Ana səhifə »  Daxili siyasət »  BTC-nin təməlinin qoyulmasının 10 ili tamam olur
A+   Yenilə  A-
BTC-nin təməlinin qoyulmasının 10 ili tamam olur
Ulu öndər Heydər Əliyevin neft strategiyasının bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycana xarici sərmayələrin axınına və investorların ölkəmizə inamının tamamilə möhkəmlənməsinə baza yaratdı
Bu gün Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin təməlinin qoyulmasının 10 ili tamam olur. Düz 10 il əvvəl 2002-ci il sentyabrın 18-də Səngəçalda BTC kəmərinin inşasına başlanması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının dönməzliyini təsdiqləməklə bərabər, bu siyasətin Azərbaycanla yanaşı, Gürcüstanın və Türkiyənin də suverenliyinin qarantına çevrildiyini dünyaya nümayiş etdirdi. BTC-nin işə düşməsi və ondan sonra müşahidə edilən tərəqqi barədə bir qədər sonra. Hələlik isə vurğulmaq yerinə düşər ki, Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasını reallaşdırmaq heç də asan olmayıb. Bölgədə hökmranlığını davam etdirmək istəyən, həmçinin, Azərbaycanın müstəqil ölkə kimi ayaqda durmasından narahat olan bəzi xarici güclər bu strategiyanın reallaşmaması üçün bütün vasitələrdən istifadə ediblər.
Qətiyyətin təntənəsi
Kimsəyə sirr deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, ərazilərimizin 20 faizinin işğalı, 1 milyondan çox soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, ölkəmizin informasiya blokadasına alınması, ictimai-siyasi sabitliyin pozulması, ölkədə rəhbərliyin tez-tez dəyişməsi nəticəsində iqtisadiyyatın bütün sahələrində tənəzzül başlamış və yenicə müstəqillik əldə etmiş dövlətimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir ağır vaxtda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Ölkəmizin maliyyə vəziyyəti yaxşılaşdı, investisiyaların məbləği ildən-ilə artdı, xalqın həyat səviyyəsi yüksəldi, Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu.
Azərbaycanın iqtisadi sahədə qazandığı ilk ən böyük uğur isə, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” oldu. Ulu öndərin neft strategiyası sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkətlərinin (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında” məhsulun pay bölgüsü”nə dair müqavilə imzalandı. Bu müqavilə tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandı. Bununla da, yeni neft strategiyası uğurla həyata keçirilməyə başlandı. Ulu öndər müqavilənin əhəmiyyətini qeyd edərkən onu ölkəmizin suverenliyinin qorunması və milli iqtisadiyyatın sürətli inkişafına nail olmaq üçün həlledici vasitələrdən biri kimi qiymətləndirmişdi: “Təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də təmin edir və ona görə də, mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm”.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu siyasəti həyata keçirmək heç də asan deyildi. Xarici güclər və onların daxildəki əlaltıları Azərbaycanın bu addımını həzm etmək istəmir, ölkəmizi “cəzalandırmaq” üçün çeşidli addımlar atırdılar. Elə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəmizdə cərəyan edən proseslər, bəzi cinayətkarların MTN-nin həbsxanasından qaçırılması, tanınmış ictimai-siyasi xadimlərin sui-qəsd nəticəsində qətlə yetirilməsi, həmçinin, dövlət çevrilişlərinə cəhdlər də deyilənləri təsdiqləyir. Lakin Ulu öndərin qətiyyəti sayəsində Azərbaycan bütün bu maneələri dəf edə və başlanan prosesi müvəffəqiyyətlə davam etdirə bildi.
