İrəvana nə lazımdır: hərb, yoxsa sülh?
27.10.2023 [11:19]
Azərbaycan öz ərazilərini terrorçulardan təmizlədikdən sonra 30 illik işğal nəticəsində dağıdılmış rayon, şəhər və kəndlərdə bərpa-quruculuq işlərini davam etdirir, ermənilərin xarabalığa çevirdiyi əraziləri dirçəldib abadlaşdırır. Ölkəmiz Cənubi Qafqazda sülh və sabitliyin yaranmasında maraqlıdır. Bütün bölgənin inkişafına təsir edəcək bu nəticənin alınması üçün eyni addımı paralel olaraq Ermənistan da atmalıdır. Təəssüf ki, Ermənistanda hələ də reallıqdan uzaq, səfeh utopik xəyallarla yaşayan siyasi qüvvələr qalmaqdadır və həmin qüvvələr xaricdəki erməni lobbisi ilə birləşərək dövləti qərarlara təsir edə bilirlər.
Bəs Ermənistan sülh prosesinə necə hazırlaşır? İrəvandakı siyasi kulisarxası məqamlar barədə.
Fransızın silahına “gül olmaq”
Oktyabrın 23-də Tehranda keçirilmiş 3+3 formatında görüşə qatılan Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ölkəsinin bölgədəki iqtisadi, siyasi vəziyyətin normallaşmasında, region dövlətlərini birləşdirən kommunikasiya xətlərinin bərpasında maraqlı olduğunu söyləyib. Amma...
“Əmma” burasındadır ki, Mirzoyanın bu çıxışından bir gün öncə ölkənin müdafiə naziri Suren Papikyan fransız həmkarı Sebastyan Lekornunun dəvəti ilə Parisə səfər edib. Məhz oktyabrın 23-də, Tehranda 3+3 görüşünün baş tutduğu gün Paris və İrəvan arasında silah alış-satışına dair müqavilə bağlanıb. Fransa müdafiə nazirinin sözlərinə görə, Ermənistana satılacaq texniki təchizat bu ölkənin hava məkanını qorumağa kömək edəcək. Əlavə detallar barədə isə məlumat verilməyib.
Hazırkı ağır iqtisadi durumda Ermənistan nədən birdən-birə silahlanmaq eşqinə düşüb? Rusiyalı hərbi ekspertlərin fikrincə, əlbəttə, bu ölkə özünün müdafiə imkanları ilə qətiyyən öyünə bilməz, bunu Azərbaycanla müharibədəki ağır məğlubiyyət də sübuta yetirib. Rus mütəxəssislər əmindirlər ki, Fransa ilə müttəfiqlik Ermənistanı heç də düşdüyü vəziyyətdən çıxarmağa qadir deyil. Moskva Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov İrəvanın Parislə silah alışına dair bağladığı müqaviləni Ermənistanın silah təchizatı üçün ciddi addım hesab etmir. Puxovun fikrincə, fransız silahları həm çox bahalıdır, həm də olduqca kaprizli sayılır. Fransa istehsalı silahlar alan ölkə həmin sursatın istifadəsi üçün mütləq Fransadan bu silahlar üzrə ixtisaslaşmış kadrlar dəvət etməlidir. Necə deyərlər, Molla Nəsrəddinin yazdığı məktubu özündən başqa heç kim oxuya bilmədiyi kimi fransızın tüfəngini də, deyəsən, özündən başqa heç kim ata bilmir.
Erməni cəmiyyəti: rusyönümlülər və fransızyönümlülər
