Rusiyanın yeni müttəfiqi: 9 milyardlıq ticarət dövriyyəsi
14.03.2023 [10:44]
Rusiya-Ukrayna müharibəsi başlanandan bəri Rusiya ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət dövriyyəsi 68% artaraq rekord həddə - 9 milyard dollara çatıb. Rusiya Gömrük Xidmətinin məlumatlarına görə, BƏƏ-dən bu ölkəyə elektron hissələrin ixracı ötən il yeddi dəfədən çox artmaqla təxminən 283 milyon dollar təşkil edib. Bundan başqa, Dubay sanksiyalarla üzləşən rus transmilli şirkətlərinə, eləcə də bir sıra yüksək vəzifəli məmur və biznesmenlərə qucaq açıb.
Müharibə dönəmində Rusiya ilə BƏƏ arasında münasibətlərin gözlənməz həddə istiləşməsi ərəblərin ən etibarlı müttəfiqi olan ABŞ-da ciddi narahatlıq yaradır.
ABŞ İqtisadiyyat Nazirliyinin nümayəndəsi Elizabet Rozenberq ötən həftə açıqladığı hesabatda bildirib ki, BƏƏ şirkətləri 2022-ci ilin iyul-noyabr ayları arasında ABŞ-ın sanksiya siyahılarında olan Rusiya qurumlarına 180 milyon dollardan çox mal ixrac edib.
Rəsmi Vaşinqton əmirliyin hərbi əməliyyatlarda istifadə edilə biləcək elektron məhsulların mərkəzinə çevrilməsindən narahatdır. Ekspertlər bu fikirdədirlər ki, sanksiyalardan yayınmaq üçün malların BƏƏ vasitəsilə göndərildiyi “reeksport” prosesi xüsusi narahatlıq doğurmalıdır. Məsələn, təkcə 2022-ci ildə əmirlik Rusiyaya ötən ildəkindən 15 dəfə çox mikroçip ixrac edib və bu məhsulların ticarət həcmi bir il ərzində 16 milyon dollardan 243 milyon dollara yüksəlib.
Sanksiyalardan qaçan milyarderlər
Geostrateji baxımdan olduqca mühüm ərazidə - Asiya ilə Afrika arasında yerləşən BƏƏ Avropadan qovulan Rusiya şirkətləri və Rusiyadan qaçan zəngin Rusiya vətəndaşları üçün əlverişli məkana çevrilib. Əvvəllər Böyük Britaniya və İsveçrə kimi Qərbi Avropa ölkələrində asanlıqla biznes quran rus milyonçuları artıq Dubaya və ya Əbu-Dabiyə köçürlər. Onlar ərəb ölkələrində istədikləri kimi yaşayacaqlarını, üstəlik, heç bir kənar müdaxilə olmadan öz işlərini rahatca görə biləcəklərini düşünürlər.
Bu yaxınlarda milyarder Andrey Skoç, nikel kralı Vladimir Potanin və polad maqnatı Aleksandr Abramov da daxil olmaqla sanksiyaya məruz qalmış bir sıra rusiyalı milyarderə məxsus superyaxtalar Mina Rəşid Marinada görüntülənib.
BƏƏ-dən Rusiyaya maliyyə axını barədə araşdırmalar aparan ekspert Olivia Ellisonun sözlərinə görə, Qərb hökumətləri əmirliyin neft, maliyyə-korporativ strukturlarını, sanksiyaya məruz qalan malların ticarəti və ikili təyinatlı mallar üzrə sanksiyalardan yayınmasını diqqətlə izləyir. Araşdırmaçı “Middle East Eye” portalına açıqlamasında bildirib ki, sanksiyalarla üzləşən rusiyalı iş adamları əsasən Dubayda iş qururlar: “BƏƏ-nin burada əsas rolu, keçmişdəki sanksiyalardan yayınma halları da daxil olmaqla, onlara vasitəçilik etməkdir. Sanksiyalardan qurtulmaq üçünsə xeyli sayda “nou-hau”lar mövcuddur”.
Kremllə şübhəli əlaqələr
ABŞ-ın Birləşmiş Əmirliklərdən narazılığı hələ keçmiş prezident Barak Obamanın dövründən başlayıb. Həmin illərdə Dubay Moskva ilə ticari əlaqələri nəzərəçarpacaq dərəcədə artırmışdı. Vacib detal: 2017-ci ilin yanvarında əmirlik “Blackwater” təhlükəsizlik firmasının təsisçisi Erik Prins və Rusiyanın suveren sərvət fondu olan Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev arasında gizli görüşə vasitəçilik etmişdi.
2023-cü ilin yanvar ayının sonunda ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müşaviri Brayan Nelsonun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində səfərdə olub. ABŞ və Avropa rəsmilərinin fikrincə, bir vaxtlar Donald Trampın yaxın müttəfiqi olmuş ərəb şahzadəsi ilə keçirilən həmin görüş Rusiya və ABŞ-ın gələcək prezidenti arasında gizlin əlaqə kanalı yaratmaq cəhdinin bir hissəsi idi.
O vaxtdan bəri Liviyada Rusiya ilə Birləşmiş Əmirliklərin maraqları üst-üstə düşür. Moskvanın istəkləri əsasən Suriya və Afrikada fəaliyyət göstərən “Vaqner PMC” adlanan təşkilatın maraqları ilə bağlı idi. 2019-cu ildə isə rəsmi Moskvanın razılığı ilə Liviyaya göndərilən “Vaqner” qırıcılarının ən azı ilkin mərhələdə BƏƏ tərəfindən maliyyələşdirildiyi güman olunur.
Əmirlik Trampın hakimiyyəti illərində Vaşinqtonda xeyli nüfuz qazanmışdı. ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatına görə, BƏƏ 2016-cı ildən bəri ərəb lobbisinə 154 milyon dollardan çox pul xərcləyib. ABŞ-ın Liviya üzrə keçmiş xüsusi elçisi Conatan Viner ABŞ-BƏƏ münasibətlərini şərh edərkən deyib: “Birləşmiş Əmirliklər Tramp administrasiyası dövründə Ağ Ev heyəti ilə qurduğu şəxsi münasibətlər vasitəsilə ABŞ-ın Yaxın Şərq siyasətinə təsir göstərmək imtiyazına malik oldu”. Keçmiş diplomat və Yaxın Şərq İnstitutunun alimi Viner Birləşmiş Ərəb Əmirliklərini ABŞ-a sadiq olmamaqda da ittiham edib. Diplomat kinayəsini gizlətmədən belə deyib: “Əmirlik Rusiya-Ukrayna məsələsində gözləmə mövqeyi tutmağa, Trampın və ya onun klonunun potensial qayıdışını gözləməyə üstünlük verə bilər. Ancaq hazırkı gedişat buna imkan verməyə bilər”.
Vinerin sözlərinə görə, hər bir ölkə kimi əmirliyin də öz milli maraqları var və bunlar ABŞ-ın maraqları ilə tam üst-üstə düşmür. Onlar ABŞ-ın tələblərini yalnız özlərinin maraqlarına uyğun hesab etdikləri zaman yerinə yetirirlər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47