BTC-nin reallaşmasını istəməyənlər var idi
Onu da vurğulamaq yerinə düşər ki, neft müqavilələrinin imzalanması hələ hər şey demək deyildi. Yəni, neftin dünya bazarına nəqli üçün boru kəmərinin çəkilməsini qətiləşdirmək vacib idi. Ulu öndər Azərbaycanın Xəzər dənizindəki sektorundan çıxarılacaq neftin Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına nəqlini nəzərdə tutan layihənin, yəni, BTC kəmərinin çəkilməsini vacib hesab edirdi. Lakin “Əsrin müqaviləsi”nin imzalandığı dövrdə respublikamıza xarici təsir olduğu kimi, BTC-nin də çəkilməsi ilə bağlı işlərə hazırlıq dövründə də bu müdaxilələr mövcud idi. Ulu öndərin təklif etdiyi BTC kəmərinin çəkilişinə həmin dövrdə mane olaraq ixrac marşrutunun reallaşmasını istəməyənlər vardı. Hətta Avropa dövlətlərində də bu layihənin gerçəkləşməsinə qarşı çıxanlar vardı. Ümumiyyətlə, həmin dövrdə xarici ölkələrdə müəyyən tərəddüd yaranmışdı, beynəlxalq maliyyə institutları layihənin baş tutacağına inanmırmış kimi vəsait ayırmaqla bağlı qəti qərar verə bilmirdi. Bütün bu kimi faktorlar isə BTC-yə olan inamı azaldırdı. Ancaq Ulu öndərin dərin inamı və qətiyyəti layihənin reallaşmasına olan inamı artırırdı.
Yeri gəlmişkən, Prezident İlham Əliyev də, 2006-cı il iyulun 13-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimindəki nitqində həmin məqama toxunub: “Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün biz bu gözəl anları yaşayırıq. Nəzərə alsaq ki, həm ölkə daxilində, həm də bölgədə və bütövlükdə, müəyyən mənada dünyada Bakı-Tbilisi-Ceyhan neft kəmərinə inam o qədər böyük deyildi, onda görərik ki, bu işin həyata keçirilməsi nə qədər böyük çətinliklərlə müşayiət olunurdu. İnanmayan var idi, eyni zamanda, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının qarşısının alınmasına çalışanlar var idi, problemlər, maneə törədənlər var idi. Ancaq xalqımızın iradəsi, Azərbaycan, Türkiyə, Gürcüstan rəhbərliyinin iradəsi, bizim birgə fəaliyyətimiz bu əfsanəni gerçəkliyə çevirdi”.
18 sentyabr 2002-ci il-BTC-nin ən həlledici mərhələlərindən biri
Onu da bildirək ki, həmin vaxt Azərbaycan nefti artıq Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri vasitəsilə dünya bazarına çıxarılırdı. Lakin həmin dövrdə Azərbaycan neftçilərinin proqnozlarına görə, 2010-cu il üçün hasil olunan neftin həcmi 45-50 milyon tona çatacaqdı ki, bunun da nəqli üçün tamamilə yeni və strateji xarakter daşıyan kəmərin çəkilməsi lazım idi. Bütün bunları nəzərə alan Ümummilli lider Heydər Əliyev BTC layihəsini reallaşdırmaq sahəsində fəaliyyətə başladı. Beləliklə, Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar “qara qızıl”ın dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli BTC əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi istiqamətində gərgin işlər həyata keçirildi, aparılan danışıqlar uğurla nəticələndi.
İlk dəfə bu kəmərin əsas ixrac boru kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi isə, 1998-ci il aprelin 26-da Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Bütün bunların nəticəsi olaraq, 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in Zirvə toplantısı çərçivəsində xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə BTC əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Saziş imzalandı. BTC layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında “İstanbul bəyannaməsi” imzalandı. Heç şübhəsiz, BTC-nin ən həlledici mərhələlərindən biri kəmərin təməlinin qoyulması ilə bağlıdır. Beləliklə, 2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə BTC əsas ixrac boru kəmərinin təməli qoyuldu. Təxminən üç il sonra, 2005-ci ilin mayın 25-də kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və boru xəttinə ilk neft vuruldu. Həmin ilin oktyabrında isə, kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. Rəsmi açılış gününədək, yəni, iyulun 13-dək isə artıq Ceyhan limanından 4,8 milyon barel Azərbaycan nefti yüklənmiş 7 tanker yola salınmışdı.
