Xudafərindən Naxçıvana, yaxud siyasi mənfəəti dini dəyərlərdən üstün tutan rejim
07.03.2026 [11:16]
“Yeni geostrateji konfiqurasiyadan kənarda qalaraq bölgədə autsayder vəziyyətinə düşən İran siyasi isterikadadır. Belə olmasaydı, mehriban qonşuluq prinsipi əsasında daim xoş niyyət göstərərək dostluq əlini uzadan, mütəmadi şəkildə siyasi jestlərlə etimad mühiti formalaşdırmağa çalışan Azərbaycana qarşı terror - təxribat xarakterli hücuma cəhd göstərməzdi”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli deyib.
Onun sözlərinə görə, tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan İranla münasibətlərdə tamamilə yeni bir səhifə açmaq niyyətində idi: “Xüsusilə də, qələbədən dərhal sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırmasını rəsmi Tehran ona uzadılan dost əli kimi qiymətləndirməliydi. Amma bu ölkə Azərbaycanın sərhəd təhlükəsizliyini təmin etməsindən narahatlıq duyaraq bunu İranın “qırmızı xətti” kimi dəyərləndirməklə, sərhədlərimizin yaxınlığında hərbi təlimlər keçirməklə, necə deyərlər, körpüləri yandırdı. Bundan sonra bir-birinin ardınca yeni istehsalına başladıqları PUA-larla məğlub Ermənistan ordusunu silahlandırmaları, Qafanda tələm-tələsik konsulluq açmaları, Tehranla İrəvan arasında qardaşlaşma müqaviləsinin imzalanması və İran mediasında Azərbaycan əleyhinə aparılan qara piar kampaniyasının şiddətlənməsi reallıqların nədən ibarət olduğunu göstərdi. Nəhayət, bu dövlətin müsəlmanlara qarşı misli görünməmiş terror aktları, soyqırımı törətmiş ermənilərə qucaq açması İranın adında daşıdığı İslamla heç bir əlaqəsi olmadığını, dindən siyasi maraqları təmin etmək üçün riyakarcasına istifadə etdiyini göstərir. Bəli, görünən dağa bələdçi lazım deyil: fars rejimi üçün siyasi mənfəət dini dəyərlərdən üstündür”.
Şöbə müdiri vurğulayıb ki, bir müddət əvvəl hansısa əyalət mollasını ölkənin danışan dilinə çevirərək Azərbaycana qarşı iftiralar səsləndirilməsi siyasi acizliyin və miskinliyin pik həddi olmaqla heç də dövlətçilik ənənələrindən, strateji diplomatiyadan və böyük siyasətdən xəbər vermirdi: “Bu gün isə Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə hücum aktları birmənalı şəkildə regionda gərginliyin artmasına hədəflənən hərbi-siyasi sabotajdır. Bu, böhran vəziyyətindəki Tehranın dövlət ərkanı və ağlına malik olmadığını təsdiqləyir. Heç şübhəsiz, isterika və geosiyasi təcrid vəziyyətində olan, sanksiya əsirinə çevrilmiş İranın dağıdıcı mövqeyi və qeyri-adekvat siyasəti regionda reallıqları dəyişə, proseslərə yön verə bilməz. Tehran bu reallığı nə qədər tez dərk etsə, bir o qədər özü üçün faydalı olar. Əks halda, bumeranq effekti, yaxud yeni geosiyasi zəlzələlər İranın ciddi dağıntılar altında qalmasına səbəb ola bilər. Hər halda, düşünmək vaxtıdır. Amma təkcə düşünmək yetməz. Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir: terror-təxribat xarakterli hücuma görə üzr istənilməli, izahat verilməli və cinayətkarlar cəzalandırılmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

