Heydərabad qəsəbə uşaq bağçasının yeni binasının açılışı olub
09.10.2013 [14:33]
Naxçıvan Muxtar Respublikasının hər bir bölgəsində olduğu kimi, Sədərək rayonunda da uğurlu quruculuq işləri aparılır. Hər il rayonda yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər tikilərək istifadəyə verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, oktyabrın 8-də Sədərək rayonunun Heydərabad qəsəbə uşaq bağçasının yeni binası istifadəyə verilib.
Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən Sədərək rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, sosial-iqtisadi inkişaf istiqamətində görülən tədbirlər rayonun simasını başdan-başa dəyişib, yeni inzibati binalar və sosial obyektlər inşa edilib, yollar salınıb, əhalinin rifah halı yüksəldilib. Bu il də rayonda tikinti-quruculuq işləri davam etdirilir. Hazırda Sədərək kənd tam orta məktəbinin binasında yenidənqurma işləri aparılır, yaşayış məntəqələrinə içməli su və kanalizasiya xətləri çəkilir. Rayonda məktəbəqədər tədris müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi də diqqət mərkəzindədir. Bu gün Heydərabad qəsəbə uşaq bağçasının istifadəyə verilməsi bu sahəyə göstərilən dövlət qayğısının daha bir nümunəsidir.
Ali Məclisin Sədri Heydərabad qəsəbə uşaq bağçasının yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edib, Ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”, - fikrini xatırladaraq deyib: “Hər bir ölkənin gələcəyini təmin etmək üçün ilk növbədə uşaqların hərtərəfli böyüməsinə ciddi diqqət yetirmək lazımdır. Bu mənada uşaqların məktəbəqədər tərbiyəsinin düzgün təşkili, onların hərtərəfli təhsil alması vacib məsələlərdəndir. Bu gün Heydərabad qəsəbəsində istifadəyə verilən uşaq bağçasında da gələcəyimiz olan uşaqlar tərbiyə olunacaqdır”.
Ali Məclisin Sədri deyib: “Məktəbəqədər təhsil uşaqların intellektual inkişafında, məktəbə hazırlanmasında, bacarıq və vərdişlərin formalaşdırılmasında mühüm rol oynayır. Ona görə də ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir, məktəbəqədər təhsil müəssisələrində lazımi şərait yaradılır, uşaq bağçaları dövlətimiz tərəfindən ərzaq və lazımi avadanlıqlarla təmin olunur. Heydərabad qəsəbə uşaq bağçası da müasir avadanlıqlarla təmin edilmiş, uşaqların sağlam böyüməsi üçün hərtərəfli şərait yaradılmışdır. Yaradılan şərait intellektli və bacarıqlı gəncliyin yetişməsinə imkan verəcəkdir”.
“Bu işlərin görülməsi üçün ölkədə iqtisadi inkişaf və sabitlik təmin edilməli, dövlət siyasəti sosialyönümlü olmalıdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, ölkəmizin ən qiymətli sərvəti olan insanlara qayğı sosial sahədə həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Gələcəyimizi təmin etmək üçün uşaqlar vətənpərvər və sağlam böyüdülməlidirlər. Bununla yanaşı, təlim-tərbiyənin səmərəliliyinin artırılması, uşaqların hərtərəfli hazırlanması üçün müəllim və tərbiyəçilər valideynlərlə birlikdə səy və bacarıqlarını əsirgəməməlidirlər.
Ali Məclisin Sədri yeni uşaq bağçasında ölkəmiz üçün sağlam gəncliyin yetişdiriləcəyinə əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb, müxtəlif yaş qrupunda olan uşaqların məktəbəqədər tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması üçün lazımi şərait yaradılıb. Binada yataq otaqları, yeməkxana, tədbirlər və oyun zalları, valideynlər otağı, metodist otağı, mətbəx, ərzaq anbarı, camaşırxana və fərdi qazanxana var.
144 yerlik bağçada 8 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 15 tərbiyəçi-müəllim məşğul olur. Pianino və mebel avadanlıqları ilə təchiz olunmuş tədbirlər və şənliklər zalında uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim edilib. Uşaqlar vətənimizə, Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnı oxuyublar.
Ali Məclisin Sədri uşaqlarla xatirə şəkli çəkdirib.
Uşaq bağçası ilə tanışlıqdan sonra Heydərabad qəsəbə sakinləri ilə görüşən Ali Məclisin Sədri deyib: “Heydərabad qəsəbəsi Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan ilk yaşayış məntəqəsidir. Son illər Heydərabad qəsəbəsində yaradılan müasir infrastruktur yeni iş yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına və məskunlaşmanın artmasına imkan vermişdir. Bu gün istifadəyə verilən uşaq bağçası da qəsəbənin sosial həyatında mühüm hadisə olmaqla yanaşı, əhalinin rahatlığına xidmət edəcəkdir”.
Ali Məclisin Sədri Sədərək rayonunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib, sakinlərə firavan həyat arzulayıb.
Rayon sakinləri Sədərəkdə gedən kompleks inkişafı yüksək qiymətləndirib və bildiriblər ki, bu gün ölkəmizdə sabitlik, sürətli sosial-iqtisadi inkişaf var. Bu da bütün yaşayış məntəqələri kimi Sədərək rayonunun inkişafına da təkan verib. Hər bir sədərəkli göstərilən dövlət qayğısını iftixar hissi ilə qarşılayır.
Binanın həyətində də geniş abadlıq işləri aparılıb, uşaq-əyləncə meydançası yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59

