ABŞ-da miqrasiya böhranı
01.02.2024 [11:12]
Murad Köhnəqala
Bayden administrasiyasının Yaxın Şərq və Ukrayna siyasətinə görə dünyada ciddi tənqidlərlə üzləşdiyi bir vaxtda ABŞ-ın cənub sərhədində təcili həllini gözləyən daha bir humanitar və siyasi böhran yaşanıb. Söhbət Texas ştatının Meksika ilə sərhədi bağlamasından sonra ortaya çıxan problemlərdən gedir. Məsələ burasındadır ki, bir müddət öncə Texas qubernatoru Qreq Abbott miqrant axınının qarşısını almaq məqsədilə ştatın Meksika sərhədi boyunca tikanlı məftillər çəkdirib. Ağ Evin qadağalarına məhəl qoymayan qubernator bu hərəkəti ilə Bayden administrasiyasına və ABŞ Ali Məhkəməsinə meydan oxuyub. Ötən həftə Ali Məhkəmə federal hökumətin Abbottun göstərişi ilə Texas sərhədi boyunca quraşdırılmış tikanlı məftilləri sökmək hüququna malik olduğu barədə qətnamə qəbul edib. Respublikaçılar partiyasına mənsub ifrat sağçı Abbott isə məhkəmənin bu qərarına etiraz edərək ştatın Meksika ilə sərhədini bağlamaq niyyətindən geri çəkilməyəcəyini bildirib.
Texas Ağ Evi saymır
Buradan görünür ki, Texas rəhbərliyi federal hakimiyyətə tabe olmaq fikrində deyil. Əslində, ABŞ konstitusiyasına görə, immiqrasiya məsələləri ayrı-ayrı ştatların deyil, federal hökumətin səlahiyyətindədir. Lakin həm ABŞ, həm də Texas qanunvericiliyinin xarici müdaxilələrlə bağlı maddəsinə görə, hər bir ştatın öz sərhəd təhlükəsizliyini müstəqil şəkildə təmin etmək hüququ var. Texas rəhbərliyi də məhz konstitusiyanın bu bəndini əsas gətirərək miqrantlara “xarici düşmən” kimi yanaşır. Abbottun fikrincə, ABŞ və Texas konstitusiyalarının işğalla bağlı bəndi ona sərhəd təhlükəsizliyini təmin etmək və immiqrasiya siyasəti ilə məşğul olmaq səlahiyyəti verir.
Ali Məhkəmənin tikanlı məftillərin sökülməsi qərarını pisləyən Texas qubernatoru öz çıxışında Bayden administrasiyanı kəskin tənqid edərkən: “Federal hökumət Vaşinqton və ştatlar arasında bağlanan müqaviləni pozur. Ştatların icra hakimiyyətinin bu qanunları həyata keçirməyə konstitiusion haqqı var, lakin federal hökumət qanunlara məhəl qoymaq istəmir. Bu yarıtmaz siyasətin nəticəsində ölkə ərazisi qeyri-qanuni miqrantlarla dolub-daşır”, - deməklə yaranan problemi göz önünə gətirməyə çalışıb.
Günə 9500 miqrant
ABŞ hökumətinin ötən həftə açıqladığı statistikaya görə, təkcə dekabr ayında ölkə sərhədini keçənlərin sayı bir gündə orta hesabla 9500 nəfərdən çox olub. Respublikaçılar vəziyyətin kritik olduğuna diqqət çəkərək, prezident Co Baydeni milli təhlükəsizlik üçün yaranan fəlakətin qarşısını ala bilməməkdə ittiham edirlər. Respublikaçılar Bayden hakimiyyətini ölkənin müdafiəsi kimi ciddi məsələyə məsuliyyətsiz, başısoyuq yanaşmaqda qınayırlar. Onların bu barədə konkret təklifləri də var: ABŞ sərhədlərinin hasarlanması, keçmiş prezident Donald Trampın miqrasiya ilə bağlı sərt qaydalarının yenidən tətbiqi.
