İrəvan sülhdən “dəm vurur”...
06.10.2023 [10:41]
Təşviqi isə fransızsayağıdır
Cənubi Qafqazda silah səsləri, terror təhdidi 30 ildən sonra aradan qalxmaq üzrədir. Bunun üçün Azərbaycanın yaratdığı siyasi-hərbi reallıqlar zəmin formalaşdırıb. Ermənistan isə özündə cəsarət taparaq təhlükəsizliyin bərqərar olmasına töhfə verməlidir. İrəvanın səmimi şəkildə sülh arzusunu ifadə etməsi və siyasi iradə ortaya qoyaraq hər hansı bir sənədi imzalaması yeni münasibətlər sistemi formalaşdırmaqla yanaşı, bölgənin iqtisadi inkişafı üçün yeni mənzərə, yeni üfüqlər müəyyənləşdirər.
Təəssüf ki, Ermənistanın iki ilə yaxındır ki, davam edən “sülh manipulyasiyası” bu və ya digər şəkildə yenə də öz “yolundadır”. Düzdür, İrəvan hər zaman “sülh tərəfdarı” qismində çıxış edib - amma bütün hallarda bu ya siyasi manipulyasiya vasitəsinə çevrilib, ya da spekulyativ manevr kimi dəyərləndirilib. İndiki halda da, İrəvanın “sülh”dən bəhs açması və onun “təşviqini” aparması qeyri-səmimi davranışlardan uzağa getmir. Çünki Ermənistan sülh haqqında sülhün reallaşması üçün lazım olan şərtlərdən kənar fikirlər ifadə edir. Yəni sülhün əsl baza formatı haqda fikir səsləndirmir...
Paşinyanın “sığortalanması”...
Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Milli Assambleyasındakı çıxışı zamanı bütün məsələləri “müxalifətin boynuna” yükləyib. Maraqlıdır ki, erməni baş nazir Qranada görüşünün baş tutmamasının səbəbləri sırasında ermənipərəst dairələrin, xüsusilə Fransanın “səylərini” yada salmayıb. Paşinyan bildirib ki, çox konstruktiv və nikbin idik, çünki əlamətdar sənədi imzalamaq şansının olduğunu düşünürdük.
Bu kimi “maraqlı və nikbin” düşüncə içində olan erməni baş nazirin yenidən manipulyasiyalara ələ atması ortadadır. Sülh üçün ilkin növbədə müstəqil iradə gərəkir ki, bu da Ermənistanda yoxdur. Ən kritik məqamlarda “Fransaya sığınaraq” özünü “pərdə arxasına keçirən” Ermənistan bu yolla özünü sığortalamağa çalışır.
Dayanıqlı sülhün baza prinsipləri...
Paşinyan ümid etdiyini bildirib ki, konseptual sənəd münasib vaxtda imzalanacaq: “Mən bu müqaviləni imzalamağa hazıram və çox təəssüf edirəm ki, sabah bu çox vacib qərarın qəbul olunduğunu elan etmək imkanım olmayacaq”.
O vurğulayıb ki, bu sənədin Azərbaycanın maraqlarına zidd olması və yalnız Ermənistanın maraqlarına tam uyğun olması fikri formalaşmamalıdır. “Bu sənəd regionda sülhə və sabitliyə uyğundur. Əgər bu sənəd balanslaşdırılmasa, heç kim onu imzalamayacaq və heç kim məni məcbur edə bilməyəcək. Digər tərəfdən Ermənistan sərhədlərindən kənarda marginal düşərgə var və onlardan Ermənistanın maraqlarının zərərinə tarazlığı itirmək üçün istifadə oluna bilər. Düşünürəm ki, onlar bu ssenarini həyata keçirəcəklər”, - deyə Paşinyan vurğulayıb.
