“Bujival” razılaşmasına qarşı “Kanaki sazişi”...
11.02.2026 [10:35]
Kanakinin (Yeni Kaledoniya) aparıcı müstəqillik tərəfdarı koalisiyası FLNKS (Front de Liberation Nationale Kanak et Socialiste) ictimaiyyətə Kanakinin Fransadan tam müstəqilliyini tələb edən “Kanaki sazişi” adlı sənəd təqdim edib. Bununla bağlı Bakı Təşəbbüs Qrupunun bəyanatında qeyd olunub ki, “Kanaki sazişi” Fransanın təşəbbüsü ilə hazırlanmış və Kanakinin siyasi gələcəyini uzun illərdir davam edən müstəmləkəçi status-kvo çərçivəsində saxlamağı hədəfləyən “Bujival sazişi”nə cavab olaraq, Fransanın Kanaki xalqının öz müqəddəratını təyinetmə hüququnun məhdudlaşdırılmasını tənqid edən siyasi cavab kimi çıxış edir. Saziş, həm də Kanakidə uzun illərdir davam edən müstəmləkəçi idarəetmə modelinin və institutsional asılılıq vəziyyətinin qorunub saxlanılmasına qarşı açıq və prinsipial mövqeni ifadə edir.
“Kanaki sazişi” müstəqilliyi ehtiva edir
Qeyd edək ki, “Kanaki sazişi” 2025-ci il aprelin 26-da FLNKS tərəfindən Kanakidə təşkil edilmiş konqres çərçivəsində qəbul edilib. Həmin konqres zamanı, Fransada həbsdə olan hərəkat lideri Kristian Tein iştirakçıların diqqətinə çatdırmışdı ki, müstəqilliyin müəyyən edilməsi yalnız konkret tarix və aydın siyasi yol xəritəsi əsasında həyata keçirilməlidir. Sazişdə gələcək Kanaki dövlətinin dünyəvi, demokratik və suveren respublika kimi formalaşdırılması nəzərdə tutulur. Sənəd konstitusiya aktının hazırlanması və referendum yolu ilə təsdiqlənməsi prosedurunu özündə ehtiva edir, eyni zamanda, mövcud institutların keçid dövründə müvəqqəti idarəetmə mexanizmi kimi saxlanılmasını nəzərdə tutur. FLNKS hesab edir ki, Fransa, Kanakinin 2027-ci ilə qədər müstəqilliyə aparan geri dönməz prosesi qəbul etmədiyi müddətdə, mövcud institutlar üzərindən aparılan dialoqlar və siyasi mexanizmlər real həll yolu rolunu oynaya bilməz. Sənəd, Fransanın təşəbbüskarlığı ilə hazırlanan “Bujival sazişi”nə qarşı siyasi cavab olaraq, uzun illər boyunca Kanakidə qorunub saxlanılan müstəmləkəçi status-kvonun dəyişdirilməsinin zəruriliyini vurğulayır.
Xatırladaq ki, “Bujival sazişi” “Fransanın Kanakidə kolonial idarəçiliyini yenilənmiş status”u, “geniş muxtariyyət” və oxşar anlayışlar çərçivəsində davam etdirməsinə xidmət edir. “Bujival” razılaşması 2025-ci ilin 12 iyul tarixində Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Kanaki (Yeni Kaledoniya) siyasi qüvvələri arasında imzalanmış razılaşmadır. Bu sənəd Yeni Kaledoniyanın statusu ilə bağlı yeni siyasi çərçivəni müəyyən edir və ərazinin Fransanın tərkibində qalması şərti ilə “Yeni Kaledoniya dövləti” kimi xüsusi statuslu muxtar qurum kimi tanınmasını nəzərdə tutur. Razılaşmaya əsasən, Kanaki sakinləri həm fransız, həm də yeni yaradılacaq “Kaledoniya vətəndaşlığı”na malik olacaqlar. Bundan əlavə, sənəd dövlətin suverenlik hüququnun mərhələli şəkildə genişləndirilməsi, xüsusilə müdafiə, təhlükəsizlik və digər sahələrdə dövlət səlahiyyətlərinin tam ötürülməsi kimi məsələləri ehtiva edir. Bununla yanaşı, razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ildə Yeni Kaledoniyada keçirilməsi nəzərdə tutulan referendumun müsbət nəticəsi vacib şərtdir.
Dekolonizasiya prosesi yekunlaşmayıb
Yeri gəlmişkən, bir müddət öncə Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FİD) də “Bujival” razılaşmasından əvvəlki 1988-ci ildə imzalanmış Numea razılaşmasına diqqət çəkərək qeyd edib ki, bu saziş yerli Kanaki xalqına özünüidarə və siyasi iştiraka dair ilkin hüquqi əsasları yaradaraq, gələcəkdə müstəqillik əldə etmək imkanlarının formalaşmasına zəmin yaradıb. Lakin 2024-cü ilin may ayında Fransanın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi zorakılıq aktları nəticəsində azadlıq hüququnu tələb edən Kanaki xalqı ciddi təzyiqlərə məruz qalıb, bununla yanaşı, 14 mülki şəxs həyatını itirib. Bu faciəli hadisələr və sonrakı siyasi proseslər göstərir ki, mövcud vəziyyət nə dayanıqlı sülhün təmin olunmasına, nə də Kanaki xalqının öz suverenliyinin tam şəkildə tanınmasına gətirib çıxarmayıb. Beləliklə, dekolonizasiya prosesi hələ də yekunlaşmayıb və tam reallaşmayıb.
FİD xüsusi olaraq “Bujival” razılaşmasında əks olunan “paylaşılmış suverenlik” nəzəriyyəsinin, habelə “ikili vətəndaşlıq” anlayışının Kanaki xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etmək baxımından yetərli olmadığını bir daha vurğulayıb. Kanaki xalqının ayrılmaz və suveren hüququ hesab edilən öz müqəddəratını təyinetmə hüququnun həm Fransanın öz Konstitusiyasında, həm də beynəlxalq hüququn fundamental sənədi sayılan BMT-nin 1514 (XV) saylı qətnaməsində tam şəkildə hüquqi təminat verildiyini diqqətə çatdırır.
“Kanaki sazişi” də hazırkı mövcud status-kvonun açıq şəkildə ləğvini və Kanaki xalqının tam siyasi suverenliyinin əldə olunmasını əsas hədəf kimi müəyyənləşdirir. Müstəqilliyi qeyri-müəyyən və uzunmüddətli, perspektivi olmayan siyasi prosesə çevirirən “Bujival sazişi”nin əksinə olaraq “Kanaki sazişi” konkret tarix, geri dönməz yol xəritəsi və beynəlxalq səviyyədə, xüsusilə BMT çərçivəsində təminat tələb edir.
Sənəd Fransa ilə Kanaki arasında münasibətlərin müstəqillik əldə edildikdən sonra, iki bərabərhüquqlu suveren dövlət arasında qurula biləcəyini ilk dəfə açıq şəkildə bəyan edir. Muxtariyyət və ortaq suverenlik kimi anlayışlar isə neokolonializm formaları kimi qətiyyətlə rədd edilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

