“G7”nin Xirosima sammiti...
20.05.2023 [11:50]
Əsas müzakirə mövzusu yenə də Rusiya-Ukrayna müharibəsidir
Nardar BAYRAMLI
Ötən gün Yaponiyanın Xirosima şəhərində “Böyük Yeddilik” (G7) ölkələrinin liderlərinin sammiti başlayıb. Üç gün ərzində - mayın 21-dək bu şəhər bir sıra kəskin qlobal mövzuların müzakirəsi üçün platformaya çevriləcək. Müzakirələrə Rusiya-Ukrayna müharibəsi, nüvə tərk-silahı, ərzaq böhranı, təmiz enerjiyə keçid, Çin siyasəti ilə bağlı məsələlər daxildir.
Sammitdə Yaponiyanın Baş naziri Fumio Kisida, ABŞ Prezidenti Cozef Bayden, İtaliyanın Baş naziri Corca Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Kanadanın Baş naziri Castin Trüdo, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron iştirak edirlər. Qeyd edək ki, Co Bayden dövlət başçısı postunda Xirosima şəhərinə səfər edən ikinci ABŞ prezidentidir. Bundan öncə 2016-cı ildə Barak Obama II Dünya müharibəsinin sonlarında ABŞ tərəfindən atom bombardmanına məruz qalan şəhərə səfər etmişdi. Yaponiyada Co Baydenin Xirosimaya səfərinə etiraz edənlər də olub.
Budəfəki sammitə Avropa İttifaqının nümayəndələri - Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Ukrayna Prezidenti Volodimir Zelenski, o cümlədən Avstraliya, Braziliya, İndoneziya, Cənubi Koreya, Vyetnam və bəzi digər ölkələr dəvət olunublar. Dəvətlilər arasında Ukrayna Prezidenti Zelenski sammitə onlayn qoşulmaq qərarı verib. “G7” liderlərinin görüşündə bir sıra beynəlxalq təşkilatların - BMT, Dünya Bankı, ÜST, Beynəlxalq Enerji Agentliyi, BVF və Ümumdünya Ticarət Təşkilatının nümayəndələri də iştirak edirlər. Rusiya və Çin isə dəvətlilər arasında yoxdur.
“G7”nin liderləri bu görüşdə bir daha Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməyə xüsusi diqqət ayırıblar. Sammitdə Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, dünya liderlərinin Ukraynaya dəstək qərarlılığı sarsılmazdır. Rişi Sunak “G7” liderlərinin adından Rusiya Prezidenti Vladimir Putinə ünvanlanan mesajda bildirib ki, onlar Rusiyanın işğalına qarşı mübarizə aparan Ukraynanı tək buraxmayacaqlar və dəstəklərini davam etdirəcəklər: “Rusiya bilməlidir ki, bizim və digər ölkələrin Ukraynanı özünü müdafiə etmək üçün təkcə indi və burada yox, uzaq perspektivdə də lazımi resurslarla dəstəkləmək qərarı sarsılmazdır”.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə sammitdə Ukraynaya F-16 hərbi təyyarələrinin verilməsinin də müzakirə mövzusu olacağını deyib: “Ukraynaya mümkün F-16 qırıcı təyyarələrinin tədarükü “G7” sammitində müzakirə mövzusudur. Ukraynanın daha çox hərbi texnikaya ehtiyacı olduğu çox açıqdır”. Çıxışı zamanı Şarl Mişel Çini hərbi təcavüzünə son verməsi üçün Rusiyaya təzyiq göstərməyə çağırıb. O, Aİ-nin Pekinlə əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb. “Çinlə stabil və konstruktiv əlaqələr bizim qarşılıqlı marağımızdadır”, - deyən Şarl Mişel bununla belə, Aİ-nin öz dəyərlərinə möhkəm şəkildə sadiq qaldığını və öz maraqlarının təşviqinə davam edəcəyini qeyd edib. “Çinin dünyada xüsusi məsuliyyəti var. O, beynəlxalq qaydalar əsasında oynamalıdır və biz Çini hərbi təcavüzünü dayandırması üçün Rusiyaya təzyiq göstərməyə çağırırıq. Biz Honq Konqda, Sincanda və ya Tibetdə olmasından asılı olmayaraq insan haqları ilə bağlı öz narahatlıqlarımızı səsləndirməyə davam edəcəyik. Biz ölkələrimizdə demokratik cəmiyyətlərimizi baltalayan müdaxilələr edilməsinə tolerantlıq göstərməyəcəyik”, - deyə Aİ Şurasının prezidenti vurğulayıb.
Qeyd edək ki, “G7” ölkələrinin liderləri Rusiyaya əlavə sanksiyaların tətbiq edilməsinə razılaşıblar. Bu barədə təşkilatın bəyanatında bildirilib. Qeyd olunub ki, tərəflər Rusiyanın Ukraynanı qanunsuz, əsassız və səbəbsiz işğalına qarşı dayanmağa dair öhdəliklərini bir daha təsdiqləyiblər. Əlavə sanksiyaların Rusiyaya və onun müharibə səylərini dəstəkləyənlərə qarşı tətbiq ediləcəyi qeyd olunub.
Vurğulanıb ki, Rusiyanın enerjidən silah kimi istifadə etməməsi üçün səylər davam etdirilməlidir: “Biz Rusiyanın döyüş meydanında istifadə etdikləri də daxil olmaqla onun (Ukraynaya) təcavüzü üçün zəruri olan bütün əşyaların ixracına öz yurisdiksiyamız daxilində məhdudiyyətin tətbiq edilməsi üçün fəaliyyətimizi genişləndirəcəyik”. Əlavə olunub ki, ixrac məhdudiyyətinə Rusiyanın istifadə etdiyi sənaye maşınları, alətlər və digər texnologiyalar daxildir. Sanksiyaların hədəfi olan sektorlara istehsal, tikinti və nəqliyyat sahələri, həmçinin biznes xidmətləri daxil olacağı bildirilib.
Liderlər Rusiyanın neft və neft məhsullarının qiymətinə təyin edilmiş yuxarı həddin saxlanılmasına sadiqliklərini qeyd ediblər. “G7” liderləri həmçinin Ukraynanın istədiyi maliyyə, humanitar, hərbi və diplomatik dəstəyin ehtiyac duyulduğu qədər göstərilməsinə dair öhdəliklərini yeniləyiblər.
“Bizim Ukraynaya dəstəyimiz sarsılmayacaq. Biz Rusiyanın qanunsuz əməllərinin dünyanın geri qalanındakı təsirini azaltmaq öhdəliyimizdən yorulmayacağıq”, - bəyanatda qeyd olunub. Liderlər həmçinin sülhün Rusiya qoşunlarının və hərbi vasitələrinin tam və şərtsiz çəkilmədən reallaşmayacağını vurğulayıblar. Bəyanatda Rusiyanın nüvə silahlarından istifadə ilə bağlı təhdidlərinin qəbuledilməz olduğu təkrarlanıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56