Ermənistanın Fransa ilə “nikahdankənar” münasibəti onsuz da Rusiyanı kifayət qədər qıcıqlandırır. Bu situasiya eyi zamanda Ermənistan cəmiyyətini də iki yerə - rusyönümlü və fransızyönümlü kəsimə ayırıb. Fransa ilə yaxınlıqlarına baxmayaraq erməni siyasətçilərin çoxu Rusiyadan çəkinir. Bu səbəbdən ermənilər Parislə silah müqaviləsinin bağlanmasını son zamanlar guya Rusiyanın texniki imkanlarının zəifləməsi, bütün qüvvəsini Ukrayna müharibəsinə sərf eləməsi, bu üzdən Ermənistanı lazımi səviyyədə sursatla təmin edə bilməməsi ilə izah edirlər. Məsələ ilə əlaqədar Rusiya mediasına açıqlama verən erməni hərbi ekspert Aleksandr İskəndəryan deyir ki, guya Rusiya Ermənistana silah satışını dayandırdığından İrəvanın yeni təchizat mənbələri axtarmaqdan başqa yolu qalmayıb: “Bu proses bir gecədə baş verməyib. Məlum olduğu kimi, Rusiya bizim silah təchizatımızı 2020-ci il müharibəsindən sonra azaltdı, Ukraynada döyüşlər başlayanda isə tamamilə dayandırdı. İndi Yerevan Fransa və Hindistanın köməyilə bu boşluğu necəsə, nə iləsə doldurmağa ümid edir. Hazırda Ermənistanda ikinci Qarabağ müharibəsindən sonra təhlükəsizliyin təmin olunması mövzusu çox aktuallaşıb”.
Erməni ekspertin sözlərindən belə çıxır ki, Azərbaycanla müharibədə uğradıqları ağır məğlubiyyəti Ermənistanda hələ də həzm edə bilmirlər. Üstəlik, onlarda belə bir qorxu da baş qaldırıb ki, Azərbaycan istənilən zaman hücum edə və istədiyi əraziyə qədər irəliləyə bilər.
Necə deyərlər, Fransa ilə Hindistan özlərini çatdırana kimi iş-işdən keçmiş olar.
Bütün bu məqamları nəzərə alan erməni siyasətçilər öz çıxışlarında və siyasi addımlarında Rusiyanı mümkün qədər qıcıqlandırmamağa, əksinə, imkan düşən kimi adətləri üzrə onlara yarınmağa çalışırlar.
Hindistanın silahı filmləri kimi çıxarsa...
Rusiya mənbələri yazır ki, Ermənistan 2022-ci ildə Hindistandan ümumilikdə 244,7 milyon dollar dəyərində silah və sursat, o cümlədən, “Pinaka” reaktiv yaylım atəşi sistemləri alıb. 2023-cü ilin yanvarında Hindistan mediası Ermənistan hakimiyyətinin “Sovet S-125 Peçora” zenit-raket komplekslərini hind MRASM-ı ilə əvəz etmək niyyətində olduğu barədə məlumat yaymışdı. Bundan əlavə, Ermənistanın Hindistandan ATAGS özüyeriyən haubitsalar alması barədə də məlumat verilib. ABŞ-ın “Forbes” jurnalı isə yazır ki, Ermənistan 2019-cu ildə Rusiyadan aldığı dörd “Su-30 SM” döyüş təyyarəsini modernləşdirmək və müasir raketlərlə təchiz etmək üçün Hindistana göndərməyə hazırlaşır.
Müharibədə uduzmuş Ermənistanın yenidən silahlanmaq eşqinə düşməsini hərbi-texniki vasitələr üzrə rusiyalı mütəxəssis Ruslan Puxov belə izah edir:
“Əslində silahlar heç də həmişə döyüş məqsədilə alınmır. Adətən, ölkələr silah tədarükünü təhlükəsizlik zəmanəti almaq üçün həyata keçirirlər. Yəni, kiminsə silahını alırsan, sonra da onun dəstəyini qazanmaq perspektivi əldə edirsən. Misal üçün deyim ki, Səudiyyə Ərəbistanı ABŞ-dan silahı bu formada alır”.
