Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi keçirilib
08.05.2026 [16:22]
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş fotosərgi və tədbir təşkil edilib. "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və səhiyyə” adlanan sərgidə Ulu Öndər Heydər Əliyevin səhiyyə və tibb müəssisələrinə ziyarətlərini, səhiyyə işçiləri ilə görüşlərini əks etdirən 50-yə yaxın foto nümayiş olunub.
İSİM-in direktoru Səbinə Babazadə açılış nitqi ilə çıxış edərək bildirib ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatlar aparılıb, xəstəliklərin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlanıb. O, Heydər Əliyevin rəhbərliyi dövründə səhiyyənin müasir tələblər səviyyəsində yenilənməsinə və əhalinin sağlamlığının qorunmasına xidmət edən 15-dən çox qanun qəbul olunduğunu və bu qanunların hər birinin ölkəmizdə səhiyyə sisteminin inkişafında müstəsna rol oynadığını vurğulayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təşəkkülü, xilası və inkişafı prosesindəki əvəzsiz xidmətlərindən söz açıb. Natiq vurğulayıb ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas edilərək dinamik yüksəliş yoluna qədəm qoyub. O, Heydər Əliyevin siyasi irsinin əsl dövlət idarəçiliyi məktəbinə çevrildiyini və bu irsin gələcək nəsillər üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Ulu Öndərin zəngin irsinin xalqımızın tarixində dərin izlər buraxdığını bildirib. O, dahi rəhbərin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı əvəzsiz rolundan söz açaraq, sənət adamlarına göstərdiyi xüsusi qayğını vurğulayıb. Baba Vəziroğlunun Ulu Öndərlə birlikdə Şuşada Vaqif türbəsinin açılışında iştirakı ilə bağlı xatirələri maraqla qarşılanıb, “Sən elə bir zirvəsən!..” nəğməsinin yaranma tarixçəsi və səsləndirdiyi “Cənab Ali Baş Komandan” şeiri iştirakçıları duyğulandırıb.
Əməkdar jurnalist, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs çıxış edərək, Ulu Öndərin gənc nəslin yaradıcılığına hər zaman böyük həssaslıqla yanaşdığını vurğulayıb. Natiq xüsusi olaraq qeyd edib ki, müstəqilliyimizin ağır sınaqlardan keçdiyi illərdə Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarının nəşrinin dayandırılmaması, onların birbaşa dövlət himayəsinə götürülməsi məhz Heydər Əliyevin ədəbiyyata verdiyi qiymətin və qətiyyətli iradəsinin nəticəsi idi.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olan İSİM əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

