/ / Hacıqabulda "Xanəgahın daş yaddaşı – Milli memarlıq irsinin izində" adlı regional tədbir keçirildi
Hacıqabulda "Xanəgahın daş yaddaşı – Milli memarlıq irsinin izində" adlı regional tədbir keçirildi
24.04.2026 [18:36]
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon və Şirvan şəhər təşkilatlarının birgə təşkilatçılığı, Hacıqabul rayon İcra Hakimiyyəti və Hacıqabul rayon Mədəniyyət Mərkəzinin dəstəyi, “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun ev sahibliyi ilə "Xanəgahın daş yaddaşı – Milli memarlıq irsinin izində" adlı regional tədbir keçirildi.
İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətən torpaqları uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçıları ölkəmizin nadir memarlıq incilərindən olan “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunu ziyarət etdilər.
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması bu sahədə tarixi ənənələrin yaşadılmasına və mütərəqqi yanaşmaların tətbiqinə çağırışdır. Bu gün biz yalnız bir tarixi məkanı ziyarət etmirik, biz Azərbaycanın orta əsr memarlıq dühasının canlı şahidi ilə təmasdayıq. Hacıqabul rayonu ərazisində, Pirsaat çayı sahilində ucalan Pir Hüseyn xanəgahı, Şirvan-Abşeron memarlıq məktəbinin ən nadir incilərindən biridir. Pir Hüseyn xanəgahı sadəcə bir dini kompleks deyil, o dövrün şəhərsalma mədəniyyətinin mühüm mərkəzi olmuşdur. Kompleksin quruluşu - məscid, minarə, ziyarətgah və kərvansara tipli tikililərin vəhdəti - əcdadlarımızın funksionallıqla estetikani necə məharətlə birləşdirdiyini göstərir. Xüsusilə, xanəgahın kaşı bəzəkləri və kitabələri orta əsr bədii memarlığının zirvəsidir.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək bildirdi ki, dövlətimiz tərəfindən elan olunan bu xüsusi il çərçivəsində qarşımızda duran əsas məqsəd tarixi abidələrimizi sadəcə qorumaq deyil, həm də onları müasir şəhər mühitinə inteqrasiya etdirməkdir. "Şəhərsalma və Memarlıq İli" bizdən keçmişin ruhunu saxlayaraq gələcəyin "Ağıllı şəhərlərini" qurmağı tələb edir. Xanəgahın qala divarları bizə təhlükəsizliyi, daxili həyəti isə sosial birliyi simvolizə edir. Güclü dövlətimiz və müasir memarlarımız bu prinsipləri rəqəmsal texnologiyalarla birləşdirərək yeni Azərbaycanın simasını doğma Qarabağımızda yaradırlar, mənfur düşmənin viran qoyduğu müqəddəs Qarabağımızda “Ağıllı kəndlər”, “Ağıllı şəhərlər” inşa edirlər.
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun direktoru Məhərrəm Müslümov çıxış edərək qeyd etdilər ki, Azərbaycan şəhərləri qlobal şəhərsalma modellərindən bəhrələnsə də, öz tarixi, mədəni və coğrafi xüsusiyyətlərini qoruyaraq inkişaf yolunu davam etdirir. Məhz bu inkişafın ardıcıl və sistemli şəkildə davam etdirilməsi məqsədilə Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib. Bu, təbii ki, xüsusi əhəmiyyət daşıyır və şəhər mühitinin daha planlı qurulmasına, memarlıq irsinin qorunmasına əlavə imkanlar açacaq, daha geniş şərait yaradacaq.
Tarixi ekskursiya muğam sədaları altında və milli çay süfrəsi ətrafında səmimi söhbətlə davam etdirildi.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

