BMT Baş katibi dünyaya səsləndi: “Dünya uçurumun astanasındadır”...
26.10.2023 [10:51]
Əsas vəzifələri sırasında münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması kimi bəşəri dəyərlərin yer aldığı BMT bu gün siyasi-hərbi proseslərə müdaxilə imkanlarını itirmək üzrədir. Beynəlxalq humanitar, mədəni, sosial, iqtisadi xarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığı həyata keçirmək üzrə ixtisalaşdırılmış qurum ali məqsədlərini həyata keçirə bilmir - XX əsrin sonu, XXI yüzilliyin əvvəlində BMT-nin funksionallığının zəifləməsi artıq faktoloji cəhətdən sübuta yetirilir. Son dövrlərdə artan kataklizmlərin, qlobal təhlükəsizliyə açıq təhdidlərin fonunda BMT-nin susqunluğunun müşahidə olunması birmənalı şəkildə adekvat sayıla bilməz. Yaranan vəziyyət nonsensdir - aktiv müharibələrin getdiyi, günahsız insanların öldürüldüyü bir zamanda BMT-nin fəal müdaxiləsi nəzərə çarpmır və əksinə kənardan izləyici funksiyasında dayanmağa üstünlük verilir. Bu, paradoksal bir vəziyyət yaradır.
Quterreşdən çağırış...
Ən təəssüfləndirici hal isə, qlobal miqyasda baş verənlərə münasibətdə BMT-nin yalnız və yalnız quru sözdən ibarət bəyanatlar verməsidir. Hətta bəzi məqamlarda BMT rəhbərliyi baş verənləri gördüyünü etiraf edir - amma dolayısı ilə müdaxilə imkanlarının məhdudluğunu səsləndirir. Məsələn, BMT-nin Baş katibi Antonio Quterreş 24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə “X” sosial platformasında yazıb ki, dünya uçurumun astanasındadır və daha çox insan zərər çəkmədən tədbir görülməlidir. “Bu gün BMT Nizamnaməsinin qüvvəyə minməsinin 78-ci ildönümüdür. Bu kritik saatlarda mən hər kəsi zorakılıq nəticəsində daha çox insanın həyatına son qoymadan və bu daha da yayılmadan uçurumdan geri çəkilməyə çağırıram”, - deyə baş katib bildirib.
Təşkilat nəinki müdaxilə, humanitar vasitəçilik belə edə bilmir...
Ümumiyyətlə, son dövrlərdə artan kataklizmlərin qlobal təhlükəsizliyə açıq təhdid yaratdığı ortadadır və bunu görməmək mümkün deyil. Dünyanın əksər bölgələrində hərbi qarşıdurmalar aktiv hal alır və təəssüfləndirici haldır ki, sülhün bərqərar olunmasına xidmət göstərməli beynəlxalq platformalar, xüsusilə, BMT baş verənlərə münasibətdə dərin susqunluq içindədir. Ümumiyyətlə, BMT-nin son illərdəki fəaliyyətində mütləq geriləmələrin müşahidə olunduğu ilk baxışdan bəllidir. Baş verən münaqişələrə, müharibələrə nəinki müdaxilə imkanları məhdud olan, hətta humanitar vasitəçilik missiyası həyata keçirməkdə acizlik nümayiş etdirən BMT-də mühüm reformların həyata keçirilməsi mütləq şərtə çevrilib. Müşahidə olunanlar BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin iflic duruma düşdüyü görüntüsünü yaradır. Bu fakt BMT rəsmiləri tərəfindən də zaman-zaman etiraf olunur. Məsələn, bu ilin may ayında Xirosimada keçirilən G7 sammitində çıxış edərkən BMT-nin Baş katibi Antonio Quterreş də BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını zəruri hesab etdiyini söyləmişdi. Baş katibin fikrincə, təşkilat artıq müasir reallıqlara uyğun gəlmir. Quterreşin sözlərinə görə, bu qurum 1945-ci ildə formalaşdığı zaman dünya düzəninə uyğun olub. O vaxtdan bəri, həmin sistem köhnəlib və təsirini itirib.
“Dünya 5-dən böyükdür” çağırışı...
Günü-gündən aktuallaşan bu islahatlarla bağlı ilk təklif isə öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlmişdi. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da davam etdirmişdi. Türkiyə Prezidenti qeyd etmişdi ki, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib. Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Başqa sözlə, BMT-nin funksionallığının artırılması, yeni imicdə, yeni keyfiyyətdə təqdim olunması qarşıdakı zamanda beynəlxalq konfrantasiyaların da sona yetməsinə, bu və ya digər şəkildə nəticələnməsinə yol aça bilər.
Bu, ədalətli olar...
Azərbaycan da BMT TŞ-nin yenidən formalaşdırılması ilə bağlı mütəmadi olaraq fikir bildirən ölkələrdəndir. Dövlətimizin bununla bağlı mövqeyi isə aydın və məntiqlidir. BMT TŞ-nin Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnamə 30 ilə yaxın icra edilmədi, selektiv mövqenin şahidi olduq - nəticədə Azərbaycan bu qətnamələrin icrasını öz üzərinə götürdü. Təsadüfi deyildi ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif etmişdi. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulamışdı. Prezident İlham Əliyev hər zaman bildirib ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir: “Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar”.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51