İnsafən, vəziyyətin ciddiliyini prezident Bayden özü də etiraf edir. O, seçildiyi ilk aylarda sələfinin sərt immiqrasiya siyasətini yumşaltmaq üçün xeyli çaba göstərmişdi. Lakin son vəziyyət Baydeni miqrasiya siyasətinə yenidən baxmağa sövq edir. Xüsusilə seçkilər ərəfəsində Bayden immiqrasiya probleminə yenidən nəzər salmağın tərəfdarı olduğunu açıqlaylb. Prezident bildirib ki, hazırda Senatda müzakirəyə çıxarılan sərhəd sazişi mümkün olan “ən sərt və ədalətli” islahatları nəzərdə tutur. Əgər ikitərəfli dəstək olarsa, müzakirə edilən kompromis sərhədi bağlamaq üçün prezidentə yeni fövqəladə səlahiyyətlər verəcək. "Mənə bu səlahiyyətlər verilsəydi, qanun layihəsinin imzalandığı gün ondan istifadə edərdim", – deyə Bayden bildirib.
Mediaya ötürülən məlumata görə, Bayden və ətrafı ABŞ-Meksika sərhədini gün ərzində qanunsuz keçən miqrantların sayı 4 mini ötərsə, onları tez bir zamanda Meksikaya qaytarmaq səlahiyyətinə yiyələnməkdən danışır. Əgər miqrantların sayı sutkada 5000-i keçərsə, ABŞ hakimiyyət orqanlarının onları ölkədən çıxarma səlahiyyətindən istifadəsi məcburi olacaq. Mənbənin bildirdiyinə görə, ABŞ hələlik gündə ən azı 1400 miqrantın sığınacaq axtardığı qanuni sərhəd keçidlərindən ölkəyə keçməsinə icazə verəcək.
Baydenə təzyiqlər artır
Baydenin immiqrasiya siyasəti hüquq müdafiəçiləri, hətta Demokrat Partiyasının nümayəndələri tərəfindən də tənqid edilir. “Human Rights First” təşkilatının baş direktoru Robin Barnard ABŞ-da miqrantlarla bağlı vəziyyəti “məyusedici” adlandırıb: "Bizim prezident qanuni sığınacaq hüququndan istifadə etmək üçün cənub sərhədlərimizə gələn miqrantların həyatı ilə siyasi oyun oynadığını, onların taleyinə laqeyd yanaşdığını açıq nümayiş etdirir”.
Təşkilat rəhbəri daha sonra əlavə edib: “Əgər Bayden öz administrasiyasında təmsil olunan immiqrasiya ekspertlərini dinləsəydi, bu təkliflərin – sərhədlərin bağlanmasının, miqrantların ölkədən çıxarılmasının ədalətli olmadığını və özlərinin dediyi kimi “sərhəd təhlükəsizliyini” təmin etməyəcəyini bilərdi. Təəssüf ki, hökumət heç kimə qulaq asmadı. Əlbəttə, bu da görünməmiş xaosa və günahsız insanların əziyyət çəkməsinə səbəb olacaq”.
İş orasındadır ki, respublikaçılar da bu qanun layihəsinin müzakirəsindən narazıdırlar. Eks-prezident Donald Tramp ötən həftə etdiyi müraciətdə Senatı miqrantlarla bağlı məsələdə güzəştə getməməyə, qanunverici orqanı vaxtilə özünün tətbiq etdiyi sərt qaydalara qayıtmağa səsləyib. Nümayəndələr Palatasının spikeri Mayk Consonun sözlərinə görə, məlum qanun layihəsi hazırda ölü vəziyyətdədir. Lakin təklif olunan məhdudiyyətlər belə ABŞ sərhədlərini yarıb keçən qaçqın axınının qarşısını ala bilməyəcək.
Texas qubernatoru: “Sərhədi açmayacağıq”
Beləliklə, Birləşmiş Ştatlarda miqrasiya böhranının həlli dalana dirənib. Texas federal hökuməti saymır, məhkəmə qərarına məhəl qoymur, yaxınlarda digər ştatların da mərkəzi hakimiyyətə tabe olmayacağı ehtimalı artır. Təəssüf ki, Qubernator Abbottun sərhədi bağlaması miqrantların həyatı bahasına başa gəlir. Bu ayın əvvəlində əslən Meksikadan olan ana və onun iki uşağı sərhədi keçmələrinə imkan verilmədiyinə görə çayda boğulub ölüblər. Ailənin faciəsi ABŞ-ın Daxili Təhlükəsizlik Xidmətinin sözçüsü Lui Mirandanın kəskin reaksiyasına səbəb olub. Xidmət rəsmisi "Texas ştatının ABŞ sərhəd qanunlarını pozması təcili olaraq dayandırılmalıdır!" - deyə sərt bəyanat verib. Texas rəhbərliyi isə sərhədlərin açılmasına icazə verilməyəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxElm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28