Ermənistan məsələsinə gəldikdə Puxov hesab edir ki, İrəvanın dünyanın müxtəlif ölkələrindən “yığdığı” silahları vahid təhlükəsizlik sistemində birləşdirmək müşkül məsələdir. “Məsələn, Ukrayna bu işin öhdəsindən yalnız tükənməz maliyyə və xaricdən güclü hərbi dəstək sayəsində gəlir. Kiyev heç bir silahı təmirə göndərmir, ukraynalılar yararsız çıxan sursatı, sadəcə, zibilliyə tullayırlar”, - deyən ekspert Ermənistanın analoji addımı atmaq imkanında olmadığını bildirib.
Paris yeni skandal yaradır
Bu arada xatırlamaq yerinə düşər ki, Qərb mediası Avropanın Ukraynaya verə biləcəyi silahların artıq tükəndiyi barədə dəfələrlə xəbərlər yayıb. Avropa İttifaqının mövqeyini əks etdirən bu məlumatlardan sonra Fransanın Ermənistan üçün silah tədarük etməsi beynəlxalq gərginlik yarada bilər.
Rusiyalı hərbi ekspert, Hava Hücumundan Müdafiə Qoşunları Tarixi Muzeyinin direktoru Yuri Knutov məsələni belə şərh edib: “Məlumdur ki, Kiyev Fransa və İtaliyadan qabaqcıl “Mamba” hava hücumundan müdafiə sistemləri istəmişdi. Həmin ölkələr isə bildirmişdilər ki, sözügedən sistemlər onlarda yoxdur. İndi Paris bu sistemi İrəvana versə, böyük diplomatik qalmaqal yaranacaq. Doğrudur, fransızlar köhnə komplekslərindən birini ermənilərə verə, özləri üçün yenisini istehsal edə bilərlər. İstənilən halda bu, o qədər də asan məsələ deyil”.
Daha bir tanınmış hərbi ekspert Vasili Dandıkin də Parisin Ermənistana silah tədarükünün siyasi baxımdan məntiqsiz olduğunu bildirib: “Fransadan gələn yardım Azərbaycanı qəzəbləndirə bilər. Düşünmürəm ki, yenidən qarşıdurma baş verərsə, fransızlar İrəvan uğrunda vuruşmağa razı olarlar. Üstəlik, onların silahının da ermənilərə elə bir köməyi dəyməyəcək”.
Dandıkin bunu da əlavə edib ki, Paris qoşunlarını Nigerdən çıxarmaqla Afrikadan biabırçı tərzdə qovulduqdan və Avstraliya ilə sualtı qayıqların satışı üzrə bağlı sövdələşmənin uğursuzluğundan sonra yerlərdə sürünən imicini yüksəltmək əvəzinə ona heç bir aidiyyatı olmayan Cənubi Qafqaza müdaxilə etməklə beynəlxalq aləmdə olan-qalan nüfuzunu da itirməyə başlayıb. Hərbi ekspert daha sonra: “Fransızları nə Ermənistanın taleyi, nə də Cənubi Qafqazda sülh məsələləri maraqlandırır” deməklə bu mövzuda fikrini tamamlayıb.
Beləliklə, bir daha aydın olur ki, ermənilərin fransız məhəbbəti təmənnalı olduğu qədər fransızların da erməni sevgisi saxtadır. Parislə İrəvanın silah satışı üzrə bağladığı müqavilə isə Ermənistanın vəziyyətini normallaşdırmaqdan çox gərginləşdirməyə xidmət edəcək. Bu da Rusiya ilə münasibətlərin getdikcə pisləşməsinə, eyni zamanda erməni cəmiyyətində siyasi parçalanmanın dərinləşməsinə gətirib çıxaracaq, rusiyayönümlü qüvvələrlə qərbyönümlülərin savaşı güclənəcək. Azərbaycan və Türkiyə kimi güclü dövlətlərlə münasibətlərin normallaşması, nəticədə Ermənistan iqtisadiyyatının dirçəlməsi perspektivi zərbə altına düşəcək. Ermənistanın onu gözləyən böhrandan xilas olması üçün bir yolu var: uzaq Fransanın qanadı altına sığınmaq yox, Qafqaz qonşuları ilə sülh şəraitində yaşamaq.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına bax
Gündəm
12 Dekabr 00:09

