/ / Nissan Frankfurt 2015 Avtomobil sərgisində krossover dizaynında, elektrik avtomobili performansında və yüngül kommersiya avtomobillərinin keyfiyyətində yeni eranın başlanğıcını qoyur
Nissan Frankfurt 2015 Avtomobil sərgisində krossover dizaynında, elektrik avtomobili performansında və yüngül kommersiya avtomobillərinin keyfiyyətində yeni eranın başlanğıcını qoyur
04.11.2015 [14:35]
Valehedici Gripz Konsepti Krossover dizaynını yeni səviyyəyə qaldırır
· Yeni və gənc nəsil üçün kompakt krossoverin yeni növüdür;
· “Radikal” dizayn konseptinə görə həyəcanlandırıcı və son dərəcə cəsur hisslərlə doludur;
· Seriyanın “Pure Drive” E-Power hibrid güc qurğusuna əsaslanan Elektrik Avtomobili texnologiyası ilə təchiz edilmişdir;
· Nissanın “emosional həndəsəyə malik” dizayn dilini təqdim edir.
Nissanın qabaqcıl dizaynı və innovasiyası brendin ənənəyə qarşı çıxmaqda və hər bir səviyyədə həyəcan yaratmaqda özünəməxsus imkanını sərgiləyən stend displeyi ilə 66-cı Frankfurt Avtomobil Sərgisinin əsas xəbər başlıqlarına çevrilmişdir. Nissan, məşhur EA seriyasında yeni möhətəşəm ideyaları və innovativ yenilikləri ilə, sənayedə ən innovativ və uzaqgörən brendlərdən biri olaraq öz statusunu bir daha təsdiq edir.
İnnovasiya ilə dolu və möhtəşəm yeni dizayn dilini təqdim edən Nissan Gripz Konsepti, Nissanın Frankfurt 2015 Avtomobil sərgisində iştirakının əsas yadda qalan məqamı olmuşdur. Avropa və Yaponiyadakı komandalar tərəfindən düşünülmüş və layihələndirilmiş Nissan Gripz konsepti Krossover dizaynının gələcəyinə cəlbedici baxış təqdim edir.
“İdman üslublu yol savaşçısı” olaraq yaradılmış Nissan Gripz konsepti kompakt Krossoverin istifadədə asanlığını və gücünü ənənəvi idman avtomobilinə xas performansı, həyəcanı və sürücü aktivliyini özündə birləşdirir. Bu unikal birləşmə Gripz avtomobilinə gündən-günə təkmilləşmə və çevikliyin lazım olanda daha cəsur yolları tutmaq bacarığı ilə mükəmməl qarışığı təşkil edən ikili şəxsiyyət verir.
Nissan Gripz konsepti təkcə brendin dizayna qarşı “hüdudsuz” yanaşmasını deyil, həmçinin Nissanın texniki imkanlarını da göstərir. Nissan Gripz brendin ən çox satılan elektrik avtomobili modelləri üzrə işlənib hazırlanmış texnologiyalara əsaslanan prototip hibrid sisteminin debütüdür.
"Nissan “kompakt krossover” ideyasının təşəbbüskarıdır və. digər istehsalçılar boşluğu doldurmağa çalışdıqca, bu ideya Qashqai və Juke modellərinin populyarlığını inanılmaz dərəcə artırır və Nissanın bazar seqmentinin genişlənməsini təmin edir."
"Nissan Gripz konsepti bu iki ikonik avtomobilin yerini tutmasa da, bu avtomobil kompakt krossoverin nail ola biləcəyi ekstremal səviyyələri göstərir” deyə böyük vitse-prezident və yaradıcılıq işləri üzrə baş direktor Shiro Nakamura bildirmişdir.
Londondakı Nissan Dizayn Avropa ilə Yaponiyadakı Nissan Qlobal Dizayn Mərkəzi arasındakı əməkdaşlıq vasitəsilə yaradılmış Nissan Gripz konseptinin eksteryeri “emosional həndəsəyə malik” ban konsepti ilə istiqamətləndirilir ki, bu da dinamik, gərgin, lakin eyni zamanda kəskin kənarlı səthi ilə güclü kontrastı əks etdirir.
Nissan-ın Elektrik Avtomobili bazarındakı liderliyi və innovasiyası Frankfurtda irəliyə doğru daha bir mühüm addım atır, belə ki, LEAF avtomobili üçün 26 faiz artımla 250 km-ə qədər sürüş məsafəsini təmin edən yeni akkumulyatorun buraxıldığı elan edilmişdir. Sektorda ilk olan yeni 30 kVt/saatlıq akkumulyator LEAF-in yeni 2016-cı il buraxılışının əsasını təşkil edir ki, bu da Frankfurt avtomobil sərgisində özünün qlobal debütünü etmişdir. Dəyişdirilmiş daxili kimyəvi tərkibi və ya elektrod materialları sayəsində yeni akkumulyator Nissan LEAF-in sürücülük və sahiblik təcrübəsini kökündən dəyişir və bütün dünyada ən çox imkanları olan, praktik və sərfəli elektrik avtomobili olaraq öz yerini möhkəmləndirir.
Frankfurt 2015 həmçinin tam yeni NP300 Navara avtomobilinin debütünə şahid olmuşdur. Nissan-ın məşhur krossover fəlsəfəsindən irəli gələrək yenidən layihələndirilmiş NP300 Navara avtomobili sənayedəki ən qabaqcıl layihələndirmə və mühəndislik xüsusiyyətləri ilə birgə, pikap sektorundakı səkkiz illik təcrübə əsasında qurulmuşdur. Əsasını yeni texnologiya, inamlı dizayn və ağıllı mühəndisliyin təşkil etdiyi yeni NP300 Navara avtomobili bütün əsas sahələrdə yeni standartlar müəyyən edir. Yenidən tərtib edilmiş interyeri sayəsində komfort səviyyələri əhəmiyyətli dərəcədə artırılmış, yeni yüngül çəkili çox-hissəli arxa asqı sistemi isə sürüş keyfiyyətini köklü surətdə dəyişdirmişdir.
Brend artdıqca, Nissanın Frankfurt avtomobil sərgisində iştirakı da davam edir. Nissan rekord sayda satışları və hər iki əsas sektorda artan tələbatı ilə, həm elektrik avtomobili həm də krossover bazarlarında öz üstünlüyünü möhkəmləndirir.
2014-cü ilin əvvəlindən Nissan bütün dünyada doqquz yeni model buraxmışdır və brendin diqqəti yeni seqmentlərə və sürətlə artan bazarlara yönəltməsi sayəsində Avropadakı satışlar artmağa davam edir. 2015-ci ilin ilk səkkiz ayında Nissan 501,150* ədəd avtomobil satmışdır, bu rəqəm 2014-cü ilin eyni dövrü ilə müqayisədə doqquz faiz artım deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

