Tarixi dostluqdan əməkdaşlığa...
01.06.2023 [11:30]
Prezident İsxak Hersoqun ölkəmizə səfəri əməkdaşlıq münasibətlərinin inkişafında əsaslı rol oynaya bilər
Azərbaycanın yürütdüyü xarici siyasət kursu qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Respublikamız beynəlxalq miqyasda hər zaman qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlığa üstünlük verməkdədir. Bunun nəticəsidir ki, dünya ölkələri Azərbaycanı birmənalı şəkildə layiqli tərəfdaş qismində qəbul edir, dövlətlərarası münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edirlər. Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələr mövcuddur. Çoxşaxəli münasibətlər, tarixi dostluq əlaqələri iki dövlət arasında əməkdaşlığın əsas ana xəttini təşkil edir.
Yeri gəlmişkən, İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri bu əlaqələrin inkişafında yeni mərhələ açır. Belə ki, bu səfər dövlətlərarası münasibətlərdə yeni istiqamətlər müəyyənləşdirə bilər ki, bu da əlaqələrin daha da yüksək səviyyə qazanmasına yol açacaq.
Ölkələr arasında siyasi dialoq yüksək səviyyədədir
Bu səfərin tarixi əhəmiyyəti bir sıra aspektlərdən izah edilə bilər. İlk növbədə, Azərbaycanla olduqca yüksək dostluq əlaqələrinə malik olan və Yaxın Orta Şərqin əsas siyasi-iqtisadi, hərbi aktorlarından biri olan İsrailin ölkəmizlə daha yaxın münasibətlər qurmaq istəyi təqdirəlayiqdir. Dövlətlərarası münasibətlərin tarixi 30 ildən artıqdır. Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 20-yə yaxın sənəd imzalanıb. Eyni zamanda, iki ölkə arasında Parlamentlərarası əlaqələr yüksək səviyyədədir.
Bu il Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması isə ikitərəfli əlaqələrin inkişafında əsaslı rol oynayır. Xatırladaq ki, Azərbaycan Milli Məclisi ötən ilin noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik açmasına razılıq vermişdi. Prezident
İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında ötən ilin noyabrın 26-da Sərəncam imzalamışdı. İsraildə Azərbaycan səfirliyinin açılması ölkələr arasında tərəfdaşlığın inkişaf etdiyinin və münasibətlərin yeni mərhələyə qədəm qoymasının bariz təsdiqinə çevrildi.
Hərbi sahədə əməkdaşlıq...
İki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur. Məsələn, ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və onun həcmi ildən-ilə artır. Əvvəllər bu əməkdaşlıq əsasən, neft-qaz sahəsinə yönəlmişdisə, sonradan bu əməkdaşlıq şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlığı da əhatə edir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. İsrailin Müdafiə Sənayesi Şirkətləri Azərbaycanda hərbi sənaye quruculuğunda fəal iştirak edib və bunu davam etdirirlər. 2018-ci ilin sentyabrında İsrail dövlətinin Müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri bu sahədəki əməkdaşlığın daha da gücləndirilməsinə təkan verib.
Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması 11 il əvvələ təsadüf edir. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır. İlk illərdə Azərbaycan İsraildən reaktiv yaylım atəş sistemləri və pilotsuz uçuş aparatları alıb və bu silahlar 2008-ci ildə hərbi paradda nümayiş etdirilib. 2008-ci ildə Azərbaycanın Müdafiə Nazirliyi və İsrailin “Erbit” şirkəti ilə imzalanan kontrakt əsasında Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan T-72 tankları modernizasiya olunub. Bu tanklardan 2016-cı ilin aprel döyüşlərində istifadə olunub və özünü doğruldub. Tanklar döyüş zamanı yaxınlığdakı tankın düşmənə məxsus olmasını müəyyən edən sistemlə təmin olunub. Eləcə də 2020-ci il Vətən müharibəsi dövründə İsraildən alınan pilotsuz təyyarələr və digər silah-sursatlar Azərbaycanın qəti qələbə əldə etməsində mühüm rol oynayıb. İkinci Qarabağ müharibəsi vaxtı İsrailin Azərbaycanın yanında olması faktı həm Azərbaycan, həm də İsrail dövləti üçün əlverişli imkanlarlar yaratdı. Azərbaycan İsrailin müasir hərbi avandlığından istifadə edərək müharibə zamanı düşmənə sarsıdıcı zərbə vurdu. İsrailin Azərbaycan ilə əlaqələrinin hərtərəfli və geniş müstəvidə olması Təl-Əviv hök?məti üçün olduqca faydalıdır. Bir sözlə, qarşılıqlı əlaqələrin güclənməsi hər iki dövlətin maraqlarına uyğun şəkildə tənzimlənir.