Xəbər lenti
11 Dekabr 23:58

Gündəm
11 Dekabr 22:15

Xəbər lenti
11 Dekabr 19:18

Xəbər lenti
11 Dekabr 17:31

Dünya
11 Dekabr 16:40

Xəbər lenti
11 Dekabr 16:33

Xəbər lenti
11 Dekabr 16:29

Xəbər lenti
11 Dekabr 16:01

Xəbər lenti
11 Dekabr 14:22

Xəbər lenti
11 Dekabr 14:05

Xəbər lenti
11 Dekabr 13:35

Xəbər lenti
11 Dekabr 12:53

Xəbər lenti
11 Dekabr 12:42

İqtisadiyyat
11 Dekabr 12:38

Gündəm
11 Dekabr 12:36

Xəbər lenti
11 Dekabr 12:28

Xəbər lenti
11 Dekabr 12:03

Xəbər lenti
11 Dekabr 11:54

Siyasət
11 Dekabr 11:37

Xəbər lenti
11 Dekabr 11:26

Xəbər lenti
11 Dekabr 11:14

Xəbər lenti
11 Dekabr 10:52

Xəbər lenti
11 Dekabr 10:51

Xəbər lenti
11 Dekabr 10:44

Xəbər lenti
11 Dekabr 10:35

Xəbər lenti
11 Dekabr 10:33

Xəbər lenti
11 Dekabr 10:15

Xəbər lenti
11 Dekabr 10:01

Dünya
11 Dekabr 09:42

Xəbər lenti
11 Dekabr 09:36

Xəbər lenti
11 Dekabr 09:25

Xəbər lenti
10 Dekabr 18:54

Xəbər lenti
10 Dekabr 18:53

Siyasət
10 Dekabr 17:28

Xəbər lenti
10 Dekabr 16:16

Siyasət
10 Dekabr 16:11

Dünya
10 Dekabr 15:31

Xəbər lenti
10 Dekabr 14:24

İqtisadiyyat
10 Dekabr 14:23

Xəbər lenti
10 Dekabr 14:16

Gündəm
10 Dekabr 14:13

Xəbər lenti
10 Dekabr 14:05

İqtisadiyyat
10 Dekabr 13:54

Gündəm
10 Dekabr 13:25

Xəbər lenti
10 Dekabr 13:09

Siyasət
10 Dekabr 13:07

Xəbər lenti
10 Dekabr 12:47

Xəbər lenti
10 Dekabr 12:15

Xəbər lenti
10 Dekabr 12:05

Xəbər lenti
10 Dekabr 11:35

Dünya
10 Dekabr 11:18

Xəbər lenti
10 Dekabr 11:15

Xəbər lenti
10 Dekabr 10:50

Siyasət
09 Dekabr 23:08

Siyasət
09 Dekabr 22:02

Xəbər lenti
09 Dekabr 17:00

Xəbər lenti
09 Dekabr 16:49

Xəbər lenti
09 Dekabr 15:55

Xəbər lenti
09 Dekabr 13:47

Xəbər lenti
09 Dekabr 13:26

Mədəniyyət
09 Dekabr 13:06

Sosial
09 Dekabr 12:40

Analitik
09 Dekabr 12:30

Xəbər lenti
09 Dekabr 12:27

Xəbər lenti
09 Dekabr 12:24

MEDİA
09 Dekabr 12:20

Xəbər lenti
09 Dekabr 12:02

Analitik
09 Dekabr 12:00

Xəbər lenti
09 Dekabr 12:00
