Yelisey Sarayının Martinikdə qoyduğu kədərli izlər...
25.09.2024 [09:36]
Beynəlxalq birlik rəsmi Parisin adada apardığı qəddar siyasətə biganə qalmamalıdır
Bu gün Fransa dünya üzrə müstəmləkəçilik siyasətindən əl çəkməyən azsaylı dövlətlərdən biridir. Bu ölkənin ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır. Koloniyalar müxtəlif siyasi statuslara malikdir. Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinik, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr və ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir.
Məsələ burasındadır ki, Fransa müstəmləkəçilik tarixində öz nəzarətində saxladığı ölkələrə yaxşı heç nə verməyib. Əvəzində isə sümürmə siyasətinin əhatə dairəsini genişləndirib, yerli əhalinin hüquqlarını daha qəddarcasına pozub, onları məqsədyönlü şəkildə assimilyasiyaya məruz qoyub, soyqırımları həyata keçirib. Yelisey Sarayının qatı neokolonializm siyasətinin eybəcər izlərini həmçinin Martinikdə də görmək mümkündür.
Yelisey Sarayı Martinikdə BMT nizamnaməsinə məhəl qoymur
Məlumdur ki, Fransa davamlı olara qardaşlıq, bərabərlik, suverenlik kimi prinsiplərdən çıxış etdiyini bildirir. Ancaq Makronun və onun komandasının üzvlərinin dilindən düşməyən bu ifadələr gəlişigözəl sözlərdən başqa bir şey deyil. Reallıqda görünən odur ki, Yelisey Sarayı Fransanın tarixi ənənələrindən geri çəkilərək demokratiyaya, insan və vətəndaş hüquqlarına birdəfəlik arxa çevirib.
Rəsmi Parisin Martinikdə sərgilədiyi davranışları başqa cür dəyərləndirmək sadəcə mümkün deyil. Yelisey Sarayı Martinik xalqının öz müqəddəratını təyin etmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin 1(2)-ci maddəsini pozur. BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir. BMT-nin 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq, Fransa müstəmləkə sistemini davam etdirdiyi üçün bu qətnaməninin müddəalarını pozur. Oxşar fikirləri 1541 (XV) saylı qətnamə barədə də ifadə etmək mümkündür. Həmin sənədə əsasən Fransa Martinik xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir və onun müddəalarını bilərəkdən pozmaaqda davam edir. Bütün bunlar da o anlama gəlir ki, beynəlxalq hüquq və prinsiplər Yelisey Sarayı üçün önəmli deyil. Rəsmi Paris üçün önəmli olan yeganə məsələ iqtisadi maraqlar və siyasi dvidentlərdir. Ölkələrin, xalqların bərabərliyi və suverenliyi isə çoxdan arxa plana keçib.
Rəsmi Parisin düzənlədiyi saxta referendumlar
Rəsmi Paris digər müstəmləkə ərazilərində olduğu kimi, Martinikdə də öz hegemonluğuna hüquqi əsaslar yaratmağa çalışır. Zaman-zaman saxta referendumların keçirilməsi bunun əyani təsdiqidir. Həmin referendumların keçirilməsində yeganə məqsəd Martinikdə Fransanın mövcudluğunu gücləndirməkdir. Beləliklə, 1946-cı ildə baş tutan qanunsuz referendumun nəticələrinə əsasən Martinik Fransanın dənizaşırı departamenti statusunu alır. Bununla da Martinik beynəlxalq prinsiplərə və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınıb və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe etdirilib.
Daha bir saxta referendum 2003-cü ildə keçirilib. Bu dəfə də nəticələr saxtalaşdırılmaqla Fransanın ərazidə qeyri-qanuni fəaliyyəti daha da gücləndirilib. Saxtalaşdırılan 2010-cu il referendumundan sonra Fransa Martinik xalqının iradəsinə zidd addımlar atıb və onların hüquqlarını daha da məhdudlaşdırmağa başlayıb.
Yerli əhali isə qondarma referendumun nəticələrinin xalqın tam suverenliyini ifadə etmədiyini bildirir. Aborogen sakinlər referendumların qeyri-obyektiv keçirildiyini və xalqın həqiqi iradəsini əks etdirmədiyini vurğulayırlar. Yelisey Sarayı referendumları xalqın iradəsini əks etdirdiyini bildirsə də, Martinik xalqı bu prosesi yetərsiz, qeyri-şəffaf və siyasi manipulyasiyaya hesablanmış addımlar kimi dəyərləndirir. O cümlədən Fransanın Martinikdə keçirdiyi özünəməxsus referendumlar beynəlxalq müşahidəçilər tərəfindən də suverenlik hüququnun tam təmin edilməsi baxımından yetərsiz hesab olunur.
Beynəlxalq ictimaiyyət həssas yanaşma sərgiləməlidir
Fransa bir qayda olaraq müstəmləkə altında olan xalqların məsələlərini sivil qaydada deyil, zorakı üsullarla “həll etməyə” üstünlük verir. Burada beynəlxalq ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür. Yelisey Sarayının neokolonializm siyasətini sərtləşdirməsinə həssas yanaşma sərgilənməli və bunun qarşısını almaqdan ötrü konkret addımlar atılmalıdır. Dünya birliyi Fransaya təzyiq göstərməli, hüquq standartlarına hörmətlə yanaşmasını tələb etməlidir. Rəsmi Paris Fransanın Afrikada, dənizaşırı ərazilərdə törətdiyi zorakılıqlara, soyqırımlarına görə üzr istəməli və təzminatlar ödəməlidir.
Bu gün Martinik xalqının iqtisadi və sosial ədalət haqları repressiyalara məruz qalır. Fransa hökuməti Martiniki məcbur edir ki, ticarəti ancaq materik Fransası ilə həyata keçirsin, digər ərazilərlə iqtisadi əlaqələr saxlamasın. Bu da adada qiymətlərin hədsiz dərəcədə qalxmasına səbəb olur. Martinikdəki böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar bu siyasətdən çoxlu gəlir əldə edir, yerli əhali isə əziyyət çəkir. Bundan başqa, Fransa hökumətinin Martinikə ayırdığı subsidiyaların əksəriyyəti buraya məqsədli şəkildə köçürülmüş ağdərili fransızlara verilir. Adanın yerli sakinlərinə qarşı diskriminasiya siyasəti həyata keçirilir və onlar iqtisadi yardımdan məhrum qalırlar. Rəsmi Parisin yürütdüyü siyasət adada ədalətsizliyi dərinləşdirir və çox doğru olaraq sosial və iqtisadi məzmunlu repressiya kimi dəyərləndirilir. Məsələn, zəhərli olmasına rəğmən, Fransa tərəfindən Martinikdə kənd təsərrüfatı sahəsində hələ də xloredkon istifadə edilir. Nəticədə, Martinikin torpaqları uzun illərdir ki, zəhərlənməyə məruz qalıb və bir sıra ərazilər yararsız hala gəlib. Qeyd edək ki, Martinikdə xərçəng göstəriciləri dünya üzrə ən yüksəkdir. Beynəlxalq aləm bütün bunlara biganə qalmamalı və Martinik xalqının Fransanın zülmündən qurtulmaq üçün başladığı mübarizədə ona dayaq durmalıdır. Nəhayət, ədalətsizliyin, müstəmləkə?iliyin sonu gəlməlidir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