Ötən ilin oktyabrında İsrailin keçmiş müdafəi naziri Benyamin Qans ölkəmizə səfər etmişdi və səfər çərçivəsində Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdu.
Yeni siyasi-hərbi “üçbucaq”
Ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyması ilə seçildi. Bu mənada, İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən qurulması xüsusilə əhəmiyyətlidir. Çünki Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıq münasibətləri mövcuddur. Nəzərə alsaq ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır və Azərbaycanla yaxın əlaqələrə malikdirlər, bu dövlətlər arasında əməkdaşlığın formalaşması ölkəmizin də marağındadır. Bu iki ölkə arasındakı əlaqələrin yenidən müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirəcək. İsrail - Türkiyə - Azərbaycan arasındakı əməkdaşlıq üçbucağı regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edə bilər. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, üç dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi yeni və mühüm perspektivlər yaradır.
Eyni zamanda, bu əməkdaşlıq üçbucağı regionda təhdid yaradan qüvvələrin də zərərsizləşdirilməsinə mühüm töhfələr verə bilər. Bir sıra ölkələrin iqtisadi əməkdaşlıq platformalarının yaranmasına, regional təhlükəsizliyə nail olunmasına maneçilik törətməsi bəllidir. Bütövlükdə, fəaliyyətində “destruktiv ritorikaya” üstünlük verən bu kimi ölkələr isə yeni yaranan siyasi-hərbi reallıqları qəbul etmək məcburiyyətindədir. Çünki yeni dünya düzəni yalnız və yalnız yaxın əməkdaşlığa, bütün sahələr üzrə tərəfdaşlığa əsaslanır.
Azərbaycan tolerantlıq nümunəsidir...
Prezident İsxak Hersoq səfəri çərçivəsində mətbuata açıqlamasında bildirib ki, bizim əlaqələrimizin dərin kökləri var: “Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır”.
Qeyd edildiyi kimi, əsrlərdir ki, tolerantlıq nümunəsi sayılan Azərbaycan hər zaman yüksək bəşəri dəyərlərə sadiqlik nümayiş etdirir. Müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və bu amil istər qanunvericiliyimizdə, istərsə də gündəlik yaşamımızda öz əksini tapmaqdadır. Çoxmillətli və çoxkonfessiyalı ölkə sayılan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. İstər etnik kimlik, istərsə də fərqli dini inancların daşıyıcısı olmaq ölkəmizdə ayrı-seçkilik yaratmır. Bu gün dövlət strukturlarında, Azərbaycan parlamentində, qeyri-hökumət təşkilatlarında müxtəlif etnik kökənli, fərqli dinlərə mənsub insanlar fəaliyyət göstərir. Onların hər biri Azərbaycan dövlətinin inkişafına xidmət edir.
Eyni zamanda, həm birinci Qarabağ müharibəsində, həm də sonrakı dövrlərdə ölkəmizdə yaşayan xalqların nümayəndələri Vətən uğrunda canlarından keçiblər. Ölkəmizdə fərqli millətlərdən olan çoxsaylı Milli qəhrəmanlarımız var. 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi dini, milli fərqlərindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qələbə uğrunda mübarizəyə qoşuldu. Birinci Qarabağ müharibəsində öz Vətəni uğrunda döyüşmüş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ölkəmizdə böyük ehtiram göstərilir. Beləliklə, Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh və əməkdaşlıq şəraitində yaşaya bilərlər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
28 Sentyabr 18:00