Azərbaycan regionda davamlı sülhün formalaşdırılması istiqamətində öz mövqeyini qəti şəkildə ortaya qoyub. Ölkəmizin təqdim etdiyi və dayanıqlı sülhün söykənəcəyi baza prinsipləri bəllidir və bu amil Azərbaycanın yaratdığı ədalət mənzərəsində də bir daha əks olunur. Nəzərədə tutulan məsələlər sırasında dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması ilə yanaşı, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın başlanması da yer alır. Bu, ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.
Delimitasiya, kommunikasiya...
Azərbaycanın mövqeyi isə hər zaman olduğu kimi dəyişməzdir - xüsusilə, qeyd olunmalıdır ki, son proseslər 24 saatlıq antiterror tədbirləri sülh üçün münbit zəmin formalaşdırıb. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən deyib ki, Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb. Onun sözlərinə görə, dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri, eləcə də kommunikasiyaların bərpasını müzakirə etməliyik. “Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların böyük perspektivləri var”, - o qeyd edib. E.Əmirbəyov bildirib ki, Azərbaycan Qarabağ regionunun erməni sakinləri ilə fəal dialoq aparır və reinteqrasiya planları Qarabağ ermənilərinin sosial, iqtisadi, siyasi, mədəni və dini hüquqlarını həyata keçirə biləcəkləri müxtəlif sahələri əhatə edir.
Bəli, sülhün əsas detalları arasında kommunikasiyaların açılması və sərhədlərin delimitasiya məsələləri xüsusi yer alır. Eyni zamanda, anklavlar məsələsi də müzakirə olunmalıdır. Bütövlükdə proses sülhün yaxın zamanda reallaşmasına istiqamətlənməlidir ki, bunun üçün sözügedən məsələlərin həlli mütləq şərtə çevrilir.
Fransanın “özünə vəzifə” biçməsi...
O ki qaldı, Qranada görüşü ilə bağlı yaranan situasiyaya, Azərbaycan hər zaman səmimi görüşlərin tərəfdarı qismində çıxış edib. Amma təəssüfləndirici haldır ki, regionda yenidən distabilizasiya yaratmaq istəyən bəzi quvvələr özlərini prosesə salmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesində bilavasitə iştirak edən tərəf kimi Aİ Şurası Prezidenti Şarl Mişel və Rusiya göstərilə bilər. Prosesin dolayısı ilə iştirakçısı kimi isə ABŞ misal çəkilə bilər - may ayında məhz Vaşinqtonun səyi ilə XİN rəhbərləri arasında bir sıra görüşlər baş tutub. Fransa və digər subyektlərin prosesə aidiyyatı olmadığı halda müdaxiləsi qəbulolunmazdır - hətta bu ilin iyununda Kişinyovda keçirilən qeyri-rəsmi görüşdən sonra Fransa növbəti dəfə qeyri-adekvat davranış sərgiləmişdi. Belə ki, adətən rəsmi və Kişinyov görüşü kimi qeyri-rəsmi görüşlərdən sonra siyasi etiket qaydalarına uyğun olaraq mətbuata açıqlamanı Aİ Şurasının prezidenti Şarl Mişel təqdim edir. Kişinyovdakı qeyri-rəsmi görüşdən sonra Makronun özünə havadan “vəzifə” çıxararaq tutduğu posta mütənasib olmayan fiikrlər səsləndirmişdi. Onun bu cür “siyasi fürsətcilliyi” isə siyasi etikaya sığmır. Səslənən bəzi ifadələr isə təhrif və birbaşa beynəlxalq hüquqa zidd olaraq dəyərləndirilmişdi.
Bu bir həqiqətdir ki, bu gün Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə, bütövlükdə Qarabağda suverenliyini bəərpa edib. bölgədə geniş reinteqrasiya porosesi aparılır. Başqa sözlə, bölgə sülhə və inkişafa doğru yol alıb. Bu yolu bağlamaba isə heç bir ölkənin və ya mərkəzin gücü, qüvvəsi çata bilməz. Sülhə gəlməyənlər ən böyük pisliyi özünə edir. Ermənistan bunu açıq şəkildə dərk etməlidir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28

