Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Aİ Tbilisiyə nə cavab verəcək?

Aİ Tbilisiyə nə cavab verəcək?

20.02.2024 [10:35]

Kobaxidzenin Brüssel səfəri inteqrasiyanı tezləşdirməyə xidmət edir

Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda yaxın qonşuluq münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Artan iqtisadi imkanlar, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası ölkəmizin qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərməkdədir. Bu mənada respublikamızın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi yer tutur. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rolu oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Şübhə yoxdur ki, bu əməkdaşlıq Gürcüstanda yeni formalaşan hakimiyyətlə müsbət əlaqələrdə də özünü göstərir. Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, Ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu günlərdə isə Kobaxidze Brüsselə səfər gedib. Səfər çərçivəsində baş nazirin Gürcüstan-Aİ Assosiasiya Şurasının 8-ci iclasında iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, son dövrlərdə müzakirə predmeti olan Gürcüstanın Qərbə inteqrasiyası məsələsi indiki halda necə inkişaf edə bilər?

Bununla bağlı “Yeni Azərbaycan”a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında mühüm əlaqələr mövcuddur, münasibətlər yüksək səviyyədə davam edir və hər hansı bir fərqli situasiya nəzərə çarpmır: “Baş nazir Kobaxidzenin Brüsselə səfəri son günlərin ən aktual məsələlərindən biridir. Səfərin baştutma səbəbləri özlüyündə anlaşılandır. Gürcüstan Aİ və NATO ilə münasibətləri dərinləşdirməyə çalışır. Bu əslində, Gürcüstanın uzun müddətdir davam edən dövlət strategiyası xəttidir. Maraqlıdır ki, Gürcüstan son dövrlərdə inteqrasiya məsələsində var gücünü səfərbər etməyə çalışsa da, Qərb təşkilatları Tbilisini manipulyasiya etməklə yubandırır. Bu yolla bir növ həm də onun Qərb təşkilatlarına inteqrasiyasının qarşısı alınır. Gürcüstanda bu gün Aİ-nin bayraqları dalğalansa da, faktiki olaraq Aİ bu ölkə ilə məsafə saxlayır və onu bəlli müəyyən mərhələdən sonra Qərb təşkilatlarına addım atmağa qoymur. Gürcüstan baş nazirinin Brüsselə səfəri çərçivəsində Avropa İttifaqına üzvlüyü məsələsi ətrafında danışıqların növbəti raundu həyata keçiriləcək. Güman etmirəm ki, bu məsələ tezliklə öz həllini tapsın. İndiki mərhələdə Aİ-nin Gürcüstanı öz sıralarına daxil etmək üçün hansısa ciddi addım atacağını düşünmürəm”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

AYAN

Paylaş:
Baxılıb: 282 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ərzurumun xilaskarı

22 May 11:05  

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31