Korsika repressiyalara son qoyulmasını tələb edir
02.02.2024 [11:18]
Fransa hakimiyyəti beynəlxalq hüququ tapdayır
Xarici siyasət kursu fiaskoya uğrayan, neokolonialist siması ifşa edilən Fransanın daxilindəki problemlər də səngimir. İllərdir özünün fərqli maraqları ucbatından Cənubi Qafqaz da daxil olmaqla dünyanın bir neçə nöqtəsində separatizmin "möhkəmlənməsinə" çalışan, separatizmin "çiçəklənməsinə" maliyyə ayıran, hətta beynəlxalq hüququ tapdayaraq dövlət səviyyəsində separatizmi dəstəkləyən Fransa daxili arenada işğalçı və imperialist kimliyini "daha sərt" formada inkişaf etdirir. Özündən min kilometrlərlə uzaqlıqda koloniyalar saxlayan bu ölkə ən yaxınındakı Korsika xalqının ən adi haqqlarını belə tanımaqdan imtina edir. Bu isə zaman-zaman açıq qarşıdurmaya, vətəndaş çaxnaşmasına gətirib çıxarır.
Tələblər konkretləşir…
Bir neçə gündür ki, Korsikanın müstəqillik hərəkatı "Nazione"nin yüzə yaxın üzvü və tərəfdarı adanın Bastia kommunasında polis idarəsi qarşısında etiraz aksiyası keçirir. Tələb isə həbs edilən iki partiya fəalının azad edilməsidir. Bu barədə "Corse Matin" nəşrinin yazdığına görə, etirazlara Bastia bələdiyyəsinin üzvləri, o cümlədən bələdiyyə sədri Pyer Savelli, onun müavini Pol Tyeri və gender bərabərliyinə cavabdeh olan bələdiyyə müşaviri Lauda Guidiçelli də qatılıb.
Bundan əvvəl "Nazione" hərəkatı "Corse Matin"ə göndərdiyi press-relizdə həbs edilmiş iki üzvünə açıq dəstəyini ifadə etmişdi və nəşri Bastia polis idarəsi qarşısında aksiyaya çağırmışdı. “Biz liderlərimizin həbs edilməsini ən sərt şəkildə qınayırıq: qapılar sındırılıb, evlər dağıdılıb, atalar uşaqlarının gözü qarşısında yerə yıxaraq saxlanılıblar”, - press-relizdə deyiir.
"Patriotti"nin Facebook səhifəsində polisin fəallardan birinin evinə vəhşicəsinə daxil olaraq qapıları sındırdığını nümayiş etdirən fotolar yerləşdirilib. "Bu səhər "Naziona" hərəkatımızın Baş Assambleyasının təsis edilməsinə Fransa dövləti təxribatla cavab verdi. Bu həbslər Fransanın öz xalqı uğrunda mübarizə aparan korsikalılara qarşı 254 illik repressiyasının bir hissəsidir. “Nazione” təxribatlara cavab verəcək!", – nəşr yazır. Qeyd edək ki, Bastia kommunasındakı etiraz aksiyası zamanı nümayişçilər yeni hərəkata qarşı aqressiv həbs və repressiya üsullarını pisləyiblər.
Aksiyada iştirak edən “Nazione” hərəkatının ərazi şurasının üzvü Jozefa Cakometti Piredda fəalların həbsini qınayıb. “Təhdid və təxribatlar qəbuledilməzdir. Lakin onlar öz məqsədlərinə nail ola bilmədilər. Biz sakit və qərarlıyıq”, - Piredda bildirib. Öz növbəsində Korsika İşçiləri İttifaqı (Sindicatu di i Travagliadori Corsi - STC) də "Nazione" hərəkatını dəstəklədiyini bəyan edib: “Paris repressiyaların səviyyəsini artırmaqla Korsikadakı ab-havanı zəiflətmək istəyir. Ölkəmizdə davamlı sülhün bərqərar olması üçün bu çirkin manipulyasiyalara dərhal son qoyulmalıdır”.
"Nazinone" əsas siyasi güc qismində…
Xatırladaq ki, Korsikanın apardığı azadlıq mübarizəsi 1988-ci ildən başlayaraq daha aktual şəkildə davam edir. Bu prosesin ən ön sıralarında yer tutan "Nazinone" hərəkatı isə partiya kimi özünü ilk dəfə 1992-ci ildə tanıdıb. Həmin il partiya Korsika Assambleyasında yerlər üçün səslərin 20%-ni toplayaraq seçkilərdə uğur qazanıb. Uzun illərə söykənən mübarizə dövründə isə partiya daha da gücləndi. 2004-cü ildə partiya lideri Jean-Guy Talamoni "Unita Naziunale" lideri Dr. Edmond Simeoni ilə birləşərək Korsikada 9 millətçi partiya arasında koalisiya yaratdı. Partiya 2009-cu ildə Korsika Libera (Azad Korsika Partiyası) ilə birləşdi.
Fransa hakimiyyətinin diskriminasya siyasətinə qarşı mübarizə…
Qeyd edək ki, son illərdə proses daha da şiddətlənib. Xüsusilə, Fransada 2017-ci ilin dekabrında keçirilən regional seçkilərdə millətçilər qələbə qazanmasından sonra vəziyyət barışmaz hal alıb. Korsikalılar Fransa hakimiyyətinin zülmünə və diskriminasiyasına qarşı açıq kontekstdə çıxış edirlər. 2017-ci ildən Korsika məsələsi ilə əlaqədar danışıqların yenidən aktiv fazaya keçməsi müşahidə edilirdi - millətçi kəsim ilk növbədə Fransa hakimiyyətinin qarşısına konkret bir tələb qoymuşdu: Korsika dilinə Fransız dili ilə eyni statusun verilməsi çağırışına görə siyasi məhbusa çevrilmiş fəalların azadlığa buraxılması. İqtidarın cavabı isə konkret oldu: “Yox!”. Korsikalıların mübarizəsinin ön sıralarında olan İvan Kolonnanın öldürülməsinə görə iki həftə davam edən kütləvi iğtişaşlarda təxminən 70 nəfərin xəsarət alması, polisin etirazçılara qarşı güc tətbiq etməsi isə korsikalıların daha kəskin mövqe tutmasına zəmin yaratdı. İndi isə tələblər daha sərt ifadə olunur, üslub və ritorika dəyişikliyi müşahidə edilir. Fransanın ən yoxsul bölgəsi olan Korsikanın əhalisi müstəqillik verilməsi və ya muxtariyyətin genişləndirilməsi, siyasi məhbuslara amnistiya verilməsini tələb edir. Tələblər sırasına Fransa konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması, “Korsika dili”nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması, Korsikada yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsi də daxildir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxElm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28

