Naxçıvana qarşı hücum: Regionda gərginliyi artıran təhlükəli addımdır.
06.03.2026 [16:05]
Martın 5-də Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən pilotsuz uçuş aparatları ilə hücum Azərbaycan cəmiyyətində ciddi narahatlıq və qəzəb doğuran hadisə kimi yadda qaldı. Günorta saatlarında baş verən bu insident nəticəsində Muxtar Respublikanın bir sıra mülki obyektləri zərər gördü, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanının ərazisi, terminal binası və digər mülki infrastrukturlar zərbə aldı. Hadisə nəticəsində yaralanan şəxslərin olması da bu hücumun nə qədər təhlükəli və qəbuledilməz olduğunu bir daha göstərdi. Mülki obyektlərin və insanların hədəfə alınması beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olmaqla yanaşı, regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaradır.
Azərbaycan dövləti bu hadisəyə dərhal və qəti reaksiya verdi. Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən yayılan rəsmi bəyanatlarda hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğu vurğulandı və bu cür addımların regionda gərginliyin artmasına xidmət etdiyi bildirildi. İran tərəfinin baş vermiş hadisə ilə bağlı operativ izahat verməsi və məsul şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması tələb olundu. Bununla yanaşı, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək ona rəsmi etiraz bildirildi və diplomatik nota təqdim edildi.
Baş vermiş hadisə ölkə rəhbərliyi səviyyəsində də ciddi şəkildə müzakirə olundu. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Naxçıvana qarşı edilən hücum sərt şəkildə pisləndi və bu addımın arxasında duran qüvvələrin müəyyən edilərək məsuliyyətə cəlb olunmasının vacibliyi vurğulandı. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, belə bir hücum heç bir halda qəbul edilə bilməz və İran rəsmiləri baş verənlərlə bağlı aydın mövqe ortaya qoymalı, rəsmi izahat verməli və üzr istəməlidirlər.
Son illərdə baş verən hadisələr də göstərir ki, iki ölkə arasında münasibətlər bəzən gərgin mərhələlərdən keçib. Xüsusilə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücum bütün ölkə ictimaiyyətində dərin narahatlıq yaratmışdı. Həmin hadisə nəticəsində Azərbaycan vətəndaşı həyatını itirmiş, bir neçə nəfər yaralanmışdı.
Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisi heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq və ölkəmiz regionda sabitlik və əməkdaşlığın tərəfdarıdır. Rəsmi Bakı hər zaman qonşu ölkələrlə qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin inkişaf etdirilməsini prioritet hesab edib.
Bununla yanaşı, Azərbaycan rəhbərliyi dəfələrlə humanist və konstruktiv mövqe nümayiş etdirib. Regionda gərginliklərin artdığı dövrlərdə belə Azərbaycan qonşularına qarşı düşmənçilik siyasəti yürütmədiyini açıq şəkildə bəyan edib. Son hadisələrdən əvvəl də ölkə rəhbərliyi tərəfindən İranla münasibətlərdə qarşılıqlı hörmət və əməkdaşlığın vacibliyi ifadə olunmuşdu.
Naxçıvana qarşı həyata keçirilən hücum isə göstərdi ki, regionda sabitliyin qorunması üçün bütün tərəflər daha məsuliyyətli davranmalı və təxribat xarakterli addımlardan çəkinməlidir. Azərbaycanın mövqeyi aydındır: ölkəmizin suverenliyi və ərazi bütövlüyü hər zaman qorunacaq və istənilən təhdidə adekvat cavab veriləcək.
Azərbaycan artıq əvvəlki illərlə müqayisədə daha güclü dövlətə çevrilib. Güclü iqtisadi potensial, modernləşdirilmiş ordu və milli birlik ölkəmizin təhlükəsizliyinin əsas təminatıdır. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycan öz təhlükəsizliyini təmin etmək və milli maraqlarını qorumaq üçün bütün imkanlara malikdir.
Naxçıvana qarşı edilən bu hücum bir daha göstərdi ki, regionda sabitliyin qorunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməlidir. Azərbaycan isə hər zaman olduğu kimi, sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olaraq qalır. Lakin eyni zamanda ölkəmiz öz təhlükəsizliyinə və vətəndaşlarının həyatına yönələn istənilən təhdidə qarşı qətiyyətli mövqe nümayiş etdirməkdə qərarlıdır.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