Xəbər lenti
28 Sentyabr 17:23

Xəbər lenti
28 Sentyabr 17:20

Xəbər lenti
28 Sentyabr 17:14

Xəbər lenti
28 Sentyabr 16:25

Xəbər lenti
28 Sentyabr 16:22

Xəbər lenti
28 Sentyabr 16:16

İdman
28 Sentyabr 15:43

Xəbər lenti
28 Sentyabr 15:23

Dünya
28 Sentyabr 15:00

Xəbər lenti
28 Sentyabr 14:46

Xəbər lenti
28 Sentyabr 14:24

Xəbər lenti
28 Sentyabr 14:17

Xəbər lenti
28 Sentyabr 14:15

Xəbər lenti
28 Sentyabr 14:01

İdman
28 Sentyabr 13:58

Xəbər lenti
28 Sentyabr 13:52

Xəbər lenti
28 Sentyabr 13:31

Xəbər lenti
28 Sentyabr 13:21

Xəbər lenti
28 Sentyabr 13:11

Xəbər lenti
28 Sentyabr 13:08

Xəbər lenti
28 Sentyabr 12:58

Xəbər lenti
28 Sentyabr 12:56

Xəbər lenti
28 Sentyabr 12:53

Xəbər lenti
28 Sentyabr 12:52

Xəbər lenti
28 Sentyabr 12:50

Xəbər lenti
28 Sentyabr 12:35

Xəbər lenti
28 Sentyabr 12:33

Mədəniyyət
28 Sentyabr 12:28

İqtisadiyyat
28 Sentyabr 12:20

Xəbər lenti
28 Sentyabr 12:16

Xəbər lenti
28 Sentyabr 12:14

Mədəniyyət
28 Sentyabr 12:11

Siyasət
28 Sentyabr 12:05

Xəbər lenti
28 Sentyabr 12:04

Xəbər lenti
28 Sentyabr 11:57

Sosial
28 Sentyabr 11:54

Xəbər lenti
28 Sentyabr 11:41

Siyasət
28 Sentyabr 11:38

Xəbər lenti
28 Sentyabr 11:32

Xəbər lenti
28 Sentyabr 11:27

MEDİA
28 Sentyabr 11:20

Xəbər lenti
28 Sentyabr 11:15

Sosial
28 Sentyabr 11:10

Xəbər lenti
28 Sentyabr 11:02

Xəbər lenti
28 Sentyabr 10:58

Analitik
28 Sentyabr 10:55

Xəbər lenti
28 Sentyabr 10:50

Xəbər lenti
28 Sentyabr 10:44

Siyasət
28 Sentyabr 10:40

Xəbər lenti
28 Sentyabr 10:33

Xəbər lenti
28 Sentyabr 10:32

Xəbər lenti
28 Sentyabr 10:31

İqtisadiyyat
28 Sentyabr 10:30

Siyasət
28 Sentyabr 10:20

Gündəm
28 Sentyabr 10:10

Siyasət
28 Sentyabr 10:00

Xəbər lenti
28 Sentyabr 09:54

Xəbər lenti
28 Sentyabr 09:38

Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00

Xəbər lenti
27 Sentyabr 18:35

Siyasət
27 Sentyabr 18:04

Xəbər lenti
27 Sentyabr 17:25

Xəbər lenti
27 Sentyabr 16:46

Xəbər lenti
27 Sentyabr 16:34

Xəbər lenti
27 Sentyabr 16:08

Dünya
27 Sentyabr 16:05

Xəbər lenti
27 Sentyabr 15:21
