Aİ ordusu təklifi yenidən gündəmdə...
08.06.2023 [10:50]
NATO Baş katibliyi uğrunda mübarizə “köhnə qitə”ni parçalayacaqmı?
Avropa İttifaqı (Aİ) ordusunun yaradılması məsələsi yenidən aktuallaşır. Zaman-zaman gündəmə gələn, amma kağız üstündə qalan və müzakirələrdən uzağa getməyən ideya bu dəfə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən dəstəklənib. Bu barədə Avropa Komissiyasının Prezidenti WDR-in təşkil etdiyi “Avropa Forumu”nda müzakirə zamanı deyib. Ursula Fon der Lyayen xatırladıb ki, Aİ-yə üzv dövlətlərin əksəriyyəti NATO-nun üzvüdür: “Nə yaxşı ki, NATO var. Amma NATO hər yerdə deyil. Həm də elə ssenarilər ola bilər ki, Avropa İttifaqının hərəkətinə ehtiyac ola bilər və belə halda biz fəal hərəkət etməyi bacarmalıyıq”.
Siyasətçi “Aİ ordusunun yaradılmasına tərəfdardırmı?” sualına belə cavab verib: “Mən bunu tam dəstəkləyirəm. Amma ən böyük çətinlik belə bir ordudan istifadə qərarı ilə bağlıdır. Bu məsələ ilə bağlı hələ də çox müzakirələr getməlidir”.
Avropa Komissiyasının Prezidenti bu kimi qərarların “həm Avropa səviyyəsində, həm də milli səviyyədə” qəbul edilməli olduğunu vurğulayaraq “çünki bu bəzən həyat və ölüm məsələsidir” deyə bildirib. “Ancaq, ümumilikdə, bu məsələ ilə bağlı düşüncələri saflaşdırmaq, dərinləşdirmək lazımdır, amma istiqamət düzgündür”, - deyə Ursula Fon der Lyayen əlavə edib.
Almaniya ehtiyatlıdır...
Amma deyəsən, bu təklif bütövlükdə, Avropa qitəsi ölkələri tərəfindən tam dəstəklənmir. Məsələn, “köhnə qitə”nin əsas dövlətlərindən sayılan Almaniya təklifə ehtiyatlı yanaşmanın sərgilənməsini zəruri sayır. Almaniya Kansleri Olaf Şolts Avropa İttifaqı ordusu ideyası ilə bağlı ehtiyatlı olduğunu bildirib. “Biz ilk növbədə indi qarşımızda duran məsələləri, bizdən gözlənilənləri etməliyik. İlk növbədə, silah istehsalı sahəsində Avropa əməkdaşlığını gücləndirmək lazımdır. Bundan əlavə, Avropada təhlükəsizlik yalnız transatlantik əməkdaşlıq vasitəsilə təmin edilə bilər”, - deyə Şolts NATO ilə bağlı vurğulayıb. O, transatlantik əməkdaşlığın və NATO-nun gücləndirilməsinin vacib olduğunu deyib.
Köhnə-yeni ideya...
Artıq Avropanın ən ali strtukturunun rəsmiləri tərəfindən dəstək qazanan bu təklif bir neçə il öncə də gündəmə gətirilmişdi. 2017-2022-ci illərdə Fransanın müdafiə naziri olmuş Florens Parli Avropa İttifaqı (Aİ) ordusunun yaradılması məsələsini aktuallaşdırmışdı. Avstraliya, İngiltərə və ABŞ-ın “AUKUS” adlı hərbi-siyasi alyans yaratması mərkəzçi Avropa üçün bir sıra suallar yaratmışdı ki, Aİ ordusu məsələsi bunun kompensasiyası kimi görülürdü. Həmin dövrdə Florens Parli NATO-ya Avropa İttifaqının vahid ordusunun yaradılması ilə barışmağı məsləhət görmüşdü və bildirmişdi ki, Avropa müdafiəsi NATO-ya qarşı deyil, əksinə Avropanın möhkəmlənməsinə, alyansın gücləndirilməsinə və həyat qabiliyyətinin artırılmasına kömək edəcək. Hətta səsləndirilən təklif Avropa Parlamentinin (AP) ən böyük partiyası olan Avropa Xalq Partiyası tərəfindən də dəstəklənmişdi.
Qeyd edək ki, məsələyə NATO-nun münasibəti dəyişməzdir - Baş katib Yens Stoltenberqin fikrincə, Aİ ümumi silahlı qüvvələrinin yaradılması NATO-nun zəiflədilməsi kimi neqativ effekt yaradar və Avropa Birliyinin özünün parçalanmasına gətirər. O, hələ illər öncə bildirmişdi ki, problemin kökündə maliyyə məsələsi dayanır - NATO-nun müdafiə xərclərinin 80 faizi alyansın Aİ-dən kənar üzvlərinin payına düşür. Bunlar ABŞ, Böyük Britaniya, İslandiya, Norveç, Kanada və Türkiyədir. Bununla belə, adıçəkilən dövlətlər Avropanın təhlükəsizliyinin açar oyunçularıdırlar.