Bir sözlə, Ümummilli lider Heydər Əliyevin böyük siyasi bacarığı, müdrikliyi, uzaqgörənliyi və əzmkarlığı nəticəsində BTC neft kəməri gerçəyə çevrildi. BTC-nin reallaşması Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və sabitliyin təminatında əhəmiyyətli faktor rolunu oynamaqla yanaşı, bölgənin təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən siyasi-iqtisadi hadisə idi.
Heydər Əliyev siyasətinin qətiyyəti nəticəsində işğalçı Ermənistan bu layihədən kənarda qaldı
Yeri gəlmişkən, bu layihənin marşrutu müəyyənləşərkən bir sıra məqamlar da ortaya çıxmışdı. Belə ki, gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişaf perspektivinin əsas lokomotivi sayılacaq bu layihənin o dövrdə bir sıra xarici şirkətlərin sırf kommersiya maraqlarına uyğun olaraq daha qısa yolla-Azərbaycan-Ermənistan-Türkiyə marşrutu ilə tikilməsi təklif edilirdi. Lakin Ümummili liderimiz tərəfindən bu variant birmənalı şəkildə rədd edildi. Daim Azərbaycanın milli dövlətçilik mənafeyini bütün maraqlardan üstün tutan Ulu öndər xarici sərmayədarlara da ölkəmizin milli maraqlarına uyğun hərəkət etməyin vacibliyini dərk etdirdi. Beləliklə, ərazisində başqa ölkənin silahlı qüvvələrini yerləşdirməklə, müstəqil xarici və daxili siyasət yürütmə imkanını itirən Ermənistan öz işğalçı siyasətinin “qurbanına” çevrildi. Məhz Heydər Əliyev siyasətinin qətiyyətin nəticəsində bu günə qədər Ermənistan heç bir qlobal regional layihələrdə tərəf kimi iştirakçı olmayıb. Bu isə, Azərbaycanın Dağlıq Qarabağ ərazisini və 7 rayonunu işğal altında saxlayan Ermənistanın bölgənin inkişaf tempindən əsaslı şəkildə geri qalmasına gətirib çıxarıb.
Prezident İlham Əliyev tərəfindən davam etdirilən neft strategiyası xalqımızın bu günü, həmçinin, gələcəyi üçün möhkəm təməl və firavanlıq mənbəyidir
Ulu öndər Heydər Əliyevin dərindən düşünülmüş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən neft strategiyası xalqımızın bu günü, həmçinin, gələcəyi üçün möhkəm təməl və firavanlıq mənbəyidir. Məhz bu strategiyanın reallaşması nəticəsində, Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilib.
Xəzərin zəngin neft ehtiyatları Azərbaycana olan marağı o qədər artırıb ki, indi onun neft resurslarından istifadə məsələsinə dünya siyasətinin aparıcı istiqamətlərindən biri kimi baxılır. Eyni zamanda, əksər ekspertlərin də vurğuladıqları kimi, BTC neft kəmərinin çəkilməsi yeni enerji dəhlizləri üçün də açar rolunu oynayıb.
Neft strategiyasının uğurla reallaşdırılması nəticəsində, həmçinin, ölkəmizin iqtisadi qüdrəti artıb, sosial problemlər öz həllini tapıb. Təsadüfi deyil ki, respublikamızda infrastruktur və investisiya sahələrində görülən işlərə Dövlət Neft Fondundan hər il yüz milyonlarla manat vəsaitin ayrılması ölkəmizin bütün bölgələrinin inkişafına səbəb olub. Bütün bu quruculuq və abadlıq işləri isə neft kapitalının hesabına həyata keçirilir. Əbəs yerə deyil ki, Neft Fondundan Bakı şəhərinin içməli su ilə təminatında həlledici rol oynayan Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron suvarma sisteminin, dəmir İpək Yolu adını alan Bakı-Tbilisi-Qars yeni dəmiryolu xəttinin, eləcə də, körpülərin, yolların, elektrik stansiyalarının və s. inşası, həmçinin, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, gənclərin xaricdə təhsil almaları üçün maliyyə vəsaitləri ayrılıb. Göründüyü kimi, burada da əsasən sırf sosialyönümlü sahələr üstünlük təşkil edir.
