Könüllülük: gənclərin inkişaf məktəbi
20.06.2026 [09:58]
Müasir dövrdə könüllülük əhatə dairəsi getdikcə genişlənən mühüm ictimai fəaliyyət istiqamətlərindən birinə çevrilib. Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da könüllülük hərəkatı son illərdə sürətlə inkişaf edərək gənclərin ictimai fəallığının artırılmasında mühüm rol oynayır. Müxtəlif sosial, mədəni, humanitar və ekoloji layihələrdə iştirak edən könüllülər həm cəmiyyətə fayda verir, həm də şəxsi inkişaf imkanları qazanırlar.
Azərbaycanda könüllülük hərəkatının inkişafı dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin mühüm istiqamətlərindən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər İli” elan olunub. Bu addım könüllülük fəaliyyətinin cəmiyyət həyatındakı əhəmiyyətinin və gənclərin inkişafındakı rolunun dövlət səviyyəsində yüksək qiymətləndirildiyinin təsdiqidir.
Bu gün minlərlə gənc müxtəlif dövlət qurumlarında, beynəlxalq tədbirlərdə, forumlarda, sosial layihələrdə və xeyriyyə aksiyalarında könüllü kimi iştirak edir. Bu fəaliyyət onların təşkilatçılıq, liderlik, komanda ilə işləmək və ünsiyyət bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Bu bacarıqlar isə gənclərə gələcək karyera yolunda üstünlüklər qazandırır və rəqabətdə onları önə çıxarır. Əksər hallarda işəgötürənlər könüllülük təcrübəsini namizədin aktivliyinin və sosial məsuliyyətinin göstəricisi kimi qiymətləndirirlər.
Könüllülük eyni zamanda cəmiyyətdə həmrəylik və sosial məsuliyyət hissinin güclənməsinə xidmət edir. İnsanlar bu fəaliyyət vasitəsilə müxtəlif sosial problemlərlə yaxından tanış olur və onların həllinə töhfə verməyə çalışırlar. Bu isə daha fəal və məsuliyyətli vətəndaş cəmiyyətinin formalaşmasına şərait yaradır. Prezident İlham Əliyev Azərbaycan könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciətində qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlayan könüllülük hərəkatı milli-mənəvi dəyərlərə bağlılığın və Vətənə xidmətin nümunəsinə çevrilib. Bu fikir könüllülüyün təkcə ictimai fəaliyyət deyil, həm də vətəndaş məsuliyyəti və dövlətə xidmət məktəbi olduğunu bir daha göstərir. Nəticə etibarilə, könüllülük gənclərin həm şəxsi, həm də peşəkar inkişafına xidmət edən, eyni zamanda cəmiyyətə mühüm töhfələr verən bir fəaliyyətdir. Ona görə də könüllülüyə vaxt itkisi kimi deyil, gələcəyə yatırılan dəyərli investisiya kimi baxmaq daha doğru olardı.
Fidan Cəfərova,
Bakı Dövlət Universitetinin tələbəsi
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

