Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / İsveçin İslam “dərdi”

İsveçin İslam “dərdi”

28.09.2023 [10:55]

Cəzasızlıq mühiti bu ölkədə müsəlmanlara qarşı aqressiyanı artırır

Günel ABBASOVA

Sirr deyil ki, son illərdə dünyada, xüsusilə özünü demokratiyanın beşiyi və keşikçisi adlandıran Qərbdə İslamofobiya meylləri artıb. İslamın müqəddəs kitabının yandırılması, fərqli dindən və ya millətdən olan insanlara qarşı zorakılıq, hətta qətl hadisələri, dini, irqi ayrı-seçkiliyin artması kimi hallar addımbaşı özünü göstərir. Maraqlıdır ki, bu məsələdə “dünyanın insan hüquq və azadlıqlarının qorunması örnəyi” sayılan İsveç daha çox fəallıq nümayiş etdirir. Bu ölkədə son dövrlərdə müqəddəs Qurani-Kərimə, İslam dininə qarşı xüsusi aqressiya müşahidə olunur. Siyasi ekspertlər bu meyllərin artan xəttlə inkişaf etməsinin cəzasızlıq mühitindən irəli gəldiyini bildirirlər. Dəfələrlə müsəlmanların müqəddəs kitabına qarşı neqativ münasibət göstərən, yandıran, cıran şəxslərin nəinki cəzalandırılmaması, hətta qorunması bu kimi əməllərin artmasına yol açır.

Təəssüf ki, vəziyyət get-gedə daha radikal mənzərə alır - tez-tez təkrarlanır, hətta insan həyatına qəsdə qədər artır. Ötən günlərdə İsveçin Eskilstuna şəhərindəki ən böyük məsciddə yanğın baş verib. Məscid rəsmilərinin sözlərinə görə, yanğın qəsdən törədilib. Belə ki, qonşuluqda yaşayan ailə bir ildir ki, bu barədə hədə-qorxu gəlirmiş və hadisənin fonunda məscid yanıb. Bu da yanğının bilərəkdən törədilməsinə əsaslı şübhələr yaradıb.

Politoloq Züriyə Qarayeva da “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, son illərdə Avropada islamafobiya meyillərinin şiddətlənməsinin şahidi oluruq: “Bu istiqamətdə ciddi hüquq pozuntularını göstərən hadisələr baş verir. XIII-XIV əsrlərdə Kordova xilafətinə qarşı kilsənin hücumları var idisə, artıq irqçilik və islamofobiyanın əsas carçısı kilsələr deyil, bu kimi əməllərə qurumlar və dövlət səviyyəsində dəstək verilir. Demək olar ki, nasizmin nümayişinin şahidinə çevrilirik. Bu hallara Almaniyada, Hollandiyada, Fransada da rast gəlmək mümkündür. Fransada xüsusən islam dininə qarşı bu cür meyillərin artması, ksenefobiya hallarının artması müşahidə olunur. İsveç isə bu prosesdə xüsusi vurğulayacağımız ölkələrdəndir. İsveçdə islam dininə qarşı təxribat xarakterli hadisələr davamlı hal alıb. Quranın yandırılması, məscidlərə qarşı hörmətsizliklər, dini yöndə qadağaların qəbul edilməsi halları İsveçdə də müşahidə olunur. Ən son bununla bağlı Türkiyə prezidentinin də beynəlxalq ictimaiyyətə çağırışı olmuşdu. İsveçin bu addımları atması dünyada artıq İslamafobiyanın daha da intensivləşməsinə yol açan bir vasitədir. Bu siyasətin arxasında müəyyən siyasi maraqlar da var. İsveçin Türkiyə əleyhinə olan siyasəti, terrorist qruplaşmaları dəstəkləməsi, bu istiqamətdə Türkiyənin müəyyən müddət İsveçin NATO-ya üzvlüyünə qarşı bir mövqe qoyması, ancaq sonradan yumşalmasının şahidi olduq. Buna baxmayaraq İsveç terror qruplaşmaları ilə bağlı verilən vədlərdə sözünü tutmadı. Əksinə, İsveç bu istiqamətdə siyasətini intensivləşdirdi. Əlbəttə ki, bu siyasət cəzalandırılmalı, İsveçə qarşı sanskiyalar tətbiq olunmalıdır. İslamafobiya meyillərindən İsveçi kənarlaşdırmaq lazımdır. Məlum məsələdir ki, son dövrlər Avropada radikal sağçı partiyalar hakimiyyətə gəlirlər, bu İsveçə də aiddir. Avropa İnsan Haqları Komissiyası, BMT-nin insan haqları haqqında bəyannaməsi daxil olmaqla bu istiqamətdə bütün prinsiplərin İsveç tərəfindən pozulduğunu diqqətdə saxlayaraq ciddi addımlar atmaq lazımdır”.

Paylaş:
Baxılıb: 272 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

YAP xəbərləri

Xəbər lenti

Xəbər lenti

Siyasət

500 illik qanlı tarix

07 Dekabr 11:20

Xəbər lenti

Siyasət

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31