Eyni zamanda, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu gün Azərbaycan hökumətinin apardığı siyasətin başlıca məqsədi neftimizi- “qara qızılımızı” insan kapitalına çevirməkdən ibarətdir: “Biz neftimizi, yəni, “qara qızılı” insan kapitalına çevirə bildik. Siyasi və iqtisadi islahatlar sahəsində fəal siyasət və enerji siyasəti nəticəsində biz son üç il ərzində iqtisadi artımı 96 faiz səviyyəsinə qaldıra bildik. Həmin dövr ərzində, əsasən, iqtisadi islahatlar siyasəti və enerji strategiyası sayəsində biz dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə olmuşuq”.
Nadir AZƏRİ
 
  • Oxunub:  37320  |  
  • Tarix:  18-09-2012  |  
  •    Çap et   |  
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir

04 Avqust 08:36
Hikmət Babaoğlu: Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdirlər
04 Avqust 08:34
Kondisionerdən uzun müddət istifadə edilməsi hansı fəsadlara səbəb olur?
04 Avqust 08:30
Ermənistanda hökm sürən siyasi böhran parlament daxilində də davam etməkdədir
04 Avqust 08:27
Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

04 Avqust 08:23
Ölkəmizdə referendumun keçirilməsinə və parlamentin buraxılmasına heç bir zərurət yoxdur

03 Avqust 20:59
Azərbaycanda koronavirus infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb
03 Avqust 19:59
Rəcəb Tayyib Ərdoğan: Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
03 Avqust 19:57
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının IX hesabat konfransı keçirilib
03 Avqust 19:44
SADƏLİK ÖZ GÜCÜNÜ TANRIDAN ALIR!
03 Avqust 19:19
Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
03 Avqust 18:18
Qazaxıstan Azərbaycanlıları İctimai Birliyi Türkiyədəki yanğınlarla bağlı bəyanat yayımlayıb
03 Avqust 17:55
Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib
03 Avqust 17:16
Anar Məmmədov: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar ictimai rəyi çaşdırmağa yönəlmiş cəhddir
03 Avqust 17:14
Şahin İsmayılov: Azərbaycanda referenduma və ya parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur
03 Avqust 16:56
Səfir: Azərbaycan dövlətinin yanğınların söndürülməsinə göstərdiyi dost və qardaş dəstəyi təqdirəlayiqdir
03 Avqust 16:55
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir
03 Avqust 16:46
Səccad Heydər Kərim: Mövcud reallıqlar şəraitində bölgənin inkişafına töhfə vermək istəyirəm
03 Avqust 16:14
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
03 Avqust 16:05
Məlahət İbrahimqızı: İçimizdəki ermənipərəst qüvvələrin cəmiyyətdə təxribat xarakterli niyyəti növbəti dəfə də iflasa uğrayacaq
03 Avqust 15:56
YAP Şuşa rayon təşkilatının VI hesabat konfransı keçirilib
03 Avqust 15:36
Energetika naziri videoformatda vətəndaşları qəbul edib
03 Avqust 15:33
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “açıq qapı” günləri keçirir
03 Avqust 15:21
Regional DOST Mərkəzləri ilə bərabər, ətraf rayonlarda onların filialları da yaradılacaq
03 Avqust 15:16
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal qazanıb
03 Avqust 15:12
“İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda seminar keçirilib
03 Avqust 14:59
Türkiyənin beş vilayətində yanğınla mübarizə davam edir
03 Avqust 14:27
Əl-Cəzirənin mərkəz direktoru: Əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verilir
03 Avqust 14:02
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib
03 Avqust 13:41
YAP Zəngilan rayon təşkilatının X hesabat konfransı keçirilib
03 Avqust 13:40
Malik Həsənov: Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir
03 Avqust 13:35
Əliabbas Salahzadə: Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır
03 Avqust 13:19
Ukrayna səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub
03 Avqust 12:55
