ ermənilərinin statusuna gələcəkdə baxılması” kimi tezislər dövriyyəyə buraxıldı. Şimal qonşumuz,  həmçinin bir il bundan əvvəl - 22 fevral 2022-ci il tarixində imzalanan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə üzərinə götürdüyü öhdəliklərin bəzilərini hələ də  yerinə yetirmir. Həmin sənədin 11-ci bəndində yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”. Bu gün Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının məsuliyyət zonasında erməni separatizmi davam edir. Erməni hərbçiləri bu ərazidə bir neçə dəfə silahlı təxribatlar törədiblər. Erməni hərbçiləri, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardıqları Azərbaycan ərazilərində mina terrorunu davam etdirirlər. Ötən iki ildə Laçın dəhlizi ilə 2021-ci ildə Ermənistanda istehsal olunan minalar daşınıb və həmin sursatlar ən ağlagəlməz yerlərdə basdırılıb. Bundan başqa, milyarder Ruben Vardanyan Moskvadan Xankəndiyə xüsusi gündəliklə göndərildi. Vardanyan burada ölkəmizə qarşı iddialar səsləndirir, faktiki olaraq erməni əsilli Azərbaycan vətəndaşlarını dövlətimizə qarşı silahlı mübarizəyə çağırırdı. Bütün bu kimi faktlar Azərbaycanın suveren hüquqlarına qarşı yönəlib. Halbuki, müttəfiqlik bəyannaməsinin  11-ci bəndinə əsasən Rusiya Ruben Vardanyanın Qarabağdakı separatçı fəaliyyətinin qarşısını almalı idi. Amma bu məsələdə susqunluq nümayiş etdirdi. Məhz dövlətimizin prinsipial mövqeyi nəticəsində Vardanyan Qarabağdakı “statusundan” məhrum oldu.

Eyni zamanda, 10 noyabr razılaşmalarına əsasən Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişə şərait yaratmalıdır. Lakin iki ildən çox keçsə də, rəsmi İrəvan bu yolun açıqlmasından imtina edir. Rusiya bu məsələdə Paşinyan hakimiyyətinə təsir etməlidir.

Bütün bunların fonunda Azərbaycan Rusiyadan dostluq, tərəfdaşlıq müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsini gözləyir. Ona görə də, şimal qonşumuz münasibətlərin səmimiliyi ilə bağlı adekvat addımlar atmalıdır. 

Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30