“Alov Qoruyanlar”
15.05.2015 [09:54]
Ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri başa çatmaq üzrədir. Hər gün gözümüz qarşısında baş verən yeniliklər isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır. Təbii ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstəricisidir. Yarışların Bakıda keçirilməsi həm də müxtəlif aspektlərdən mühüm əhəmiyyət daşıyır. Bu aspektlərdən biri də bu hadisənin tarixi əhəmiyyətidir. Çünki Olimpiya Oyunları deyiləndə yada Yunanıstan düşdüyü kimi, ilk Avropa Oyunları deyiləndə də Azərbaycan xatırlanacaq.
Onu da vurğulamaq yerinə düşər ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini Azərbaycan ictimaiyyəti ilə yanaşı, gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri səbirsizliklə gözləyirlər. Beləliklə, ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında birinci Avropa Oyunlarında fəaliyyət göstərəcək könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“Bu cür nüfuzlu yarışın ölkəmizdə keçirilməsi bizə çox şey qazandıracaq”. Bunu qəzetimizə açıqlamasında Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Leyla Kazımova deyib.
Onun sözlərinə görə, ilk növbədə, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi sayəsində Azərbaycanın dünyadakı gündən-günə artan nüfuzu daha da yüksələcək: “Daha əvvəl olduğu kimi, ölkəmiz təkcə siyasi, iqtisadi, mədəni tədbirlərə deyil, idman yarışlarına da yüksək səviyyədə ev sahibliyi edə bildiyini bir daha bütün dünyaya sübut etmiş olacaq”.
“Bakı-2015”in könüllüsü, həmçinin, yarışlar zamanı görəcəyi işlərdən də danışıb: “Eşidəndə ki, belə bir müsabiqə keçirilir, dərhal müsabiqələrə qatıldım və uğur qazandım. “Bakı-2015”in könüllüləri sırasına qatıldığım üçün çox sevinirəm. Çünki mənə bu yarışlarda ölkəmi təbliğ etmək, tanıtmaq, Vətənimə xidmət etmək şansı verilib. Bundan önəmli nə ola bilər. Düşünürəm ki, mənim kimi hər bir “Bakı-2015”in ailəsinə qatılan gənc də bu fikirdədir”.
“İlk Avropa Oyunları Azərbaycana yeni dəyərlər, yeni tərəfdaşlar gətirəcək”. Bunu isə qəzetimizə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Orxan Quliyev deyib.
Onun sözlərinə görə, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün böyük uğurdur: “Azərbaycan bu gün istər siyasi, istər iqtisadi cəhətdən güclü bir dövlət, həmçinin, tolerant və multikultural ölkədir. Burada çoxlu millətlərin nümayəndələri sərbəst şəkildə yaşayırlar. Çox sahələr üzrə ölkəmiz dünyaya nümunədir. Birinci Avropa Oyunları zamanı da ölkəmizə gələcək qonaqlar Azərbaycanda bir daha güclü iqtisadi inkişaf və ideal tolerantlıq mühitinin şahidi olacaqlar. Biz “Bakı-2015”in könüllüləri isə bu mötəbər yarışa öz töhfəmizi verməyə çalışacağıq. Üzərimizə düşən işin öhdəsindən gəlmək, ölkəmizi layiqincə bu yarışlarda təmsil etmək biz “Bakı-2015”in könüllülərinin ən ümdə vəzifəsidir. Bir sözlə, “Bakı-2015” könüllüləri olaraq üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