Milli Məclis deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə qərar qəbul edib
03 Avqust 12:53
Ali məktəblərə qəbul olmaq üçün 16 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
03 Avqust 12:49
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 43,6 milyon dollar olub
03 Avqust 12:39
Suraxanı rayonunda Şəhid Ruslan Rəcəbovun məzarı ziyarət olunub və ailəsinə baş çəkilib
03 Avqust 12:07
Milli Məclisin sədri: Qanun qarşısında hamı bərabərdir
03 Avqust 12:00
Baş prokuror: Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir
03 Avqust 11:31
Fövqəladə hallar nazirinin müavini Marmarisdə Azərbaycan yanğınsöndürənlərinin səhər toplanışında iştirak edib
03 Avqust 11:30
Bu gün Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edəcək
03 Avqust 11:11
Milli Məclisin plenar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ müzakirə olunur
03 Avqust 10:53
Dövlət sərhədindən narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
03 Avqust 09:31
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir
03 Avqust 09:18
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ötən illər ərzində böyük inkişaf yolu keçib
03 Avqust 09:04
Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisədir
03 Avqust 09:03
Sübut Əsədov: Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsidir
03 Avqust 09:01
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb

03 Avqust 09:00
Radikal müxalifət dezinformasiya yaymaqla süni siyasi gündəm yaratmağa çalışır

03 Avqust 08:54
Ermənistanda yeni parlamentin ilk iclası qalmaqallarla müşayiət olunub
03 Avqust 08:49
“Diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”
03 Avqust 08:44
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyondan çoxdur
02 Avqust 21:09
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir
02 Avqust 19:59
Şahin İsmayılov: Jirinovski gündəmdə qalması üçün ucuz və yalan ifadələri özünə alət seçib
02 Avqust 19:56
Ramin Məmmədov: Vladimir Jirinovski bu cür qeyri-obyektiv, qərəzli yanaşmaları ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməyəcək
02 Avqust 19:51
Deputat Jalə Əhmədova: VI çağırış Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub
02 Avqust 19:37
Anar Məmmədov: Jirinovski kimilər Rusiya-Azərbaycan dostluğunu zədələyə bilməz
02 Avqust 19:35
Əliabbas Salahzadə: Ermənistanın təəssübkeşi olan Vladimir Jirinovski Azərbaycanın uğurlarından narahatdır
02 Avqust 18:57
Sevinc Hüseynova: Ölkəmizdə parlamentin buraxılmasına və referendumun keçirilməsinə zərurət yoxdur
02 Avqust 18:48
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının IX hesabat konfransı keçirilib
02 Avqust 18:43
Eldar İbrahimov: Azərbaycan, Türkiyə və Pakistanın birliyi tarixi hadisədir
02 Avqust 18:42
Gücümüz birliyimizdə, birliyimiz də gücümüzdədir
02 Avqust 18:22
Şəhid övladlarının qatıldığı "Zəfər" düşərgəsinə yekun vurulub
02 Avqust 18:05
Sevinc Fətəliyeva: Vladimir Jirinovski hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib
02 Avqust 18:02
Cavanşir Paşazadə: Vladimir Jirinovskinin Azərbaycan haqqında fikirləri qəbulolunmazdır
02 Avqust 15:09
Jalə Əliyeva: Görünür kimlərəsə süni gündəm yaratmaq lazımdır
02 Avqust 14:49
Hikmət Babaoğlu: Azərbaycanda referendumun və Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur
02 Avqust 14:14
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyədə əhali tərəfindən böyük coşğu ilə qarşılanıb
02 Avqust 13:27
AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır
02 Avqust 13:25
Pərvin Kərimzadə: Jirinovskinin məsuliyyətsiz və təxribat xarakterli çıxışları Rusiyanın öz nüfuzuna zərbə vurur
02 Avqust 13:11
Suraxanı rayonunda şəhid Sərdar İsmayılovun xatirəsinə inşa edilən bulağın açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA