ABŞ Ukraynaya icazə vermədi
18.09.2024 [08:58]
Vaşinqton bu barədə qərarları gizli saxlamağa çalışır?
Hazırda Rusiya və Ukrayna orduları arasında şiddətli döyüşlər davam edir. Donbas ərazilərində hücumlarını gücləndirən Rusiyaya cavab olaraq Ukrayna ordusu Kurskda yeni əraziləri ələ keçirməkdədir. Döyüşlərdə Kiyevə verilən Qərb silahları böyük dəstək verir. Lakin Ukrayna hakimiyyəti Qərb ölkələrindən daha güclü dəstək istəyir. Belə ki, prezident Zelenski ABŞ silahları ilə Rusiya ərazisinin dərinliklərindəki hərbi hədəfləri vurmaq üçün Vaşinqtondan israrla icazə almağa çalışır. Kiyev hesab edir ki, dərinliklərdəki hədəflər vurularsa, Rusiyanın hücumları əhəmiyyətli dərəcədə azala bilər.
ABŞ və Britaniyanın mövqeyi...
Məhz bu səbəblərdən bir müddət idi ki, ABŞ və Böyük Britaniya hökumətləri Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsinə icazə verilməsini müzakirə edirdilər. Burada söhbət həm də ABŞ-nin naviqasiya məlumatları ilə Britaniya qanadlı raketlərinin istifadəsindən gedir. Bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən yazıb ki, bu məsələ son bir neçə gün ərzində ABŞ dövlət katibi Antoni Blinkenin Londonda və Kiyevdə iştirakı ilə keçirilmiş danışıqların bir hissəsi olub.
Kiyev Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün daha güclü Qərb silahlarında israr edərkən, rəsmi şəxslər Ağ Evin Ukraynaya sərhədyanı hücumlarda Böyük Britaniyanın “Storm Shadow” raketlərindən istifadəyə icazə verib-verməyəcəyi barədə də danışıblar. Hətta “Politico” nəşri bugünlərdə ABŞ və Böyük Britaniya Rusiyaya zərbələr endirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldıra biləcəyini yazmışdı. Nəşrin məlumatında bildirilib ki, bu razılaşmanın sentyabrın 24-dən 30-dək NyuYorkda keçiriləcək BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində elan ediləcəyi istisna olunmur.
Metyu Miller: Birləşmiş Ştatlar bu qərarı verməyə hazır deyil
Gözlənilənlərin əksinə olaraq ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Prezident Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında aparılan danışıqlardan sonra Birləşmiş Ştatlar Kiyevin Rusiyanın dərinliklərinə uzaqmənzilli silahlarla zərbələr endirməsinə qoyulan məhdudiyyətlərin ləğvini elan etməyə hazır deyil. “Bu gün siyasətimizdə dəyişikliklərlə bağlı heç bir açıqlamam yoxdur”, - deyə o qeyd edib. Şübhəsiz ki, Vaşinqtonun bu qərarı verməsində Moskvanın da mövqeyi mühüm rol oynayır. Çünki Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli Qərb silahlarından istifadə NATO, ABŞ və Avropa dövlətlərinin ölkəsinə qarşı müharibədə birbaşa iştirakı deməkdir. Putin vurğulayıb ki, münaqişənin mahiyyətinin belə dəyişməsi ilə Rusiya yaranacaq təhlükələrə əsaslanaraq müvafiq qərarlar qəbul edəcək.
NATO-nun Baş katibi Yens Stoltenberq isə hesab edir ki, NATO ölkələri Kiyevə Qərb silahları ilə Rusiya ərazisini vurmağa icazə verərsə, alyans Ukrayna münaqişəsinin bir hissəsi olmayacaq. Baş katib fikrini əks arqumentlə əsaslandırıb: “NATO İran və Şimali Koreyanı Moskvaya hərbi yardımın tədarükü ilə bağlı münaqişənin bir hissəsi hesab etmir”. Yəni Rusiya İran və Şimali Koreyanın verdiyi silahlarla Ukrayna ərazilərini vurur. Əgər alyans həmin ölkələri münaqişənin tərəfi hesab edərsə, onların da ərazisi vurula bilər. Ona görə də, Stoltenberqin məntiqinə görə, Rusiya da Ukraynaya silah tədarük edən Qərb ölkələrini münaqişənin tərəfi hesab etməməlidir.
NATO-nun Baş katibi icazə verilməsinin tərəfdarıdır
Ümumiyyətlə, Yens Stoltenberq NATO-nun bu münaqişənin tərəfinə çevrilməsinin tərəfdarı olmasa da, silahlardan istifadəyə icazə verilməsini dəstəkləyir. O, bildirib ki, Ukraynanın tərəfdaş ölkələri Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalıdır. Hətta Fransa Ukrayna ordusuna texniki dəstək məqsədilə bir qrup hərbçisini bu ölkəyə göndərib. Bəzi tərəfdaş ölkələr Fransa kimi öz hərbçilərini göndərməsələr də, Kiyevə sözügedən məqsəd üçün öz silahlarından istifadəyə icazə veriblər. Onların arasında Fransa ilə yanaşı Danimarka, Niderland və İsveçin də adını çəkmək olar. Həmin ölkələr hesab edirlər ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı hərbi əməliyyatlar keçirmək hüququ var. “Beynəlxalq hüquqa görə, müharibə qanunlarına əməl edilirsə, Ukrayna düşmən ərazisinə yönəlmiş hərbi əməliyyatlarla özünü müdafiə etmək hüququna malikdir”,-deyə tərəfdaş ölkələrin açıqlamasında vurğulanıb.
Danimarka Ukraynaya növbəti “F-16” qırıcıları verəcək
Hətta Danimarka bu ilin sonuna qədər Ukraynaya “F-16” qırıcı təyyarələrinin daha bir partiyasını göndərməyi planlaşdırır. Bununla bağlı Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, təyyarələrin tədarükünün dəqiq tarixi və sayı əməliyyat təhlükəsizliyi baxımından məxfi olaraq qalır. Nazirin sözlərinə görə, ilk təyyarə Ukraynaya avqust ayında təhvil verilib, ümumilikdə isə Danimarka 19 qırıcı tədarük etməyi öhdəsinə götürüb.
Bütün bunların fonunda ABŞ tərəfindən verilən məlum qərar ciddi müzakirə mövzusuna çevrilib. Digər ehtimal isə ondan ibarətdir ki, Vaşinqton Kiyevə sözügedən icazəni versə belə, bunu gizli saxlaya bilər. “The Economist” qəzetinin də sentyabrın 16-da yazdığı kimi, ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə icazə verdiyi barədə ictimaiyyətə məlumat verməməsi istisna deyil.
Bütün hallarda belə qərarlar münaqişənin həllinə yox, əksinə münaqişənin Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxarıb geniş regiona yayılmasına gətirib çıxara bilər. Əgər sözügedən hərbi toqquşmalar baş verərsə, bu, Şərqi Avropada, o cümlədən Baltik və Qara dənizdə ciddi təlatümlərə yol açacaq. Çünki rəsmi Moskva NATO ölkələrinin belə addımlarına səssiz qalmaq niyyətində deyil.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19