Avropa sentyabr seçkilərindən narahatdır...
Beləliklə, bu təklifin yenidən gündəmə gəlməsinin əsas səbəbi kimi, Rusiya-Ukrayna müharibəsi göstərilir. Bəzi mütəxəssislər bildirirlər ki, Avropanın bir sıra ölkələri, əsasən Mərkəzi Avropa sentyabrda baş tutması gözlənilən NATO-nun Baş katibi seçimlərinin nəticəsindən indidən narahatlıq keçirir. Ötən həftə İngiltərənin Baş naziri Rişi Sunakın müdafiə naziri Ben Uollesin NATO baş katibliyinə namizədliyini irəli sürməsi, bunun ABŞ tərəfidən də dəstəklənəcəyi ehtimalı Mərkəzi Avropanı hərəkətə gətirib. Bəlli olduğu kimi, bəzi dövlətlər Rusiyaya qarşı qlobal müharibənin əleyhinədir -xüsusilə, bu müharibənin Avropa məkanında baş tutması onlar üçün qəbuledilməzdir. Finlandiyanın NATO üzvlüyünə qəbulu, İsveçin isə artıq Türkiyənin irəli sürdüyü şərtlərlə razılaşması isə mənzərəni daha da dəqiqləşdirir: Rusiya ilə Qərb bloku arasında müharibə Şimal sularında davam edə bilər. Belə bir qarşıdurma isə bütövlükdə, Avropa üçün mühüm təhdiddir. Bu mənada, Avropanın narahatlığı və özünün xüsusi ordu birləşməsinin yaradılması təklifini yenidən gündəmə gətirməsi anlaşılandır.
NATO, yoxsa Avrozona - yeni ideya kimə “sərfəlidir”?
NATO rəhbərliyinin bu ideyaya münasibətinin neqativ olması isə gözləniləndir. Aİ ordusunun yaradılması ideyası ən azından NATO-nun sütunlarını zəiflədə bilər - bu addım Avropanın parçalanmasına da gətirib çıxara bilər. Ən əsası, Aİ ordusunun yaradılması NATO-nun aparıcı ölkəsi olan ABŞ-ın Avropanın təhlükəsizlik seqmentindəki mövqeyini zəiflədə bilər. Düzdür, Aİ vaxtilə yalnız iqtisadi məqsədlər üçün yaradılsa da, son dövrlərdə siyasi-hərbi ambisiyaların nümayişi artıq adi hal alıb. Bu isə həm də Avrozona ölkələri ilə NATO arasındakı soyuq münasibətlərdən və fikir ayrılıqlarından qaynaqlanır.
Bəzi nəzəriyyəçilər Aİ ordusunun yaradılmasının Avroməkana daha çox ziyan gətirəcəyini düşünür - hazırda Avropanın təhlükəsizliyinə cavabdeh olan NATO-da əsas “yük” ABŞ, Türkiyə, Kanada kimi Aİ üzvü olmayan ölkələrin üzərindədir. Bu ölkələr Avroatlantik alyansın fəaliyyətində aparıcı gücə malikdir. Əsas müdafiə xərcləri də Aİ üzvü olmayan tərəfdaşlar tərəfindən qarşılanır. Eyni zamanda, Aİ üzvü olmayan Norveç, İslandiya kimi ölkələr də NATO-nun müdafiə xərclərinin qarşılanmasında mühüm rol oynayır. Bu mənada, Aİ ordusunun yaradılması hazırki siyasi durumu Transatlantik, TransAsiya əlaqələri baxımından mənfi təsirlərə məruz qoya bilər.
Avropa maraqlarını ön sıralara çıxarmaq uğrunda mübarizə aparır
Vaxtilə ABŞ-ın təşəbbüsü ilə yaradılan NATO Avropanı SSRİ təhdidindən qorumaqla mükəlləfiyyətli idi. Beləliklə, zəif Avropa SSRİ təhdidindən xilas olmuş, ABŞ isə Avropada çox effektiv hərbi - siyasi dominantlıq əldə etmişdi. Bəzi mütəxəssislərin fikrincə isə bu ideya indiki halda daha çox Kremlin maraqları ilə uzlaşır. Bu ideyanın ortaya çıxmasından sonra bəzi ekspertlər burada bəzi gizli məqamların belə yer alma ehtimalından danışırlar. Hətta ortada Rusiya ilə Aİ arasında gizli razılaşma ilə bağlı anonslar da verilir. Amma bu, o qədərdə inandırıcı deyil - indiki halda Ai ordusunun yaradılması təklifi ikinci plana adlamış “Avropa maraqlarının” ön sıralara daşınması cəhdidir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxHadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10

